Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Conatan
Conatan — Ad. Conatan Li Riçes — Dünyanın ən maraqlı insanı. Conatan Teydor — ABŞ ssenaristi, prodüseri və rejissoru Digər Conatan (tısbağa) — dünyanın ən yaşlı tısbağasi.
Sonata
Sonata (it. sonata, sonare) — İtalyan dilindən tərcümədə "səslənmək" mənasını verir. Kamera-instrumental musiqinin əsas janrlarından biri. Müasir anlayışda sonata bir və ya iki alət üçün silsilə sonata formasında yazılmış bir əsərdir.
Conatan (tısbağa)
Conatan ləqəbli tısbağa (1832 - 2014) — dünyanın ən yaşlı tısbağası. İlk dəfə 1882-ci ildə onu ev heyvanı kimi götürmüşdülər. Tısbağaların yetişkin olmağı üçün 50 il vaxt lazımdır. O planetin ən yaşlı canlısı kimi rekord yaratmışdır. Deyilənlərə görə Hindistanda 250 il yaşayan tısbağalar olmuşdur.
Conatan Estrada
Conatan Estrada (28 noyabr 2000, Santa-Ana, Kaliforniya) — ABŞ Futbol Liqası təmsilçilərindən olan LA Qalaksi II klubunda hücumçu kimi çıxış edən peşəkar ABŞ-lı futbolçudur. == Klub karyerası == === LA Qalaksi === Estrada LA Qalaksi akademiyası vasitəsilə inkişaf etmişdir. Estrada öz peşəkar karyerasında debütünü 22 aprel 2017-ci ildə Oranj Kaunti klubuna qarşı oyunda etmişdir. O, 60-cı dəqiqədə Ariel Lassiteri əvəz etmişdir. Həmin görüşdə LA Qalaksi II liqa görüşündə rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == === Klub === 11 İyun 2017 tarixində yenilənib 1Sudamerikana Kuboku görüşləri daxildir. 2ABŞ Superkuboku görüşləri daxildir.
Conatan Harker
Conatan Harker (ing. Jonathan Harker) — Brem Stoker tərəfindən 1897-ci ildə yazılmış Drakula əsərinin personajıdır.
Conatan Key
Conatan Lipniki
Conatan Uillyam Lipniki (ing. Jonathan William Lipnicki; d. 22 oktyabr 1990-cı il) — Amerikalı kino aktyor. Conatan «Cerri Maguayer», «Stüart Littl» və «Mayk kimi» filmlərində oynadığı rollara görə məşhurluq qazanmışdı. == Bioqrafiya == Lipniki Kaliforniya ştatında yerləşən Vest Leyk Villic şəhərində, Cozef və Ronda Lipniki ailəsində anadan olmuşdu. Onun Aleksis adında böyük bacısı var. Lipniki ailəsi yəhudi əsillidir. Conatan Döş xərçəngi və Şəkərli diabet üzrə bir çox Araşdırmalar Fondlarında, Uşaq Ulduz Yarışlarında və buna bənzər bir çox tədbirlərdə iştirak və çıxış etmişdi. O həmçinin Pediatrik Hiropraktika və Ümumdünya Uşaq günü üzrə beynəlxalq məruzəçi qismində seçilib. Dörd köpəyi olan Lipniki bundan başqa həm də heyvan hüquqlarının təşkilində də aktiv iştirak edir.
Conatan Munoz
Conatan Munoz (10 noyabr 1995) — Meksikalı kişi ağır atlet. 69 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Meksikanı təmsil edir. Conatan Munoz dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Conatan Nolan
Conatan Nolan (ing. Jonathan Nolan; 6 iyun 1976, London) — Britaniya-Amerika senaristi və prodüseri. CBS telekanalının efirində yayımlanan "Person of Interest" (2011–2016) serialının yaradıcısıdır. O, həyat yoldaşı Lisa Coy ilə birgə yaratdığı HBO-nun "Westworld" serialına görə də məşhurdur. Böyük qardaşı rejissor Kristofer Nolandır.
Conatan Panzo
Conatan Panzo (25 oktyabr 2000, London) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda müdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Şəxsi həyatı == Panzo London şəhərinin Brokli bölgəsində anadan olmuşdur. Valideynləri isə Kot-d'İvuar vətəndaşlarıdır. == Klub karyerası == === Monako === Panzo 9 yaşı olarkən Çelsi klubunun akademiyasına qəbul olmuşdur. 2018-ci ilin iyul ayında isə o, Monako klubuna transfer olmuşdur. O, karyerasında debütünü ehtiyat komanda ilə 2-ci Milli Çempionatda etmişdir. O, peşəkar karyerasında debütünü 19 dekabr 2018-ci ildə Loryan klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Liqa Kuboku görüşündə rəqibinə 1–0 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == Panzo İngiltərə U-17 millisi ilə 2017 UEFA Avropa U-17 Çempionatında iştirak etmiş və finalda İspaniya millisinə məğlub olaraq ikinci yerin sahibi olmuşdur.
Conatan Stouks
Conatan Stouks (ing. Jonathan Stokes; 1755[…] – 30 aprel 1831) – Böyük Britaniya botaniki. == Həyatı == == Bəzi əsərləri == Stokes, J.S. (1812). A botanical materia medica. 4 vols. Stokes, J.S. (1830). Botanical commentaries. 272 p. == Stouksun şərəfinə adlandırılmış cins == Stokesia L'Hér., 1789 == Ədəbiyyat == Stafleu, F.A., Cowan, R.S. Taxonomic Literature. — Utrecht: Bohn, Scheltema & Holkema, 1986.
Conatan Svift
Conatan Svift (ing. Jonathan Swift; 30 noyabr 1667[…], Dublin, İrlandiya krallığı[d][…] – 19 oktyabr 1745[…], Dublin, İrlandiya krallığı[d]) — ingilis-irland yazıçı-satirik, publisist, filosof, şair və ictimai xadim. == Həyatı == Conatan Svift 1667-ci il 30 noyabrda Dublində anadan olmuşdur. Həyatı ağır şərtlər altında keçmişdir. Buna görə də yaşadığı ağalar-qullar cəmiyyətinin bütün haqsızlıqlarının, eybəcərliklərinin acısını dadmış və yaradıcılığında bütün ömrü boyu bunlara qarşı barışmaz mübarizə aparmışdır. Bu mübarizə ideyası onun "Qulliverin səyahəti" romanında da aydın görünür. Əsərin tam adı belədir: "Bir neçə gəmidə əvvəl cərrah, sonralar kapitan olmuş Lemoel Qulliverin səyahəti" (1772–1773) Svift liliputlar ölkəsindəki Kral ilə, öz zamanındakı nazir və sərkədələr arasındakı bənzəyişi verməklə onları ifşa etmişdir. Onları cırtdan liliputlarla tutuşdurmaqla gülünc və eybəcər şəkildə göstərmişdir. Satirik tənqid və yumor Sviftin başlıca mübarizə silahı olmuşdur. Qulliver romanda göstərdiyi kimi liliputlar ölkəsindən başqa nəhənglər ölkəsində, uçan Saputi adasında, ağıllı, düşüncəli atlar diyarında da olmuş, bu ölkənin hər birində C. Svift təsvir etdiyi hadisələr vasitəsilə öz zamanındakı cürbəcür nöqsan və eybəcərliklərin üstünü açmışdır.
Conatan Tah
Conatan Taydor
Conatan Teydor
Conatan Uilyams
Conatan Vilyams (ing. Jonathan Williams; 29 avqust 1983) — beynəlxalq səviyyəli yarışlarda Belizi təmsil edən amerikalı sprinter. O, 1 iyul 2006-cı ildə Beliz vətəndaşlığını alıb. Vilyams Pekində təşkil olunmuş XXIX Yay Olimpiya Oyunlarında Belizi 400 metr məsafəyə maneələrlə qaçış yarışında təmsil edib. İdmançı o zaman Los-Anceles Kaliforniya Universitetində oxuyurdu.
Conatan Vilyams
Conatan Vilyams (ing. Jonathan Williams; 29 avqust 1983) — beynəlxalq səviyyəli yarışlarda Belizi təmsil edən amerikalı sprinter. O, 1 iyul 2006-cı ildə Beliz vətəndaşlığını alıb. Vilyams Pekində təşkil olunmuş XXIX Yay Olimpiya Oyunlarında Belizi 400 metr məsafəyə maneələrlə qaçış yarışında təmsil edib. İdmançı o zaman Los-Anceles Kaliforniya Universitetində oxuyurdu.
Conatan Vonq
Conatan Vonq (23 avqust 1992) — Malayziyalı atıcı. Conatan Vonq Malayziyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Conatan Vonq birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə hava tapançası yarışında iştirak etdi. Ümumilikdə 574 xal toplayaraq 28-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Conatan İkone
Nanitamo Conatan İkone (2 may 1998) — Liqa 1 təmsilçilərindən olan Lill klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusu. == Klub karyerası == === Pari Sen-Jermen === İkone öz peşəkar karyerasında debütünü Pari Sen-Jermen klubu ilə 28 sentyabr 2016-cı ildə etmişdir. O, UEFA Çempionlar Liqasında Ludoqorets klubu ilə qarşılaşmada 88-ci dəqiqədə Anxel Di Mariyanı əvəz etmişdir. Həmin görüşdə Pari-Sen Jermen Ludoqoretsə səfərdə 3-1 hesabı ilə qalib gəlmişdir. İkone Liqa 1-də debütünü isə 3 gün sonra Bordo klubuna qarşı oyunda etmişdir. Bu dəfə də o, 88-ci dəqiqədə Anxel Di Mariyanı əvəz etmişdir. Klubu isə evdə 2-0 hesabı ilə qələbə qazanmışdır. === Monpelye (icarə) === 18 yanvar 2017-ci ildə İkone icarə əsasında Liqa 1 təmsilçilərindən olan Monpelye klubu ilə mövsüm sonuna qədər müqavilə imzalamışdır. O, klubu ilə debütünü 3 gün sonra Metz klubuna qarşı oyunda etmiş və 90 dəqiqə meydanda mübarizə aparmışdır. === Lill === 1 iyul 2018-ci ildə İkone Liqa 1 təmsilçilərindən olan Lill klubu ilə beş illik müqavilə imzalamışdır.
Donatas Banionis
Donatas Banionis — Litvalı aktyor == Həyatı == Donatas Yuozoviç Banionis 28 aprel 1924-cü ildə Kaunas şəhərində anadan olub. Teatr studiyasında, Litva Dövlət Konservatoriyasında (1982–1984) təhsil alıb. Uzun müddət Panevejis Teatrında aktyor, daha sonra rəhbər kimi çalışıb. Səhnədə 100-dən çox obraz canlandırıb. Kinoda 1959-cu ildən çəkilir. Panevejis şəhərinin fəxri sakini (1999), Litva (1973) və SSRİ xalq artistidir (1974). 4 sentyabr 2014-cü ildə Vilnüsdə vəfat etmişdir.
Helix pomatia
Üzüm ilbizi (lat. Helix pomatia) — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin stylommatophora dəstəsinin helicidae fəsiləsinin helix cinsinə aid heyvan növü. == Təsviri == Tənək ilbizi ağciyərlilər yarımsinfinin saplaqgözlülər dəstəsinə daxildir. Təbiətdə geniş yayılmışdır. Ona üzüm bağlarında, kolluqlarda, otlaqlarda və digər yerlərdə rast gəlinir. === Quruluşu === Tənək ilbizlərində bədən spiralvari burulmuş bütöv çanaq içərisində yerləşir. Spiral sağtərəf istiqamətində bir neçə dövrə vurur. Onun zirvəsi distal tərəfdə, əks tərəfində isə çanağın ağzı yerləşir. Çanaq sarımtıl-qonur rəngdədir, üzərində uzununa zolaqlar olur, assimetrikdir. Çanağın içərisində ilbizin bədəni yerləşir.
Melaleuca monatha
Melaleuca monatha (lat. Melaleuca monatha) — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.
Xonatan Kastro
Xonatan Kastro Otto (3 mart 1994[…], Viqo, Qalisiya) — ispan peşəkar futbolçu. "Selta Viqo" klubunda oynayır.
Yonatan Levit
Yonatan Levit (15 noyabr 1997-ci ildə anadan olub) — İsraili təmsil edən kişi badmintonçu.
Yonatan Netanyahu
Yonatan Netanyahu (ivr. ‏יונתן נתניהו‏‎ 13 mart 1946, Nyu-York, Nyu-York ştatı – 4 iyul 1976, Entebbe, Mərkəz bölgəsi (Uqanda)) — İsrail Silahlı Qüvvələri Baş Qərargahının Xüsusi Təyinatlı Bölməsi olan Sayeret Matkalın zabiti, Polkovnik-leytenant. Yonatan Netanyahu 1976-cı ilin 4 iyul tarixində Uqandanın Entebbe şəhəri yaxınlığında yerləşən eyni adlı hava limanında İsrail ordusunun xüsusi təyinatlı qüvvələri tərəfindən gercəkləşdirilmiş girovların xilas edilməsi əməliyyatında iştirak etmiş və girov götürülən 106 nəfərdən, 102 nəfəri xilas edilmişdir.