Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
POP3
POP3 (Post Office Protocol Version 3 — poçt şöbəsi protokolu 3-cü variant 3) serverdən elektron poçtda yerləşən məlumatları əldə etmək üçün poçt klient (client) tərəfindən istifadə olunur. Adətən SMTP protokolu ilə birgə istifadə olunur. Bu protokolun əvvəlki POP, POP2 variantları köhnəlmişdir. POP3 protokolunun standartı RFC 1939-da müəyyən olunmuşdur. Genişlənmə və avtorizasiya üsulları RFC 2195, RFC 2449, RFC 1734, RFC 2222, RFC 3206, RFC 2595-də təyin edilmişdir. POP3 serverlərinin TLS və SSL dəstəkləməsi ilə də həyata keçirilməsi mümkündür. Poçt serverindən məlumatların götürülməsi üçün allternativ üsul kimi İMAP göstərilə bilər. == Seansın vəziyyəti == POP3 protokolunda 3 seans vəziyyəti nəzərdə tutulub: Avtorizasiya Klient autentifikasiya, sistemin istifadəçini tanımaq prosedurunu keçir. Tranzaksiya Klient elektron poçtun vəziyyəti haqda informasiya əldə edir, qəbul edir və pozur. Yenilənmə Server seçilmiş məktubları pozur və əlaqəni bağlayır.
Papa
Roma Papası — Roma Baş yepiskopu, Roma Katolik Kilsəsinin başçısı, Katolik xristianların dini lideridir. Katoliklərə görə Həvari Pyotrun xələfidir. İlk zamanlar bütün yepiskoplara verilən papa ünvanı, sonralar yalnız Roma Yepiskopu üçün istifadə edilməyə başlandı. Katolik kilsəsi, kilsə çərçivəsində Pyotr və xələflərinin təmsil etdiyi ən uca vəzifə olan papalığın ilahi bir qurum olduğunu iddia edir: İsa, papalıq vəzifəsini Pyotra təhvil vermiş və Pyotr da bu vəzifəni faktiki görmüşdür. Kilsədə yerləşmiş bir ənənəyə görə Pyotr, Romada din qurbanı olaraq ölmüşdür, bu səbəblə də ən təbii varisləri Romalı yepiskoplardır. == Tarix == Papalıq tarixi bir çox baxımdan kilsə tarixi ilə birləşir; bununla birlikdə bu tarixin bəzi dövrləri Papalıq qurumunun inkişafı baxımından ayrı bir xüsusiyyət daşıyır. İlk üç əsr ərzində papalar, daha çox Roma kilsəsinə əhəmiyyət vermişlər; amma qısa bir müddət sonra müxtəlif ölçülərdə başqa kilsələrə də qarışmağa başladılar: məsələn Papa I. Klementin Korintoslulara Məktubu (I əsrin sonu); Papa Viktorun Pasxa tarixi mövzusunda çıxan müzakirələrə müdaxiləsi (II əsrin sonu) və s. böyük kilsələrarası qurultay dövründə (IV və V əsr) papanın öndərlik təsiri daha da açıq şəkildə meydana çıxdı; 451'dəki Kadıköy məclisi, "Pyotrun Papa Leonun ağzında iradəsini bildirdiyini" irəli sürdü.
SOPA
Stop Online Piracy Act (SOPA və ya H.R. 3261) — 26 oktyabr 2011-ci ildə Lamar Smit və 12 nəfər həmmüəlliflər tərəfindən ABŞ-nin Nümayəndələr Palatasına təqdim olunmuş qanun layihəsidir. Qanun layihəsi Amerika hüquq-mühafizə orqanlarına İnternetin gizli kontinenetlərinə, müəllif hüquqları ilə qorunan intellektual mülkiyyətin ticarətinə və kontrafaktlara qarşı mübarizədə imkanlarını genişləndirir.
Pop
Pop musiqi (ing. pop-music, popular music sözlərinin qısaltması) — müasir musiqi istiqamətlərindən biri, müasir kütləvi mədəniyyət növüdür. == Terminologiya == "Pop musiqi" termini iki mənada işlənir. Geniş mənada, bu bütün kütləvi musiqi növlərini (rok, elektron musiqi, caz, blyuz və s.) nəzərdə tutur. Dar mənada isə populyar musiqinin müəyyən özünəməxsus xüsusiyyətlərə malik ayrıca növüdür.
Poa
Qırtıc (lat. Poa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi.
Artemisia copa
Artemisia copa (lat. Artemisia copa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Con Popl
1998-ci ildə kimya üzrə Nobel mükafatçısı Con Popl 1925-ci ilin oktyabrın 31-də Böyük Britaniyada anadan olmuşdur. Özünün bütün dərəcələrini Kembric universitetində almışdır, o cümlədən 1951-ci ildə riyaziyyat üzrə fəlsəfə doktoru dərəcəsini. Pensilvaniya ştatında (ABŞ) Karnegi Mellona universitetində 1964-1974-cü illərdə kimyəvi fizika üzrə Karnegi-prefessor və 1974-1991-ci illərdə təbiət elmləri üzrə Con-Kristian-Uorner-professor işləmişdir. 1991-ci ildən Şimali-Qərb universitetində işləmişdir. 2004-cü ilin martın 15-də vəfat etmişdir. Popl London Kral cəmiyyətinin üzvü, ABŞ-nin Milli elmlər akademiyasının xarici üzvü, Avstraliya elmlər akademiyasının müxbir üzvü olmuşdur. 1977-ci ildə Amerika kimya cəmiyyətinin Laynus Polinq mükafatına, 1988-ci ildə Kral cəmiyyətinin Devi medalına və 1992-ci ildə İsrailin Volf mükafatına layiq görülüb. İstvan Xarqitti 1995-ci ildə Evanstonda Poplun kabinetində müsahibə almış və onu “Kimya həmsöhbəti” (The Cemical Intelligencer. 1197, 3(3), 14-19) jurnalında çap etdirib.
Kopa Amerika
Amerika Kuboku (isp. Copa América) — CONMEBOL tərəfindən təşkil olununan futbol turniri.
Kopa gölü
Kopa gölü (qaz. Қопа́) — Akmolla vilayəti ərazisində yerləşən Kökşetau şəhərində yerləşən göl. == Yerləşməsi == Kopa gölü Kökçetav yükşəkliyindən aşağıda, Kökşetau şəhərinin şimal-qərbində yerləşir. Göl ortalama 14 km² əraziyə və 2,0–3,0 m dərinliyə sahibdir. Ümumi su toplayıcı sahəsi 3860 km² təşkil edir. Göl axarlıdır və qurumur. Cənub və qərb sahilləri hündürdür, şimal və şərq sahilləri isə alçaqdır. Hamar hissəni sıx kolluqlar basmışdır. Gölün səthi isə təmizdir. Ancaq qərb və şimal hissələrdə qamışlıqlar vardır.
Kunya-Pora
Kunya-Pora (port. Cunha Porã) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 10680 nəfərdir. Ərazisi 220,293 km²-dir. Əhalinin sıxlığı 44,6 nəfər/km²-dir. Bələdiyyə 20 iyul 1958-ci ildə yaradılmışdır. Bələdiyyənin bayramı 20 iyulda qeyd edilir.
Lajoş Poşa
Lajoş Poşa (mac. Pósa Lajos; 9 aprel 1850 – 9 iyul 1914, Budapeşt) — Macarıstan şairi və yazıçısı. O, uşaq ədəbi jurnalının yaradıcısı və redaktoru olmuşdur.
Malus hopa
Muhammed Popal
Məhəmməd Popəl Muqim oğlu — Əfqanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == Məhəmməd Popəl 1967-ci ildə Əfqanıstanın paytaxtı Kabul şəhərində doğulub. Ali təhsillidir. Kabulda Kimya Biologiya İnstitutunu, eləcə də Pakistanda Politologiya İnstitutunu bitirib. 1993-cü ildə könüllü olaraq Qarabağda döyüşmək üçün Azərbaycana gəlib. 1994-cü ildə Azərbaycanda fəxri polkovnik rütbəsinə layiq görülüb. 2007-ci ildən təsis etdiyi Əfqanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədridir. Ailəlidir, 2 övladı var.
Papa Noel
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Papa Noyol
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Papa dövləti
Papa dövləti və ya Papa vilayəti — 754-cü ildə İtaliyanın mərkəzində Roma papası tərəfindən elan edilmiş, 1870-ci ilə qədər mövcud olmuş, teokratiya üsulu ilə teokrat monarx — papa tərəfindən idarə olunmuş, katolisizmin mərkəzi sayılan dövlət.
Poda adası
Poda — Taylandın Krabi vilayətində yerləşən ada. Ao Nanqe çimərliyindən 8 km cənubda yerləşir. Adanın uzunluğu 1 km, eni isə 600 metrdir. Ada Mu Ko Poda və ya Poda adaları qrupuna daxildir.
Santa-Pola
Santa-Pola (isp. Santa Pola) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Baxo-Vinalopa ərazisinin 58,6 km² hissəsini əhatə edir. 2017-cu ildə hesablamalara görə əhali 31137 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 19 km uzaqlıqda yerləşir..
Topa Qalası
Topa Qalası — Şərur rayonunun Axura kəndində şərqdə, Havuş kəndinin cənub tərəfində,hündür dağ zirvəsində qala == Haqqında == Axreoloji təqdiqatlar nəticəsində iri daşlardan inşa edilmiş qala divarlarının izləri aşkar olunmuşdur. Qala ərazisindən,əsasən,şirsiz saxsı məmulatı,həmçinin şirli qab hissələri, metal əşya qalıqları tapılmışdır. Tapıntılar XI- XVIII əsrəsrlər üçün səciyyəvədir. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 562. ISBN 5-8066-1468-9.
Topa ocaq
Topa ocaq-Ağcabədi rayonunun Kürdlər kəndindən 500 metr aralıda, Qarqar çayının sağ sahilində qeydə alınan maraqlı toponimlərdən biridir. == Tarixi == Ağcabədi rayonunun Kürdlər kəndindən 500 metr aralıda, Qarqar çayının sağ sahilində qeydə alınan maraqlı toponimlərdən biridir.Bu sahə çökək yerdə 6 ağacdan ibarət olduğu üçün el arasında ona Topa ocaq deyilir. Bu ocağın yaranma tarixi çox-çox qədimdir.Qocaların dediklərinə görə,keçmiş zamanlarda bu ocağın yaxınlığında qoca bir kişi qoyun otarırmış.Qocanın nəvəsi gündüz radələrində ona yemək gətirir. Qoca arxası ağaclara tərəf oturub çörək yeyirmiş.Birdən qız əlini ağaclara tərəf uzadıb deyirː Baba, ora bax. Qoca dönüb ağaclara tərəf baxır. Ancaq heç nə görmür. Ona görə nəvəsindən soruşurː Nə olub, nədir ki.Qız dinməzcə barmağını ağaclara tərəf uzadır. Qoca sualını təkrar etdikdə qız deyirː Baba orada dayanan boz atlını görmürsənmi.Deyilənə görə qızın gözünə görünən Xızır Peyğəmbər imiş.Elə bu səbəbdən də o zamandan həmin yer müqəddəs hesab olunur. Bu ağacların altında vaxtilə bir bulaq axırmış. Buradan keçən köç arvadlarından biri həmin bulaqda oğurluq qoyunun qarnını yuduğu üçün müqəddəs olan bu bulaq quruyur.
Tovlis Papa
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Papa İoanna
"Papa Joan" -Xristiyanların gizlətməyə çalışdıqları utancverici qadın Papa == Tarix == Katolik kilsəsini əsrlərdir narahat edən hekayənin baş qəhrəmanı Yohan 9-cu əsrdə almaniyada yaşayan dindar bir ailənin yanında övladlıq olaraq böyüyən bir ingilis qızıydı. Yaxınları onu "Gilberta" yaxud "Jutta" deyə də çağırırdılar. Olduqca ağıllı bir qız olan Yohan qadın olmasının özünə mənfi yaratdığını düşünər və 12 yaşına gələndə kişi paltarları geyməyə və oğlan uşağı kimi davranmağa başlayır. Daha sonrakı illərdə Yohan Xristian missionerlərə qoşulmuş və onlarla birlikdə getdiyi Afinada din və fəlsəfə öyrənmişdi. Zamanla ilahiyyat mövzusunda dövrün bütün xristian mənbələrinə və şifahi ifadələrinə vaqif olmuşdu, amma Afinalı xristianların gözündə əhəmiyyət qazanan saqqal saxlama adəti onu bu şəhərdən ayrılıb saqqalın taraş edildiyi Romaya getməyə vadar etdi. Romada özünü Con Anglicus adı ilə kişi kimi tanıdan Yohan "Benedictine" Monastırına girər və bilgisi ilə qısa müddət keşiş və kardinallardan ibarət geniş bir çevrəyə sahib olar. Hamı onu dövrün ən gözdə din alimləri arasında qəbul edirdi. Buna görə də Papa IV. Leonun səhhəti pozulmağa başlayanda kardinallar papalığa ən layiq insan kimi onun adını deməyə başlayırlar. 853-cü ildə Papa Leon ölüncə yerinə kilsə kənarından bir nəfər olmasına baxmayaraq, Yohan seçilir və VIII Con adı ilə vəzifəyə başlar. Papa Yohan 2 il 5 ay 4 gün boyunca Papalıq taxtında əyləşmişdir.ohan öldüyü yerdə də basdırılmış üzərinə "Petre, Pater Patrum Papisse Prodito Partum" ("Ata, Papaların Papası, Qadın Papanın uşağ doğma xəyanəti") yazılan mərmər qoyular və mərmərin yanına bir ana ilə uşağını göstərən heykəl tikilər.
Popay əməliyyatı
"Popay" əməliyyatı (ing. Operation Popeye) — 1967–1972-ci illərdə, Vyetnam müharibəsi zamanı ABŞ Hərbi Hava Qüvvələri tərəfindən iqlim silahlarından istifadə əməliyyatı. Əməliyyatın adı cizgi film personajı olan Dənizçi Popayın adı ilə verilmişdir. Yüksək dərəcədə məxfi olan bu proqram çərçivəsində Şimali Vyetnam hərbçilərinin tədarükünü pozmaq, yol səthini yumşaltmaq və sürüşmələrə səbəb olmaq üçün Ho Şi Min cığırı boyunca yağışlar mövsümünü uzatmağa cəhd edilmişdir. ABŞ-nin keçmiş müdafiə naziri Robert Maknamara beynəlxalq elmi ictimaiyyətin bu əməliyyata etiraz edə biləcəyindən xəbərdar idi, lakin o, prezidentə ünvanladığı memorandumda qeyd etmişdir ki, keçmişdə bu cür etirazlar ABŞ-nin milli təhlükəsizliyinin maraqlarına uyğun hesab edilən hərbi əməliyyatların qarşısını almaq üçün əsas olmamışdı. Kimyəvi hava proqramı Taylanddan başlayaraq Kamboca, Laos və Vyetnam üzərində həyata keçirilmişdir. İddialara görə, əməliyyat o zamankı müdafiə naziri Melvin Leyrdin icazəsi olmadan dövlət katibi Henri Kissincer və Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən maliyyələşdirilmişdir. Leyrd Konqres qarşısında hava dəyişikliyi proqramının taktiki silah kimi istifadə məqsədilə mövcudluğunu şiddətlə təkzib etmişdi. == Zəmin == "Rainmaking in SEASIA" başlıqlı hesabatda Kaliforniyada yerləşən Çayna-Leyk Hərbi Hava Qüvvələri bazasında hazırlanmış və Okinava, Quam, Filippin, Texas və Floridada sınaqdan keçirilmiş proqramda təyyarələr tərəfindən qurşuni yodid və gümüş yodiddən istifadəni təsvir edir. Bu səy "Stormfyuri" layihəsi adlı qasırğanın öyrənilməsi proqramının bir hissəsi idi.
Pola Hokins
Pola Hokins - Britaniya jurnalisti və yazıçısıdır. Hawkins daha çox zorakılıq və narkotikdən istifadə haqqında triller olan "Qatardakı qız" romanı ilə tanınır. Roman 2016-cı ildə Emili Blantın oynadığı filmə uyğunlaşdırılmışdır. Hawkinsin ikinci triller romanı, Suya, 2017-ci ildə çıxdı. == Həyat və karyera == Hawkins Hararedə, Rodeziyada (indiki Harare, Zimbabve) Anthony "Tony" Hawkins və həyat yoldaşı Glynne'nin qızı olaraq anadan olub böyüdü. Atası iqtisadiyyat professoru və maliyyə jurnalisti idi. 1989-cu ildə 17 yaşında Londona köçməzdən əvvəl Hawkins Zimbabve, Harare, Arundel Məktəbində oxuyub, sonra Qərbi Londonda, Kensinqtonda müstəqil kollec olan Collingham Kollecində A-Levels təhsili alıb. Hokins Oksford Universitetinin Keble Kollecində fəlsəfə, siyasət və iqtisadiyyat oxudu. O, The Times-da jurnalist kimi işləyib, biznes haqqında məlumat verib. Daha sonra o, sərbəst şəkildə bir sıra nəşrlərdə çalışdı və qadınlar üçün maliyyə-məsləhət kitabı, "Pul ilahəsi" yazdı.
Dans-pop
Dans-pop — Rəqs yönümlü pop musiqi, 1980-ci illərdən başlayan post-disko dövründə inkişaf etmişdir.
Spişskа Nоvа Vеs
Spişskа Nоvа Vеs (slovak. Spišská Nová Ves, alm. Zipser Neudorf‎, mac. Igló) — Slovakiyanın şərqində şəhər. Koşitse bölgəsində yerləşir. Əhalisi 39 min nəfərdir. === Əhali === === Etnik tərkib === == Siyasət == 1989-cu ildən şəhər icra başçıları: 1989 – 1990 – Ján Borovský 1990 – 1994 – Rastislav Jacák 1994 – 2002 – Karol Mitrík 2002 – 2006 – Anna Fedorová 2006 – 2014 – Ján Volný, PhD. == Qardaşlaşmış şəhərlər == Almaniya Alsfeld (alm. Alsfeld‎) Çexiya Havliçkuv-Brod (çex. Havlíčkův Brod) Polşa Groets (pol. Grójec) Fransa Eql (fr.
Coca-Cola
Koka-Kola (ing. Coca-Cola) — 6 may 1886-cı ildə ABŞ- da yaradılmış sərinləşdirici içkilər istehsal edən The Coca-Cola Company şirkəti tərəfindən satışa çıxarılan qazlı sərinləşdirici içkidir. == İstehsalı == Coca-Cola, Amerika Birləşmiş Ştatları mənşəli, karamelize şəkərlə dadlandırılmış, spirtsiz içki markası. Coca-Cola və müxtəlif spirtsiz içki markalarının sahibi, mərkəzi ABŞ- ın Georgia əyalətində, Atlanta şəhərində olan çox millətli şirkətdir. 1886-cı ildə qurulan şirkətin səhmləri, Nyu York Birjasında KO qısaltması ilə əməliyyat göstərilir İkinci Dünya Müharibəsindən sonra Amerika həyat tərzinin bir simvolu olaraq əvvəl Avropada, sonra bütün dünyada məşhur reklam kampaniyaları ilə böyük bazar payı qazandı. Soyuq Döyüşün ardından Sovetlər Birliyi torpaqlarında və Şərqi Avropada istehsal və satışa başladı, bu bölgələrdə də spirtsiz içki bazarında güclü vəziyyətə gəldi. İdarə heyəti Başçısı (CEO) Türk iş adamı Muxtar Kentdir. Coca Cola və Pepsi- nin istehsal edən şirkətlər, Kaliforniya qanunlarına görə, məhsullarına xərçəng xəstəliyinin qonmaması üçün bu içkilərin tərkibini dəyişdirir. Yeni tərkibə görə, içkilərə karamel rəngini verən 4 — metilimidazol maddəsindən daha az istifadə ediləcək. 4 — metilimidazol, Kaliforniya əyalətinin xərçəngə gətirib çıxardığı düşünülən maddələr siyahısında iştirak edir.
ПМА "В-1" və ПМА "В-2" aşqarları
Coca-Cola Cherry
Coca-Cola Cherry (orijinal satış adı və hələ də tanındığı adı ilə Cherry Coke) — Koka-Kolanın albalı dadlı versiyası. İçki The Coca-Cola Company tərəfindən istehsal olunur. == Tarixi == Bir çox restoran, kinoteatr və apteklər içki 1985-ci ildə mağazalarda rəsmi olaraq təqdim edilməzdən çox əvvəl Koka-Kolaya albalı siropu əlavə edərək onun qeyri-rəsmi versiyasını təqdim etmişdilər. The Coca-Cola Company ilk dəfə 1982-ci ildə Tennessi ştatının Noksvill şəhərində keçirilən Ümumdünya Sərgisinə gələn tamaşaçılara digər dadlarla birlikdə Kola-nın rəsmi albalı dadlı versiyasını da təqdim edərək içkinin sınaqdan keçirməyə başladı. "Cherry Coke" 1985-ci ilin yayında ABŞ-də əsas istehsala daxil oldu. 2007-ci ilə qədər ABŞ-də və bəzi digər ölkələrdə Coca-Cola Cherry olaraq adlandırılan Cherry Coke, o dövrdə Coca-Cola-nın üçüncü variasiyası idi. == Beynəlxalq paylanma == Coca-Cola Cherry bir sıra müxtəlif ölkələrdə paylanmışdır. İçki hal-hazırda ABŞ-dən başqa İsveç, Albaniya, Çin, Ukrayna, Böyük Britaniya, İrlandiya Respublikası, Finlandiya, Almaniya, Belçika, Danimarka, Fransa, Macarıstan, Çexiya, Hollandiya, Polşa, Slovakiya, Xorvatiya, Latviya, Litva, Cənubi Afrika, Cənubi Koreya, Bolqarıstan, Yunanıstan, Rumıniya və Peruda mövcudur. İçki Yaponiyada da mövcuddur və burada hələ də "Cherry Coke" kimi tanınır. Coca-Cola Cherry Yeni Zelandiyada bəzi supermarketlərdə tapıla bilər (adətən Böyük Britaniya və ya ABŞ-dən gətirilir).