ПМА "В-1" və ПМА "В-2" aşqarları

ПМА «В-1» və ПМА «В-2» - polimetakrilat tipli özlülük aşqarları olub molekul kütlələri 3000-4300 (ПМА «В-1») və 12000—17000 (ПМА «В-2»)-dir.

Xassələri[redaktə | mənbəni redaktə et]

ПМА «В-1» aşqarı mexaniki destruksiyaya qarşı yüksək davamlılığa və nisbətən aşağı molekul kütləyə görə orta dərəcədə qatılaşdırıcılığa malikdir.

ПМА «В-2» aşqarı ПМА «В-1» aşqarı ilə müqayisədə daha yaxşı qatılaşdırıcılıq qabiliyyətinə malikdir, lakin mexaniki destruksiyaya qarşı davamlılığa görə ondan geri qalır.

Alınması[redaktə | mənbəni redaktə et]

ПМА «В-1» və ПМА «В-2» metakrilat turşusunun СН2=С(СН3)СООН monomerinin sintetik yağ spirtlərinin C7-C12 (ПМА «В-1») və С813 (ПМА «В-2») fraksiyaları ilə efirlərləşməsindən alınan polimerlərin yağda məhlullarıdır. ПМА «В-1» aşqarı ТУ 6-01-979—84 üzrə alınır və polimetakrilatların МС-8 yağında 58-65%-li məhlulundan ibarətdir.

ПМА «В-2» aşqarı ТУ 6-01-692—77 üzrə alınır və yüksək keyfiyyətli aşqar polimetakrilatların И-20А yağında 30-35%-li məhlulundan ibarətdir.

Tətbiqi[redaktə | mənbəni redaktə et]

ПМА «В-1» və ПМА «В-2» aşqarları duru yağların özlülüyünü və özlülük indeksini artırmaq üçün istifadə edilir.

ПМА «В-1» aşqarı motor, transmissiya və hidravlik yağlarda 18% qatılığa qədər istifadə olunur.

ПМА «В-2» aşqarı motor yağlarında və hidravlik sistemlərin işçi mayelərində 6% qatılığa qədər tətbiq olunur.

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. Электронная библиотека: Топлива, смазочные материалы, технические жидкости. www.bibliotekar.ru/5-toplivo-smazka/43.htm
  2. Синтез и исследование функциональных свойств комплексных полифункциональных присадок. studbooks.net/2297827/matematika_himiya_fizika/vyazkostnye_prisadki