Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pisanitsa
Pisanica (xorv. pisanice) — Xorvatların pasxa bayramı üçün bəzədiyi yumurta; qədim slavyan adəti. == Haqqında == Pasxa bayramı vaxtı yumurtanı tünd rənglərlə boyayırdılar və hədiyyə verirdilər. Xüsusilə də kiçik uşaqlara və yaxın qohumlara hədiyyə olunurdu. Kənd sakinləri yumurtanı boyamaq üçün əllərindəki bütün imkanlardan istifadə edirdilər. Yumurtaları boyamaq üçün ən yayğın rəng qırmızı çuğundurun və digər tərəvəzlərin bolluğuna görə qırmızı idi. Medjimuryedə amorf karbonu palıdla qarışdırırdlar ki, tünd-qəhvəyi rəng ala bilsinlər. Yaşıl bitkilərdən yaşıl rəng üçün istifadə edilirdi. Pisanitsa sözü xorvat mənşəli olub mənası "məktub" deməkdir. Pisanitsalarda yazılan ən çox yayılan ifadə xorvatca "Sretan Uskrs", yəni "Pasxa bayramınız mübarək" olurdu.
Planitsa
Planitsa (Slovencə tələffüz: [plaˈnìːtsa]) — Sloveniyanın şimal-qərbində, Rateke sərhəd kəndindən cənuba uzanan Alp vadisidir. Daha cənubda, dərə Triqlav Milli Parkında populyar bir gəzinti yeri olan Tamar Vadisinə qədər uzanır. Planica xizəklə atlayış ilə məşhurdur. İlk belə təpə 1930-cu ildən əvvəl Ponca dağının yamacında qurulub. 1933-cü ildə İvan Rozman xizəklə atlayış idman növünü yaradan Stanko Bloudekin şərəfinə "Bloudek nəhəngi" adlanan daha böyük bir təpə tikdi. 100 metrdən yuxarı ilk xizək atlamasına burada, 1936-cı ildə Avstriyalı Sepp Bradl nail oldu. O dövrdə bu vadi dünyanın ən böyük atlayış təpəsi idi.
Zornitsa Marinova
Zornitsa Marinova (d. 6 yanvar 1987) — Bolqarıstanı təmsil edən bədii gimnast. Zornitsa Marinova, Bolqarıstanı 2004 Afina və 2008 Pekin Olimpiadalarında təmsil etdi. == Karyerası == Zornitsa Marinova, 2004-cü ildə Bolqarıstanın bayrağı altında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Eleonora Kejova, Janeta İliyeva, Kristina Ranqelova, Qalina Tançeva və Vladislava Tançeva ilə birgə finalda 48.600 xal toplayaq 3-cü yeri tutdu və Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Zornitsa buxtası
Zornitsa buxtası (bolq. залив Зорница, ‘Zaliv Zornitsa’ \'za-liv zor-'ni-tsa\) — 7 km uzunluğu olan və Antarktidanın Cənubi Şetland adalarının Livinqston adasının Varna yarımadası sahillərindən 3.1 km şimalda yerləşmişdir. Rove burnu ilə Skesa burnu arasında, II İohann pavel yarımadasından qərbdə yerləşmişdir. Buxta şimal-şərqi, cənub-şərqi, cənub-qərbi Bolqarıstanda yerləşən Zornitsa şəhərinin adını daşıyır. == Yerləşməsi == Zornitsa buxtası 62°34′10″ c. e. 60°50′50″ q. u. koordinatlarında yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir.