Pisanitsa

Xorvatiyada ənənəvi pisanitsa

Pisanica (xorv. pisanice) — Xorvatların pasxa bayramı üçün bəzədiyi yumurta; qədim slavyan adəti.[1]

Haqqında[redaktə | mənbəni redaktə et]

Pasxa bayramı vaxtı yumurtanı tünd rənglərlə boyayırdılar və hədiyyə verirdilər. Xüsusilə də kiçik uşaqlara və yaxın qohumlara hədiyyə olunurdu. Kənd sakinləri yumurtanı boyamaq üçün əllərindəki bütün imkanlardan istifadə edirdilər. Yumurtaları boyamaq üçün ən yayğın rəng qırmızı çuğundurun və digər tərəvəzlərin bolluğuna görə qırmızı idi. Medjimuryedə amorf karbonu palıdla qarışdırırdlar ki, tünd-qəhvəyi rəng ala bilsinlər. Yaşıl bitkilərdən yaşıl rəng üçün istifadə edilirdi. Pisanitsa sözü xorvat mənşəli olub mənası "məktub" deməkdir.

Pisanitsalarda yazılan ən çox yayılan ifadə xorvatca "Sretan Uskrs", yəni "Pasxa bayramınız mübarək" olurdu. Digər geni şyayılmış bəzəklər göyərçinlər, xaçlar, sağlıq və xoşbəxtlik arzu edən digər təntənəli şüarlar olurdu. Pasxa gününə qədər katoliklər və digər xristianlar ənənəvi yeməkləri (çörək, pendir və yumurtanı) zənbilə qoyub "gecə messa"sına gedirdilər. Messa vaxtı rahib növbəti səhər üçün qorunub saxlanılan yeməyə xeyir-dua verirdi. Pasxa günü ənənəvi oyunlar oynanılır. Belə ki, iki nəfər yumurta seçib onu şaquli vəziyyətdə saxlayıb digər şəxsin tutduğu yumurta ilə yüngülcə toqquşdururdu ki, görsün kimin iradəsi daha sağlamdır.

Yumurtası çatlayan hər kəs digərini götürməlidir, bu proses bütün yumurtalar istifadə edilən qədər davam etməlidir. Ən möhkəm yumurtanı əlində saxlayan şəxs sonda qalib gəlir.[1]

Qalereya[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "pisanice | Hrvatska enciklopedija". 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-17.