Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Portret
Portret (fr. portrait) - şəkil, fotoşəkil, heykəl və bənzəri sənət növlərində bir adamın üzünün və üz ifadəsinin çəkilməsi ilə yaradılan əsərdir. Bu əsərlərin məqsədi insanın görünüşünü, şəxsiyyətini və ruh halını əks etdirməkdir. Bu səbəblə fotoşəkilçilikdə portretlər enstantane olaraq deyil, müəyyən bir inşa daxilində adamın poza verməsiylə çəkilir. Avtoportret ümumiyyətlə, çəkilən adam rəssama ya da fotoşəkilçiyə doğru baxar və bu sayədə kişinin tamaşaçıya ən müvəffəqiyyətli şəkildə köçürülməsi təmin edilər. == Xüsusiyyətləri == Krallar və imperatorlar kimi əhəmiyyətli kəslərə aid olmayan ən köhnə portretlərdən bəziləri, Feyyum mumiya portreleridir. Misirin Feyyum bölgəsindəki məzarlarda, mumiyaların qoyulduğu tabutlara çəkilən bu portretlər, quru iqlim şəraiti sayəsində bu günə çatmışdır. Bunlar, müxtəlif freskler xaricində, bu günə çatmış olan tək Roma dövrü portret növüdür. Roma heykəl sənəti daxilində portretlər, xüsusilə tərifləyici olmayan həqiqi təsvir çəkilməkdə idi. IV əsr zamanlarında, insanların görünüşləri, idealizə edilmiş formalarda çəkilməyə başladı.
Oval portret
Oval Portret (ing. The Oval Portrait) — Edqar Allan Po tərəfindən Qorxu janrında yazılmış hekayə. Əsər 1842-ci ildə Graham's Magazine nəşriyyatında nəşr edilmişdir.
Portret fotoqrafiyası
Portret fotoqrafiyası — fotoqrafiyanın bir və ya toplu halda insanın özünüifadədən istifadə edərək subyektin əhval-ruhiyyəsini və fərdiliyini nümayiş etdirməsi ilə müşahidə edilən janrlarından biri. Portret sənətinin digər növlərində olduğu kimi fotoqrafiyada da şəklin mərkəzində insan siması əks olunur. Buna baxmayaraq, insanın bütün bədəni ilə arxa fon, eləcə də əsas səciyyəvi məzmun portretin tərkib hissəsini təşkil edə bilər. == Tarixi == Dəyəri nisbətən aşağı olan dagerotip, XIX əsrin ortalarında subyekt üçün məhdudlaşdırılmış oturaq vəziyyəti və rəssamlığın portret janrını üstələyərək, portret fotoqrafiyasının ümumi məşhurluğuna gətirib çıxardı. Bu erkən işlərin üslubu uzun müddət dövrün tələbləri ilə mövcud olmuş rəssamlığın estetikasındakı bəzi texniki problemləri dəf edə bildi. Fiqurlar, adətən, sadə fonların qarşısında yerləşdirilir və güzgülərlə əks olunub-olunmamasından asılı olmayaraq, yuxarı pəncərədən istiqamətləndirilmiş yumşaq işıqla aydınlaşdırılırdılar. Fotoqrafiya avadanlığının imkanları və üsullarının zaman keçdikcə inkişaf etməsi, fotoqraflara təsviri daha qısa vaxt kəsiyində əldə etməyin studiya şəraitində mümkün olmasına imkan yaratdı. == Portretin işıqlandırılması == Portret fotoqrafiyasının yaradılması studiya şəraitində təşkil olunursa, fotoqraf subyektin tərkib hissəsi kimi işıqlandırmanı tənzimləyə, işığın istiqamətini və gərginliyini çəkilişə uyğunlaşdıra bilər. Çəkiləcək şəxsin simasını işıqlandırmaq üçün bir çox vasitələrdən istifadə etmək mümkündür. Lakin işıqlandırmanın təsviri asan yarada biləcək bir neçə ümumi planları var.
Nizaminin portreti
"Nizaminin portreti" - Azərbaycan ədəbiyyatının klassiki Nizami Gəncəvinin 1940-cı ildə Azərbaycan sovet rəssamı Qəzənfər Xalıqov tərəfindən çəkilmiş portretidir. Əsər hazırda Bakı şəhərində, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılır. Əsərin ikinci nüsxəsi Gəncə şəhərində, Gəncə Tarix Diyarşünaslıq Muzeyindədir. Bu portret Xalıkovun ciddi yaradıcılıq nailiyyəti hesab olunur.. Portretdə Nizami dizində kitab tutmuş şəkildə təsvir edilmişdir. Sənətşünas N. M. Miklaşevskaya qeyd edir ki, tünd rəng koloritinə baxmayaraq, nəcib üz quruluşu və xarakterik baş geyimi, həmçinin ciddi geyim xəttləri ilə insanı cəlb edir. == Tarixi == 1939-cu ildə Nizami Gəncəvinin bədii obrazının yaradılması üçün rəssamlar arasında müsabiqə elan edilmişdi. Baxmayaraq ki, Qəzənfər Xalıqov müsabiqənin birinci mərhələsində iştirak etməmişdi, lakin, rəssam böyük şairin dərin ifadəli portretini işləmişdi. Məşhur şərqşünas və nizamişünas alim Yevgeni Bertels bu portret haqqında qeyd etmişdir ki, "portret şairin tarixi obrazına uyğundur və Nizami belə görünüşə malik ola bilərdi." Portretin çəkilişinə Xalıqovu öz məsləhətləri ilə Y. Bertles, filosof Heydər Hüseynov və ədəbiyyatşünas Həmid Araslı ilhamlandırmış və təşviq etmişlər. Nəticədə bu üç alimin söylədiklərini nəzərə alan Qəzənfər Xalıqov Nizami Gəncəvinin bədii portretini işləmişdir.
Kardinalın portreti
Kardinalın portreti bu mənaları ifadə edə bilər:
Oval Portret (hekayə)
Oval Portret (ing. The Oval Portrait) — Edqar Allan Po tərəfindən Qorxu janrında yazılmış hekayə. Əsər 1842-ci ildə Graham's Magazine nəşriyyatında nəşr edilmişdir.
Portret Variantı (1982)
== Məzmun == Filmdə konkret bir hadisə — 1982-ci ildə Kislovodskda keçirilən şahmat oyunu yarışı əks etdirilir.
Portret variantı (film, 1982)
== Məzmun == Filmdə konkret bir hadisə — 1982-ci ildə Kislovodskda keçirilən şahmat oyunu yarışı əks etdirilir.
Dost ilə birgə portret
Dost ilə birgə portret (it. Autoritratto con un amico) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1518–1519-cu illərdə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. Dost ilə birgə portret əsəri hal-hazırda Fransada Paris şəhərində Luvr muzeyində saxlanılır. Tabloda təsvir olunan gənclərdən solda və ciddi bir formada düz baxan Rafael Santidir. Digər şəxsin kimliyi mübahisə doğurur. Bu şəxsin kimliyi haqqında olan fikirlərdən biri, onun Rafael Santinin şagirdi və ya köməkçisi olmasıdır. Lakin bu fikirlər öz təsdiqini tapmamışdır. Ən önəmli iddia isə bu şəxsin Rafael Santinin iki dostundan biri olmasıdır.
Ancelo Doninin portreti
Ancelo Doninin portreti (it. Ritratto di Agnolo Doni) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1506-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Ancelo Doninin portreti" əsəri hal-hazırda İtaliyada, Florensiya şəhərində saxlanılır.
Anyolo Doninin portreti
Ancelo Doninin portreti (it. Ritratto di Agnolo Doni) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1506-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Ancelo Doninin portreti" əsəri hal-hazırda İtaliyada, Florensiya şəhərində saxlanılır.
Aqnolo Doninin portreti
Ancelo Doninin portreti (it. Ritratto di Agnolo Doni) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1506-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Ancelo Doninin portreti" əsəri hal-hazırda İtaliyada, Florensiya şəhərində saxlanılır.
Arnolfini cütlüyünün portreti
Arnolfini cütlüyünün portreti (nid. Portret van Giovanni Arnolfini en zijn vrouw) — Bir Digər Adı İlə Arnolfini'nin Evlənməsi məşhur flamand rəssamı Yan van Eyk tərəfindən təxminən 1434-cü ildə çəkilmiş erkən İntibah üslubunda olan rəsm əsəridir; o, Avropa incəsənət tarixində ilk məlum qoşa portret nümunəsi hesab edilir. Portret (81,8 × 59,7 sm) 1434-cü ildə Brügge şəhərində yaradılmışdır və 1842-ci ildən etibarən London milli qalereyasında saxlanılır (zal № 56, inv. № NG186). Rəsm əsərində tacir Covanni di Nikolao Arnolfini və onun arvadının Brügge şəhərində yerləşən şəxsi mülkündə təsvir olunduqları güman edilir. Rəsm əsəri Şimal İntibahı dövrünə aid edilən flamand və holland incəsənət məktəblərinin ən qəliz interpretasiya olunan nümunəsi sayılır, tabloda məhz kimin təsvir olunması haqda olan çoxsaylı mübahisələr isə günümüzə qədər davam edir. Gözəlliyi, ikonoqrafiya kompleksi, həndəsi ortoqonal perspektivi, mühitin əks etdirilməsi üçün güzgünün istifadəsi və əsərin bəzi tədqiqatçılar tərəfindən nikah müqaviləsinin rəsmiləşdirilməsini əks etdirməsinin qəbul edilməsi nəzərə alınmaqla, portret qərb incəsənətində ən original və mürəkkəb sənət nümunələrindən biri hesab edilir. Ernst Qombriçə görə "İtaliyada Donatello və Mazaççonun əsərləri kimi, bu əsər də özünəməxsus yeni və inqilabçı xüsusiyyətə malikdir. Sanki real dünyanın sadə bir küncündə adi həyat səhnəsi sehrli çubuğun gözlənilməz hərəkəti ilə olduğu kimi kətan üzərində həkk edilmişdir… Tarixdə ilk dəfə rəssam sözün həqiqi mənasında ideal göz şahidi olmuşdur." Van Eyk tərəfindən 1434-cü ildə imzalanmış əsər, həmin rəssam və onun qardaşı Hubert tərəfindən işlənmiş Gent altarı ilə yanaşı tempera ilə yox, yağlı boya ilə işlənmiş ən qədim məlum əsərlərdir. Əsər 1842-ci ildə London Milli Qalereyasına gətirilmişdir.
Dorian Qreyin portreti
Dorian Qreyin portreti bütövlükdə ilk dəfə 1890-cı ildə Lippinkott aylıq jurnalında nəşr olunmuş, Oskar Vayldın müəllifi olduğu fəlsəfi romandır. Nəşriyyatçının əxlaq dəyərlərinə uyğun olmadığı üçün əsərin 500-sözə yaxın hissəsini silməsinə baxmayaraq, kitab tənqid atəşinə tutuldu. "Londonun Gündəlik Xronikası" qəzeti əsəri "cəmiyyəti çürüdə biləcək iyrənc fikirlərlə dolu","kirli" və "zəhərli" adlandırdı, "St.Ceyms Qəzeti" isə kitabı "ürəkbulandırıcı","iyrənc" hesab edir və yazarın edam olunmasını təklif edirdi. Kitab 1891-ci ildə yenidən çap olunduqda altı yeni fəsil əlavə olunmuşdu. Əsər ingilis dilində yazılmış yüz ən yaxşı romandan biri seçilib və Oskar Vayldın yayımlanmış tək romanıdır, Azərbaycan dilinə Kamran Nəzirli tərəfindən tərcümə olunub. == Mövzu == Dorian Qrey xalası-xanım Brendonun evində tanınmış rəssam Bazil Holvardla tanış olur. İnanılmaz dərəcədə yaraşıqlı olan Dorian rəssamın diqqətini cəlb edir və rəssam onun bir neçə portretini çəkir. O, bu portretlərdə Dorianı qədim yunan qəhrəmanı və ya mifik bir fiqur olaraq təsvir edir. Çox bəyənilməsinə baxmayaraq əsərini satmaqdan imtina edən Bazil dostu Lord Henriyə şəxsi hisslərini həddən artıq ələ verdiyi üçün portretə qarşı narahatlığını dilə gətirir. Sensasiyalı çıxışları ilə ad qazanmış dostu Lord Henri ilə Dorianın yaxınlaşmasından qısqanclıq duyan Bazil buna mane ola bilmir və Henrinin Doriana təsiri get-gedə güclənir.
Elizabet Qonzaqanın portreti
Yelizaveta Qonzaqanın portreti (it. Ritratto di Elisabetta Gonzaga) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1504-cü ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Yelizaveta Qonzaqanın portreti" hal-hazırda İtaliyada, Florensiya şəhərindəki Uffitsi qalereyasında saxlanılır.
Gənc xanımın portreti
"Gənc xanımın portreti" (təxm. 1470) holland rəssamı Petrus Kristus tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəridir. Xüsusi dəqiqliklə işlənilmiş bu əsər holland portret rəssamlığı məktəbində yeni inkişaf mərhələsinə təkan vermişdir. Əsərdə çox gənc yaşlarında olan xanımın qapalı məkanda və aydın fonda surəti yaradılmışdır. Bu naməlum qəhrəman əsilzadələrə məxsus zərifliyi ilə diqqəti cəlb edir. Dəbdəbəli və bahalı qiyafələri bu xanımın fransız əsilli olmasına işarə edə bilər.
Kardinalın portreti (Rafael)
Kardinalın portreti (it. Ritratto di cardinale) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1510-cu ildə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. Kardinalın portreti əsəri hal-hazırda İspaniyada, Madrid şəhərində Prado muzeyində saxlanılır. Tabloda təsvir olunan kardinalın kim olduğu bilinmir. Tablo Roma papası Papa II. Luisin sarayında çəkilmişdir. Əsərin məşhur sahiblərindən biri İspaniya kralı olmuş IV. Carlos hesab olunur.
Kişi portreti (Rafael)
Kişi portreti (it. Ritratto virile) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1502-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur. Kişi portreti əsəri hal-hazırda İtaliyada Roma şəhərində Galleria Borghesedə saxlanılır. Əsər məşhur Alman rəssamı Hans Holbeinə həsr olunmuşdur.
Mah Tələtin portreti
Mah Tələtin portreti — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin çəkdiyi rəsm. Rəsm Tbilisidə, Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır. == Təsviri == Azərbaycan milli geyimində təsvir edilmiş qadın açıq pəncərə (şəbəkə) fonunda təsvir edilib. Pəncərədən mavi səma görünür. Qadın sol əlini bülinə qoyub, sağ əlini isə aşağı sallayıb. Şəbəkənin ortada yerləşən və qaldırıldığına görə qadının başı üzərində imiş kimi görünün orta hissəsi rəngarəng şüşələrlə bəzədilmişdir. Yan pəncərələr üzərində asılmış yaşıl pərdələr aşağıdan yığılaraq əsərin kənarlarına doğru çəkilmişdir. Döşəmə geniş haşiyəli xalça ilə döşənmişdir. Miklaşevskayanın sözlərinə görə, qadının demək olar ki, dairəvi olan üzü xəttləri az marqlı və ifadəsiz olsa da, sözsüz ki, portret uyğunluğunu ötürə bilir. Böyük dəstələrlə çiyinlərə düşən qara saçları qadının üzünü əhatə edir.
Peruginonun portreti (Rafael)
Peruginonun portreti (it. Ritratto del Perugino) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1504—cü ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur. Peruginonun portreti əsəri hal-hazırda İtaliyada Florensiya şəhərində Uffizi mədəniyyət evində saxlanılır.
Peruсinonun portreti (Rafael)
Peruginonun portreti (it. Ritratto del Perugino) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1504—cü ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur. Peruginonun portreti əsəri hal-hazırda İtaliyada Florensiya şəhərində Uffizi mədəniyyət evində saxlanılır.
Yelizaveta Qonzaqanın portreti
Yelizaveta Qonzaqanın portreti (it. Ritratto di Elisabetta Gonzaga) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1504-cü ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Yelizaveta Qonzaqanın portreti" hal-hazırda İtaliyada, Florensiya şəhərindəki Uffitsi qalereyasında saxlanılır.
Suzanna Blochun portreti
Suzanna Bloçun portreti — ispan rəssamı Pablo Pikassonun 1904-cü ildə Parisdə Mavi Dövrünün sonuna doğru çəkdiyi kətan üzərində yağlı boya tablosudur. Tablonun əsas mövzusu Suzanne Bloç Vaqner şərhləri ilə tanınan bir müğənni və skripkaçı Henri Blochun bacısı idi. Bu rəsm San Paulo İncəsənət Muzeyində saxlanılır. == Fon == 20-ci əsrin əvvəllərində Pikassonun tez-tez ziyarət etdiyi Paris korifeyi Suzan Bloç Vaqneriyalı müğənni və skripkaçı Henri Bloçun bacısı idi. O, 1904-cü ildə fransız şairi Maks Yakob vasitəsilə ispan rəssamı ilə tanış oldu və o Parisdə, Ravingan küçəsi 13 ünvanındakı Bateau-Lavoir studiyasında, yazın sonu və yazın əvvəli arasında Pikassonun portreti üçün əyləşirdi. Pikassonun imzası olan, yağlı boya ilə çəkilmiş rəsmdən əvvəl gouache ilə möhkəmləndirilmi. qələm və mürəkkəb eskiz ; o indi İsveçrənin Ascona şəhərindəki Neubury Coray kolleksiyasında qorunur.. == Təsvir == Yağlarla çəkilmiş portret, Unicamp- ın sənət tarixi professoru Luiz Markes tərəfindən "tamamilə aid olduğu mavi dövr" ün nümunəsi kimi təsvir edilmişdir. . Bu mavi dövrün son mühüm əsəri adlandırılırdı. Baxmayaraq ki, Palau i Fabre " bir dövrdən digərinə keçid mərhələsini bu günə qədər müəyyənləşdirmək və müəyyən etmək çətindir- bu, hər halda, ani bir yerdəyişmə deyildir, lakin mülayim nüanslı, ara-sıra olsa da, irəliləyiş."Bənzər şəkildə Denys Çevalyer yazırdı: "Mavi dövrü çox dəqiq təyin etmək üçün hər hansı cəhd yalnız səhvlərə səbəb ola bilər" Tamamilə qaranlıq, həzin aura ilə hopdurumuş rəsmmavidən mavi-yaşıla qədər dəyişən monoxromatik çalarlarda, daha isti tonların sporadik iştirakı ilə təqdim edilir.
Həkim Qaşenin portreti
"Doktor Qaşenin portreti" (fransızca: Portrait du Dr Gachet avec branche de digitale / Le Docteur Paul Gachet) — holland rəssamı Vinsent van Qoqun ölümündən az əvvəl, 1890-cı ilin iyununda çəkdiyi rəsm əsəridir. Rəssamın sonrakı illərdə səhhətinə nəzarət edən Pol Qaşenin tülkü budağı ilə (o, rəssam üçün dərman iksiri hazırlamışdı) portreti 1990-cı il mayın 15-də Christie's hərracında rekord məbləğə — 82,5 milyon dollara satıldı. Sonrakı 15 il ərzində rəsm ən bahalı rəsmlər (satışa çıxarılanlar) siyahısında birinci oldu. == Sahiblik tarixçəsi (ilk versiya) == Van Qoqun ölümündən sonra rəsm onun bacısına miras qalmış, o da öz növbəsində 1897-ci ildə onu şəxsi kolleksiyaçıya satmışdır. Rəsm 1911-ci ildə Stadel İncəsənət İnstitutu tərəfindən alınana qədər bir neçə dəfə əl dəyişdirdi. Rəsm 1937-ci ilə qədər Frankfurt-Mayndə qaldı. 1933-cü ildə nasional-sosialistlər hakimiyyətə gəldikdən sonra rəsm sərgidən çıxarılaraq muzeyin saxlanc anbarına təhvil verilib. 1937-ci ildə, "degenerativ sənət" adlanan şeydən qurtulmaq üçün aparılan kampaniyanın ardınca, rəsm Reyx Təhsil və Təbliğat Nazirliyi tərəfindən müsadirə edildi. 1938-ci ildə Hermann Goering rəsm əsərini Amsterdamda bir sənət dilerinə satdı, o da öz növbəsində onu müharibə zamanı onunla birlikdə ABŞ-yə qaçan şəxsi kolleksiyaçı Ziqfrid Kramarskiyə satdı. Sonradan rəsm tez-tez Metropolitan İncəsənət Muzeyində sərgilənirdi.
Dost ilə birgə portret (Rafael)
Dost ilə birgə portret (it. Autoritratto con un amico) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1518–1519-cu illərdə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. Dost ilə birgə portret əsəri hal-hazırda Fransada Paris şəhərində Luvr muzeyində saxlanılır. Tabloda təsvir olunan gənclərdən solda və ciddi bir formada düz baxan Rafael Santidir. Digər şəxsin kimliyi mübahisə doğurur. Bu şəxsin kimliyi haqqında olan fikirlərdən biri, onun Rafael Santinin şagirdi və ya köməkçisi olmasıdır. Lakin bu fikirlər öz təsdiqini tapmamışdır. Ən önəmli iddia isə bu şəxsin Rafael Santinin iki dostundan biri olmasıdır.
Portfel
Maliyyədə Portfel (ing. portfolio) — hüquqi və fiziki şəxslərin investisiya məcmusu. == İnvestisiya portfeli == İnvestisiya portfeli real və ya maliyyə investisiyalarının məcmusudur. Dar mənada, bu, bir investora məxsus olan və bütövlükdə idarə olunan müxtəlif növ, müxtəlif müddətlər və müxtəlif likvidlik dərəcələri olan qiymətli kağızlar toplusudur. Aktivlərin hər bir növünün nisbətinin dominant olmadığı investisiya portfeli diversifikasiya edilmiş adlanır (bax: diversifikasiya). Belə bir portfel eyni gəlirlilik sırasına malik bir qiymətli kağızla müqayisədə daha aşağı risk dərəcəsinə malikdir. İnvestisiya portfellərini aqressiv - yüksək gəlirli və yüksək risk səviyyəsinə malik aktivlərdən formalaşan, eləcə də strukturu bazar indeksinin strukturu ilə üst-üstə düşən passivlərə bölmək olar. Portfelin iki əsas xüsusiyyəti riskliliyi xarakterizə edən beta dəyəri və gəlirlilik göstəricisidir. == Qiymətli kağızlar portfelinin növləri == Portfel növü portfelin formalaşması vəzifələri və ya portfelə daxil olan qiymətli kağızların növləri baxımından portfelin ümumiləşdirilmiş təsviridir. Praktikada aşağıdakı təsnifat mövcuddur: Artım portfeli bazarda bazar dəyəri sürətlə artan səhmlərə yönəlib.