Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qurban Primov
Qurban Baxşəli oğlu Pirimov (Primov) (oktyabr 1880, Abdal, Şuşa qəzası – 29 avqust 1965, Bakı) — Azərbaycan tarzəni, Azərbaycanın ilk xalq artisti (1931). == Həyatı == Qurban Pirimov 1880-ci ilin oktyabrında Şuşa qəzasının Abdal Gülablı kəndində dünyaya gəlib. XVIII əsrdə Qarabağın məşhur aşığı olan Valehin nəticəsidir. == Fəaliyyəti == Qurban Pirimov XIX əsrin sonlarında ifaçılıq etməyə başlamış, həm solo, həm üçlükdə, həm də orkestrin tərkibində ifalar nümayiş etdirmişdir. Belə ki, o,1905-ci ildən xalq müğənnisi Cabbar Qaryağdıoğlu və Saşa Oqanezaşvili ilə birlikdə musiqi üçlüyü yaradır. Həmin muğam üçlüyü 20 ilə qədər öz fəaliyyətini davam etdirir. Q. Pirimov həmin fəaliyyəti dövründə məşhurlaşıb, müxtəlif yerlərdə — Zaqafqaziya, Orta Asiya, Kiyev, Moskva və İranda qastrol səfərlərində olub. Onun ifa etdiyi muğamlar 1906–1916-cı illər ərzində Riqa, Varşava və Kiyev şəhərlərində "Potte", "Sport-Rekord", "Qrammafon" firmaları tərəfindən qrammofon valına yazılmışdır. 15 yaşında ikən müəllimi Sadıqcanın xeyir-duasını alan Qurban Qarabağ toylarında seçilən məşhur xanəndələri müşayiət edir. Belə toyların birində xanəndə İslam Abdullayev Qurbanın tar çalmasını görüb onu özünə tarzən götürür.
Primo Sentimenti
Primo Sentimenti (d. 28 dekabr 1926 – ö. 13 oktyabr 2016) — Sentimenti V kimi də tanınan, yarımmüdafiəçi kimi çıxış etmiş İtaliya futbolçusu və baş məşqçisidir. Sentimenti Modena əyalətinin Bomporto şəhərində anadan olmuşdur. == Karyerası == Sentimenti bir neçə İtaliya futbol klunda çıxış etmişdir. Bunlardan ən yadda qalanı isə "Latsio" klubundakı oyunu olmuşdur. O, bu klubda 200-dən çox oyun keçirtmişdir. === Şəxsi həyatı === Sentimenti ailəsi İtaliya futbolunda məşhur ailələrdən idi. Lusidioda onun qohumlarının bəziləri və onun qardaşları yaşayırdı; Ennio, Lusidio, Vittorio və Arnaldo, xalası uşaqları Lino və qardaşı oğulları Roberto və Andreya Sentimenti. Primonun iki qardaşı Vittorio və Lusidio 1950-ci illərdə Latsioda çıxış etmişdir.
Lyuk-la-Primob
Lük-la-Primob (fr. Luc-la-Primaube, oks. Luc) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Qərbi Rodez kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12133. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 6 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 5544 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 3483 yaşda olan (15-64 yaş arasında) 2728 nəfər iqtisadi fəal, 755 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78.3%, 1999-cu ildə 74.0%).
Lük-la-Primob