Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tommazo Pobeqa
Tommazo Pobeqa (15 iyul 1999, Triest) — İtaliyalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubunda və İtaliya milli komandasında yarımmüdafiəçi kimi çıxış edir. == Karyerası == === Klub === Tommazo uşaq yaşlarında doğulduğu Triest şəhərini təmsil edən "Triestana" klubunun uşaq komandasına qoşulur. 2013-cü ildə futbolçu İtaliya grandlarından olan "Milan" klubunun uşaq komandasına keçir. 23 avqust 2018-ci ildə Pobeqa 2018–19 mövsümü üçün icarə əsasında C Seriyası klubu "Ternana"ya keçdi. Oktyabrın 7-də o, "Renate" klubu ilə evdə keçirilən oyunun 73-cü dəqiqəsində Cüzeppe Vivesi əvəzinə meydana çıxaraq peşəkar futbol karyerasında debüt edir. Dekabrın 27-də o, ilk peşəkar qolunu evdə "Teramo" klubu üzərində 2–1 hesablı qələbənin 69-cu dəqiqəsində vurdu. 9 fevral 2019-cu ildə Pobeqa " Virtus Verona" ilə ev oyununda dubl edərək iki qol vurur. Pobeqa "Ternana" klubunda 32 oyun, 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalır. İcarədən geri döndükdən sonra 15 iyul 2019-cu ildə Pobeqa B Seriyasının "Pordenone" klubuna 30 iyun 2020-ci ilə qədər icarə əsasında qoşulur.