Tommazo Pobeqa (15 iyul 1999[1], Triest) — İtaliyalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubunda və İtaliya milli komandasında yarımmüdafiəçi kimi çıxış edir.
Tommazo Pobeqa | |
---|---|
it. Tommaso Pobega | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 15 iyul 1999[1] (24 yaş) |
Doğum yeri |
|
Vətəndaşlığı | |
Boyu | 1,88 m |
Mövqeyi | yarımmüdafiəçi |
Vikianbarda əlaqəli mediafayllar |
Tommazo uşaq yaşlarında doğulduğu Triest şəhərini təmsil edən "Triestana" klubunun uşaq komandasına qoşulur. 2013-cü ildə futbolçu İtaliya grandlarından olan "Milan" klubunun uşaq komandasına keçir.
23 avqust 2018-ci ildə Pobeqa 2018–19 mövsümü üçün icarə əsasında C Seriyası klubu "Ternana"ya keçdi.[2]
Oktyabrın 7-də o, "Renate" klubu ilə evdə keçirilən oyunun 73-cü dəqiqəsində Cüzeppe Vivesi əvəzinə meydana çıxaraq peşəkar futbol karyerasında debüt edir.[3] Dekabrın 27-də o, ilk peşəkar qolunu evdə "Teramo" klubu üzərində 2–1 hesablı qələbənin 69-cu dəqiqəsində vurdu.[4] 9 fevral 2019-cu ildə Pobeqa " Virtus Verona" ilə ev oyununda dubl edərək iki qol vurur.[5] Pobeqa "Ternana" klubunda 32 oyun, 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalır.[6]
İcarədən geri döndükdən sonra 15 iyul 2019-cu ildə Pobeqa B Seriyasının "Pordenone" klubuna 30 iyun 2020-ci ilə qədər icarə əsasında qoşulur.[7][8] Avqustun 11-də o, İtaliya kubokunun ikinci turunda "FeralpiSalo" klubuna qarşı evdə 2–1 hesablı məğlub olduqları 44-cü dəqiqəsində, "Pordenone" klubunun heyətində ilk qolunu vurur.[9] Avqustun 26-da o, "Pordenone"nin heyətində B Seriyasında debüt etdi və evdə "Frozinone" üzərində 3–0 hesablı qələbədə dubl edərək iki qol vurur.[10] "Pordenone" klubunun heyətində 31 oyunda meydana çıxaraq 5 qol vurur.
24 avqust 2020-ci ildə Pobeqa "Milan" ilə 30 iyun 2025-ci ilə qədər yeni müqavilə imzaladı.[11]
23 sentyabr 2020-ci ildə Pobeqa, 30 iyun 2021-ci ilə qədər icarə əsasında A Seriyasında yüksələn "Speziya" klubuna qoşuldu.[12] Sentyabrın 27-də o, "Sassuolo" klubuna qarşı oyunda "Speziya" klubunun heyətində debüt edir.[13] 1 noyabr 2020-ci ildə isə, "Yuventus" ilə oyunda "Speziya" heyətində ilk qolunu vurur.[14] Burada o meydana çıxdığı 210 oyunda 6 qol ilə yadda qalır.
Pobeqa 2021–22-ci il mövsümünə hazırlıq dörundə "Milan" klubuna qayıdır və klubun mövsüm öncəsi hazırlıq məşqlərində və yoldaşlıq oyunlarında işştirak edir. Ancaq futbolçu "Milan"da saxlanılmır və 27 avqust 2021-ci ildə Pobeqa 30 iyun 2022-ci ilə qədər "Torino" klubuna icarəyə verilir.[15][16] Sentyabrın 12-də o, Salernitana ilə ev oyununda Torino heyətində ilk qolunu vurur.[17] Tommazo "Torino"da mövsümü 33 oyun və 4 qolla bitirir.
5 avqust 2022-ci ildə Pobeqa müqaviləsini 30 iyun 2027-ci ilə qədər uzadıb.[18] O, "Milan"da ilk qolunu 14 sentyabr 2022-ci ildə Çempionlar Liqasında Zaqrebin "Dinamo" komandasına qarşı oyunda vurur.
12 noyabr 2020-ci ildə Pobeqa İtaliyanın U21 komandası ilə debüt etdi və seçmə mərhədə, İslandiya üzərində səfərdə 2–1 hesabı ilə qalib gəldikləri oyunda İtaliyanın hər iki qolu vurdu.[19]
O, ilk dəfə 5 noyabr 2021-ci ildə 2022 FIFA Dünya Çempionatının seçmə mərhələsi üçün İsveçrə və Şimali İrlandiya ilə matçlar üçün milli komandaya dəvət edilir.[20]