Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Proqressiv rok
Proqressiv rok — 60-cı illərin ikinci yarısında meydana gələn bir musiqi janrıdır. Standart mahnı qəliblərindən kənara çıxmaqla və rock musiqinin də öz yenilikçi xarakterini əlavə etməklə bu janr sonrakı dövrlərdə öz sözünü deyə bilmişdir. Əsas nümayəndələri King Crimson, Yes, Genesis, Pink Floyd, Jethro Tull, Rush, Camel və Porcupine Tree kimi qruplardır. Bu janrın əsas xüsusiyyətləri axsaq və dəyişkən ritmli olması, standart formaya malik olmaması, mahnıların çox hallarda uzun olması, qrup üzvlərinin instrumental baxımdan virtuoz dərəcəsində musiqiçilər olması və bu səbəbdən də daha çox instrumental mahnılar olması. Əsas rock elementləri ilə (gitara, zərb alətləri, bas gitara) yanaşı başqa alətlərdən geniş istifadə olunur: piano, organ, skripka, fleyta, saksafon və s. Rok musiqisindəki dəyişiklik bu janra da təsir göstərmiş və 80-ci illərdə metal janrının yaranması ilə progressiv metal kimi bir janrın meydana gəlməsinə səbəb olmuşdur. Bura isə Queensryche, Stratovarious, Dream Theater, Pain of Salvation, The Sympony X kimi qrupları aid etmək olar.
Proqressiv şahmat
Proqressiv şahmat — çox iştirakçılı, şahmat əsasında yaranan rəngarəng intelektual oyun. == Haqqında == Bu oyuna proqressiv şahmat adının verilməsinin əsas səbəbi, altıbucaqlı poliqon lövhəsinin üzərindəki üçbucaqların dövriliyi mərkəzdən arifmetik proqressiya üzrə artır. Altıbucağın hər yeni mərhələsi ilə üçbucaqların sayı proqressiyada artır. Bu cür şahmat qaydasının strukturu nəyinki 6 ya 18 nəfər, məhdudiyyətsiz qədər çox oyunçuların iştirakına imkan verir. Oyun rəngarəngdir, 4 rəngdən ibarətdir: ağ, qırmızı, sarı, yaşıl. Mərkəzi kontur göy rənglə təsvir olunub. Yeni şahmat qaydasının strukturu üçbucaqlardan ibarətdir. Oyun lövhəsi üçbucaqlardan – sahələrdən ibarət olan altıbucaq təşkil edir. Ücbucaqların ümumi sayı 384-dür. Üçbucaqların dövrülüyü daimidir.
Proqressiv dövr
Proqressiv dövr (ing. Progressive Era) — XX əsrin əvvəllərində ABŞ-də korrupsiya, monopoliya, israfçılıq və səmərəsizliyə qarşı mübarizə aparan sosial aktivizm və siyasi islahat dövrü. Proqressivlər sürətli sənayeləşmə, urbanizasiya, immiqrasiya və siyasi korrupsiyanın yaratdığı problemləri həll etməyə çalışırdılar.
Proqressiv veb applikasiya
Proqressiv veb tətbiq (ing. progressive web application; PWA) — HTML, CSS, JavaScript və WebAssembly daxil olmaqla ümumi veb texnologiyalarından istifadə edilərək qurulan veb vasitəsilə təqdim olunan proqram təminatı növü. O, masaüstü və mobil cihazlar da daxil olmaqla, standartlara uyğun brauzeri olan istənilən platformada işləmək üçün nəzərdə tutulub. Proqressiv veb tətbiq veb tətbiqi kimi bilinən veb-səhifə və ya veb-sayt növü olduğundan, ayrıca paketləşdirmə və ya paylama tələb etmir. Tərtibatçılar sadəcə olaraq veb-tətbiqini onlayn yayımlaya, onun ilkin quraşdırma tələblərinə cavab verdiyinə və istifadəçilərin tətbiqi öz əsas ekranlarına əlavə edə biləcəklərinə əmin olurlar. Proqramın App Store və ya Google Play kimi rəqəmsal paylama sistemlərində yayımlanması istəyə bağlıdır. 2021-ci ildən etibarən PWA xüsusiyyətləri Google Chrome, Apple Safari, Androiddə Firefox və Microsoft Edge tərəfindən müxtəlif dərəcələrdə dəstəklənir, lakin masaüstündə Firefox tərəfindən dəstəklənmir. == Brauzer dəstəyi == == Tarixi == 2007-ci ildə iPhone-un təqdimatında Stiv Cobs elan etdi ki, veb proqramlar (AJAX arxitekturasından istifadə edərək HTML5-də hazırlanmış) iPhone proqramları üçün standart format olacaq. Heç bir proqram inkişaf dəsti (SDK) tələb olunmayacaq və proqramlar Safari brauzer mühərriki vasitəsilə cihaza tam inteqrasiya olunacaq. Bu model daha sonra xakerləri çaşdırmaq və əsəbi proqramçıları sakitləşdirmək vasitəsi kimi App Store-a köçürüldü.
Proqressiv veb tətbiq

Proqress Bakı FK
Proqress 2, (və yaxud Həmkarlar FK) Azərbaycanda əsası qoyulan ən qədim futbol klublarından biri. Klub 1928-ci ildə keçirilən ilk Azərbaycan SSR çempionatının qalibidir.
Santa-Terezinya-du-Proqressu
Santa-Terezinya-du-Proqressu (port. Santa Terezinha do Progresso) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 2926 nəfərdir. Ərazisi 118,997 кm²-dir. Əhalinin sıxlığı 24,6 nəfər/кm²-dir. Bələdiyyə 19 iyul 1995-ci ildə yaradılmışdır.