Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Proqressiv şahmat — çox iştirakçılı, şahmat əsasında yaranan rəngarəng intelektual oyun.
Bu oyuna proqressiv şahmat adının verilməsinin əsas səbəbi, altıbucaqlı poliqon lövhəsinin üzərindəki üçbucaqların dövriliyi mərkəzdən arifmetik proqressiya üzrə artır. Altıbucağın hər yeni mərhələsi ilə üçbucaqların sayı proqressiyada artır. Bu cür şahmat qaydasının strukturu nəyinki 6 ya 18 nəfər, məhdudiyyətsiz qədər çox oyunçuların iştirakına imkan verir.
Oyun rəngarəngdir, 4 rəngdən ibarətdir: ağ, qırmızı, sarı, yaşıl. Mərkəzi kontur göy rənglə təsvir olunub. Yeni şahmat qaydasının strukturu üçbucaqlardan ibarətdir. Oyun lövhəsi üçbucaqlardan – sahələrdən ibarət olan altıbucaq təşkil edir. Ücbucaqların ümumi sayı 384-dür. Üçbucaqların dövrülüyü daimidir. Rənglilər-rəngsizlər arifmetik proqressiya üzrə artır. Lövhənin ortasında sahə yerləşir. Mərkəzi sahə göy konturla ayrılıb. Oynayarkən mərkəzdən keçmək lazımdır, bütün hadisələr mərkəzdə baş verir. Ele bu mərkəzdə hadisələrin gedişatı izlənilir, hücumlar sahənin sərhədləri daxilində baş verir.
Oyunda rəngli və rəngsiz sahələr bölünür. Hər rəngin öz mənası var. Rənglər oyunçunun xarakterini əks etdirir və bu oyunu daha da maraqlı edirlər. Qırmızı rəng aqressiya və həvəs mənasını daşıyır, ona görə də oyuna başlayanda ilk gedişi qırmızılar edir. Sarı rəng əsəbilik və həssaslıq mənasını daşıyır. Sarılar reaksiya göstərirlər və qırmızıların hərəkətini əks etdirirlər. Yaşıl rəng gülərüzlülük və təbiilik mənasını daşıyır, təbiətdə ən çox rast gəlinən rəngdir.
Oyunun qaydaları üzərində böyük qrosmeyster, beynəlxalq ustad, milli komandanın baş məşqçisi Fikrət Sideifzadə və Əliyeva Aygün işləmişdilər.
13 sentyabr 2013-cü idə Azərbaycan Respublikası Prezident yanında Gənclər Fondundan “Proqressiv şahmat” adlı layihənin icrası üçün maliyyə dəstəyi ilə yeni oyun altı nəfərlik proqressiv şahmat oyunu yaranıb. Yeni oyun çox qədim şahmat oyunun əsasında yaranmışdır.
Oyunun yaradılma məqsədi - çox iştirakçılı, oyunçular üçün nəzərdə tutulmuş qrup oyunu yaratmaqdır. Həmçinin şahmat oyununa rəng qatıb onu rəngarəng etməkdir.
19 dekabr 2013-cü ildə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərfindən qeydiyyata alındı. Müstəsna müəlliflik hüquqlarının sahibi Aygün Azad qızı Əliyeva-Sundhordvik “Proqressiv şahmat” oyununu qeydiyyatdan keçirmiş və Şəhadətnamə №=7757 verilmişdir.
20 aprel 2014-cü il saat İçərişəhər Kitab evi və Kafedə “Proqressiv şahmat” birinci klubunun təqdimatı keçirilmişdir.
“Proqressiv Şahmat” - oyununda 2 (ən azı) – 6 (ən çox) nəfər iştirak edə bilər. Lövhə 384 kiçik - ağ, qırmızı, yaşıl və sarı rəngli üçbucağlardan ibarətdir. Oyunun əvvəlində, oyunda iştirak edən hər tərəfin: 1 Şahı, 1 Vəziri, 2 qalası, 2 zabiti, 2 atı, 7 döyüşçüsü olur. Oyunda rəngli və rəngsiz sahələr bölünür. Rəngli sahədən rəngsiz sahəyə keçmək olar, amma döyüşmək olmaz.
Oyundan əvvəl püşk yolu ilə oyunçuların hansı rəng ilə oynaması müəyyən olunur. Oyunçular növbə ilə addım atırlar. İlk gedişi qırmızılar, sonra sarılar, daha sonra isə yaşlllar oynayır.
Hər figurun hərəkəti lövhədə addım adlanır. Lövhədəki vəzziyəti və figurların və döyüşçülərin addımlarını təsvir edən sistemə notasiya deyirlir. Fiqur və ya döyüşçü olan üçbucağa addım atmak olmaz. Yalnız at bütün rəngli fiqurların üstündən atlaya bilər. Bütün Daşlar rəngli sahədən rəngsiz sahəyə keçərkən obiri daşları vura bilmir.
Rəqiblərdən birinin ordusunundan 10 daşı vuran və ya onun şahını mat edən, 10 dəfə şah deyən tərəf qalib gəlir.
Pat olduqda, heç bir oyunçunun udmaq imkanı olmadıqda, eyni mövqenin üç dəfə təkrar oluduğu halda, oyunçuların heç-heçə razılaşdığı hallarında oyun heç-heçə qurtarmış hesab olunur.
Şah üçbucağın bucağlarına və tərəflərinə yanaşı 6 istigamətdə bir addım hərəkət edə bilər. Şahın qalaqurmaq yolu ilə özünü müdafiə etmək huququ var. Rəngli sahədən rəngsiz sahəyə keçə və vura bilir. Vəzir bucağlara və tərəflərə yanaşı hər hansı bir sayı altı istiqamətdən biri boyunca istənilən uzaqlığa hərəkət edə bilər. Beləliklə, o qala və zabitin imkanlarını birləşdirir.Qala üçbucaq tərəfləri ilə yanaşı hər hansı sayda üç istiqamətdədə hərəkət edə bilər.
Zabit üçbucağın bucağlarına yanaşı hər hansı bir sayda üç istiqmətdə hərəkət edə bilər.
At dairəvi və doğru, hər bir istiqamətdə ancaq beş addım hərəkət edə bilər. Yalnız rəngli sahələrdə atlıyır və yalnız bu figur öz və digər oyunçuların fiqurlarının üstündən atlaya bilər. Döyüşçü irəli və ya geriyə bir addım edə bilər. Rəngli sahədən rəngsiz sahəyə keçə bilər amma o biri sahədə duran daşı vura və ya qoruya bilməz. Son sıraya çatdıqda istənilən (şahdan başqa) figura çevrilir.
Figur yolunda duran rəqib figuru və döyüşçünu götürə bilər. Vurulan figur lövhədən götürülür və onun yerinə vuran fiqur goyulur. Bundan sonra addım tam edilmiş hesab edilir. Döyüşçü bir sahə yanında duran figuru götürüb və onun yerinə dura bilər.