Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Psixika
Psixika (qədim yunan dilində ψῡχικός "mənəvi, həyati") — psixologiyada və tibbdə bilik və elm sahələrindən asılı olaraq aşağıdakı kimi müəyyən edilən mürəkkəb bir anlayışdır: Düşüncə prosesləri və hadisələrinin məcmusu (hisslər, qavrayışlar, emosiyalar, yaddaş və s.); heyvanların və insanların ətraf mühitlə qarşılıqlı əlaqəsində həyatın spesifik aspekti; “Yüksək mütəşəkkil canlıların xarici aləmlə qarşılıqlı əlaqəsi prosesində yaranan və onların davranışında (fəaliyyətində) tənzimləyici funksiyanı yerinə yetirən obyektiv reallıq subyektinin aktiv nümayiş etdirmə forması”; Yüksək mütəşəkkil canlı materiyanın subyekt tərəfindən obyektiv aləmi aktiv şəkildə əks etdirməsindən, ondan ayrılmaz dünya mənzərəsinin qurulmasında və bu əsasda onun davranış və fəaliyyətinin tənzimlənməsindən ibarət olan sistemli xüsusiyyəti; İnsanın daxili aləmi. Psixika insanların və heyvanların subyektiv aləmi olub, subyektiv şəkildə yaşanan proseslərin və halların bütün kompleksini əhatə edir: qavrayış, yaddaş, təfəkkür, niyyət, yuxu və s. Psixika bütövlük, fəallıq, inkişaf, özünütənzimləmə, ünsiyyət, uyğunlaşma və s. kimi keyfiyyətlərlə xarakterizə olunur; somatik proseslərlə əlaqələndirilir. Bioloji təkamülün müəyyən mərhələsində meydana gəlmişdir. İ.P.Pavlov psixi fəaliyyəti ali sinir fəaliyyəti ilə əlaqədar olduğunu müəyyən etmişdir. Psixologiya elmi psixikanın öyrənilməsi ilə məşğul olur. 1970-ci illərdə psixologiya, nevrologiya və fiziologiyanın qovşağında psixi proseslərin beyin mexanizmlərini öyrənən psixologiyanın bir qolu olan neyropsixologiya inkişaf etmişdir. == Psixikanın təkamülü == Psixikanın əmələ gəlməsi materiyanın bioloji təşəkkülü ilə bağlıdır. Psixikanın filogenezdə inkişafı əksetdirmənin tropizm, instinktiv, intellektual və həyatda qazanılan davranış formalarında təzahür etmişdir.
Prıtıka burnu
Prıtıka burnu (rus. Притыка) — Barens dənizinə daxil olan Kola körfəzinin qərb sahillərində yerləşən burun. Strovı və Dvoryanoy burunları arasında yerləşir. XX əsrin 60-cı illərində Kisloqubinski qabarma elektrik stansiyasının quraşdırılma işləri burunda aparılmışdır. Sonradan isə stansiya dənizə dartma vastəsi ilə aparılmışdır. == Ədəbiyyat == Притыка // Кольская энциклопедия. В 5 т. Т. 4. П — Т / Гл. ред.
Şahika Ercümən
Şahika Ercümən (16 yanvar 1985, Çanaqqala) — sərbəst suya tullanma və sualtı hokkey oynayan Türkiyə idmançısı. Sərbəst suya tullanmada Türkiyə rekordçusu olmuşdur. Başkənd Universitetinin Qidalanma və Dietologiya fakültəsinin məzunudur. Həmçinin bu univeristetinin magistrı olmuşdur. == Karyerası == === 2006 === 2006-cı ildə İspaniya suya tullanma üzrə keçirilən oyunlarda birinci yeri tutmuş və türkiyə rekordçusu oldu. 26-27 may 2007-ci ildə AnkaraODTU qapalı üzmə hovuzunda keçirilən dinamik apneanda Tükriyə çempionu olur. O birnəfəslə 145,35 m uzunluğunda üzərək Türkiyə çempionu olur. === 2008-2010 === 2008-ci ildə Türkiyə Sualtı Hokkeyi Milli Komandasında Avropa üçüncüsü, Sərbəst suya tullanmada üzrə Avropa Çempionatında dördüncü yeri tutmuşdur. 2009-cu ildə Türkiyədə sərbəst suya tullanmada Türkiyə çempionu olur. 2010-cu ildə Türkiyə rekordu və dünya rekorduna yaxın nəticə əldə edir (-65 m).