Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Papirus
Papirus (yun. πάπυρος) və ya Biblios (βιβλίον — kitab) — qədim dövrdə (eramızdan 3000 il əvvəl) Misirdə və digər ölkələrdə yazı materialı, informasiya daşıyıcısı. Papirusların hazırlanması üçün su-bataqlıq bitkisi olan Cyperus papyrusdan istifadə edilirdi. Üzərində yazmaq üçün xüsusi perodan istifadə edilirdi. Tez bitən papirus bitkisi Nil çayının deltasında çox yayılmışdı, hal-hazırda az bitir. Misirdə papirusun istehsalı olduqca geniş idi və burada fabriklər hətta xəlifələrin vaxtlarında da mövcud idilər. == Ədəbiyyat == R.Əliquliyev, P.Salmanova. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı, İnformasiya Texnologiyaları, 2013, 169 s.
Papirus (bitki)
Papirus (lat. Cyperus papyrus) — cilkimilər fəsiləsinin Topalaq cinsindən çoxillik ot bitkisi. 5 m-dək hündürlüyündə çiçəkverən gövdəsi üçtilli, yoğun, dar lansetvarı yarpaqları aşağıda pulcuqvarı çıxıntılarla örtülüdür. Çiçək qrupu iri, çətirşəkilli olub, 6–16 çiçək sünbülcüyündən əmələ gəlmiş çoxlu silindrik sünbüllərdən ibarətdir. Papirus tropik Afrikada çay və göl sahillərində, sakit axan sularda bitir. Geniş cənkəlliklər əmələ gətirir. Qədimdə Misirdə, Fələstində və Cənubi Avropanın bir sıra ölkəsində becərilirdi. Papirus dekorativ bitki kimi bağ, park və oranjereyalarda yetişdirilir. Papirusun gövdəsindən parça, ayaqqabı və s. hazırlanmasında istifadə olunur.
Misir Muzeyi və papirus kolleksiyası
Misir Muzeyi və papirus Kolleksiyası ( almanca: Ägyptisches Museum und Papyrussammlung) — Berlin muzeylərinə daxil olan bir muzeydir. 2009-cu ildən Misir Muzeyi Muzey adasında bərpa edilmiş Yeni Muzeydə saxlanılır. 2009-cu ildən Frederik Zeyfrid muzeyin direktoru olub. == Tarixi == Misir Muzeyi 1828-ci ildə Aleksandr fon Humboldt-un tövsiyəsi ilə yaradılmış, kral III Fridrix Vilhelmin kolleksiyasında Misir şöbəsində sərgilənib. Monbijo sarayında yerləşən bu şöbənin ilk rəhbəri Triestdən olan tacir Cüzeppe Passalacqua idi, arxeoloji tapıntıların toplanmasında böyük rolu olmuşdur. Bu kolleksiya 1842-1845-ci illərdə Karl Riçard Lepsiusun ekspedisiyasından gətirilmiş eksponatlarla tamamlandı. 1850-ci ildə muzey Fridrix Avqust Stülerin layihəsinə əsasən Muzey adasında tikilmiş yeni binasını, Yeni Muzeyi aldı. 1920-ci ildə Ceyms Simon kolleksiyanın ən məşhur əsəri olan Nefertitinin büstünü muzeyə hədiyyə etdi. Simon Misirin Amarna şəhərində Lüdviq Borçardtın rəhbərlik etdiyi qazıntıları maliyyələşdirib və tapıntıların Almaniyaya çatdırılmasını təmin edib. İkinci Dünya Müharibəsi muzeyin fondlarını ayırdı.