Papirus (lat. Cyperus papyrus) — cilkimilər fəsiləsinin Topalaq cinsindən çoxillik ot bitkisi.[2]
Papirus | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Papirus (bitki) |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
5 m-dək hündürlüyündə çiçəkverən gövdəsi üçtilli, yoğun, dar lansetvarı yarpaqları aşağıda pulcuqvarı çıxıntılarla örtülüdür. Çiçək qrupu iri, çətirşəkilli olub, 6–16 çiçək sünbülcüyündən əmələ gəlmiş çoxlu silindrik sünbüllərdən ibarətdir. Papirus tropik Afrikada çay və göl sahillərində, sakit axan sularda bitir. Geniş cənkəlliklər əmələ gətirir. Qədimdə Misirdə, Fələstində və Cənubi Avropanın bir sıra ölkəsində becərilirdi. Papirus dekorativ bitki kimi bağ, park və oranjereyalarda yetişdirilir.
Papirusun gövdəsindən parça, ayaqqabı və s. hazırlanmasında istifadə olunur. Yazı materialı kimi Papirus e.ə. 3-cü minilliyin əvvəllərində Qədim Misirdə ixtira olunmuşdur. E.ə. 1-ci minilliyin ortalarından Aralıq dənizi sahilinin digər ölkələrində yayılmışdı. Papirusun gövdəsini köndələninə dar zolaqlarla kəsir və bir-birinin üzərinə qoyurdular. Bu üsulla alınan təbəqəni zolaqları o birisininkinə nisbətən köndələninə olan təbəqənin üzərinə qoyub bərk sıxır, sonra qurudurdular. Lülə papirus bir neçə təbəqəni yapışdırmaqla alınırdı. Papirus əvvəlcə bəyaz rəngli olur, getdikçə qaralır, elastikliyini itirir, kövrəkləşirdi. IX əsrədək Misirdə istifadə olunmuşdur. 8-ci əsrdən Çində kağızın ixtira olunması papirusun sıxışdırıb çıxarılmasına səbəb oldu.
Papirus mətnlərini papirologiya, misirşünaslıq, semitologiya və s. öyrənir. Bu mətnlər Qədim Misir və antik dövrün təsərrüfat, mədəniyyət və siyasi həyatını öyrənməkdə mühüm mənbələrdəndir.