Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Massoia
Cryptocarya (lat. Cryptocarya) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Agathophyllum Juss. Caryodaphne Blume ex Nees Dahlgrenodendron J.J.M.van der Merwe & A.E.van Wyk Evodia Gaertn. Icosandra Phil. Kerrdora Gagnep. Massoia Becc. Pseudocryptocarya Teschner Ravensara Sonn.
Marina Raskova
Marina Mixaylovna Raskova (rus. Мари́на Миха́йловна Раско́ва; 15 (28) mart 1912, Moskva – 4 yanvar 1943, Saratov vilayəti) — Sovet Sosialist Respublikaları İttifaqında peşəkar aeronaviqator diplomunu almış ilk qadın. O, bir çox rekordun müəllifi, eləcə də rekord qıran uçuşların naviqatoru və onun şərəfinə adlandırılan 587-ci borbardmançı aviasiya alayının qurucusu və komandiri olub. Raskova hərbi xidmətdə olan 800 000-dən çox qadından biri idi. O, müharibənin gedişatında üç qadın aviasiya alayı yaratmış, onlardan biri 30 000 döyüş uçuşu keçirmiş və ən azı 30 Sovet İttifaqı Qəhrəmanı yetişdirmişdir. == Erkən həyatı == Marina Malinina orta sinifə məxsus ailədə anadan olmuşdu. Onun atası opera müğənnisi təlimatçısı Mixail Malinin (Михаил Дмитриевич Малинин), anası isə müəllimə idi. Gəmiqayırma ürə mütəxəssis Boris Malinin Raskovanın ögey qardaşı (atası vasitəsilə) idi. Digər qadın pilotların əksəriyyətindən fərqli olaraq Marina aviasiyaya erkən yaşlarından maraq göstərməmişdi. Pilot olmaq onun ikinci seçimi idi.
Rasşua adası
Rasşua — Kuril adaları Böyük Kuril cərgəsi mərkəz qrupuna daxil olan ada. İnzibati cəhətdən Saxalin vilayətinin Şimali Kuril şəhər dairəsinə daxildir. Adada yaşayış yoxdur. Ada Rasşua vulkanının su səthi hissəsini təşkil edir. Maksimal hündürlüyü 948 metrdir. Adanın cənubunda Serp dağı (495 m) yerləşir. Ada 13 km uzunluğa, eni 6 km, sahəsi 67 km² təşkil edir. Burada cırtdan tozağacı və qızılağac ağacları bitir. Ərazisində Uria, Fratercula, ağılsızlar quşları yuva qurur. Ərazidində tülkü, qütb tülküsü və kiçik gəmiricilər yaşayır.