Marina Raskova

Marina Mixaylovna Raskova (rus. Мари́на Миха́йловна Раско́ва; 15 (28) mart 1912, Moskva4 yanvar 1943[1], Saratov vilayəti) — Sovet Sosialist Respublikaları İttifaqında peşəkar aeronaviqator diplomunu almış ilk qadın. O, bir çox rekordun müəllifi, eləcə də rekord qıran uçuşların naviqatoru və onun şərəfinə adlandırılan 587-ci borbardmançı aviasiya alayının qurucusu və komandiri olub. Raskova hərbi xidmətdə olan 800 000-dən çox qadından biri idi. O, müharibənin gedişatında üç qadın aviasiya alayı yaratmış, onlardan biri 30 000[2] döyüş uçuşu keçirmiş və ən azı 30 Sovet İttifaqı Qəhrəmanı yetişdirmişdir.[3]

Marina Raskova
Doğum tarixi 15 (28) mart 1912
Doğum yeri
Vəfat tarixi 4 yanvar 1943(1943-01-04)[1] (30 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyəti naviqator, pilot, hərbi qulluqçu
Fəaliyyət illəri 1933-cü ildən
Partiyası
Mükafatları Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni "Lenin" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Döyüş xidmətlərinə görə" medalı "Fəhlə-Kəndli Qırmızı Ordusunun XX illiyi" yubiley medalı
Dövlət Təhlükəsizlik Komitəsinin fəxri işçisi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erkən həyatı

[redaktə | mənbəni redaktə et]

Marina Malinina orta sinifə məxsus ailədə anadan olmuşdu. Onun atası opera müğənnisi təlimatçısı Mixail Malinin (Михаил Дмитриевич Малинин), anası isə müəllimə idi. Gəmiqayırma ürə mütəxəssis Boris Malinin Raskovanın ögey qardaşı (atası vasitəsilə) idi. Digər qadın pilotların əksəriyyətindən fərqli olaraq[4] Marina aviasiyaya erkən yaşlarından maraq göstərməmişdi.[5] Pilot olmaq onun ikinci seçimi idi. Raskova əvvəllər musiqiçi olmaq istəyirdi[6] və onun hədəfi opera müğənnisi olmaq idi.

1919-cu ildə, Raskova yeddi yaşında olarkən onun atası motosikl vurması nəticəsində aldığı xəsarətlərdən ölür.[6] O, təhsilini davam etdirsə də, orta qulaq infeksiyası səbəbi ilə opera dərslərini yarıda dayandırır. O, 1929-cu ildə məktəbi bitirdikdən sonra ailəsinə kömək etmək üçün boya fabrikində kimyaçı kimi işləməyə başlayır və boya fabrikində tanış olduğu mühəndis Sergey Raskovla evlənir. 1930-cu ildə onun Tanya adlı övladı dünyaya gəlir. Növbəti il o, Hərbi Hava Qüvvələri Akademiyasının Aero Naviqasiya laboratoriyasında çertyojçu kimi işləməyə başlayır.[5]

Raskova 1930-cu illərdə Sovet İttifaqı üçün həm pilot, həm də naviqator kimi məşhur aviator olur. O, 1933-cü ildə Sovet Hərbi Hava Qüvvələrində naviqator olan ilk qadın idi.[7] Bir il sonra Raskova Jukovski adına Hərbi Hava Akademiyasında dərs deməyə başlayır. Bu həmin dövrdə bir qadın üçün ilk idi. Raskovanın 1935-ci ilin avqustunda bitirdiyi akademiya onu uçuş dərsləri almaq üçün Tuşinoya göndərir. O, 1935-ci ildə boşanır.[8]

Marina Raskova 1937–1938-ci illərdə, hava akademiyasında dərs deyərkən bir neçə önəmli rekord uçuşuna imza atır. Bu rekordlardan ən məşhuru 24-25 sentyabr 1938-ci il tarixlərində baş tutmuş "Rodina" (rus dilində "Vətən" deməkdir) uçuşu idi. Uçuş Ant-37 uzun mənzilli bombardmançı təyyarəsi vasitəsilə həyata keçirilmişdi. Uçuş zamanı o, Polina OsipenkoValentina Qrizodubovanın da daxil olduğu ekipajın naviqatoru idi. Uçuş zamanı hədəf düz xəttli uçuş üzrə qadınlar arasında beynəlxalq rekordu qırmaq idi. Plan Moskvadan Komsomolska uçmaq idi. Uçuş ümumilikdə 26 saat 29 dəqiqə çəkmiş və pilotlar 5,947 kilometr (3,695 mil) məsafəni qətt etmişdilər. 2 noyabr 1938-ci ildə hər üç qadın Sovet İttifaqı Qəhrəmanı mükafatı ilə təltif edildi. Onlar bu mükafatı alan ilk qadın və İkinci Dünya müharibəsindən əvvəl almış yeganə şəxs idilər.[7]

İkinci dünya müharibəsi

[redaktə | mənbəni redaktə et]

İkinci Dünya müharibəsi başladıqda pilot təhsili almış çoxlu sayda qadın var idi və onların bir çoxu müharibədə iştirak etmək üçün dərhal könüllü olmuşdular. Hərbi xidmətdə qadınlar üçün heç bir rəsmi məhdudiyyət mövcud olmasa da, ərizəçiləri ruhdan salmaq üçün onların ərizələri uzun müddət gözlədilirdi.[7] Raskova İosif Stalini qadınlardan ibarət aviasiya alaylarının yaradılması ideyasına inandıra bilmişdi. Beləliklə, Stalin 8 oktyabr 1941-ci ildə tamamilə qadınlardan ibarət 122-ci Aviasiya Korpusunun yaradılması haqqında əmr verir.[9] Bu korpusda qadınlar təkcə pilot deyil, həm də köməkçi heyət və mühəndis olmalı idilər. Təlimdən sonra üç fərqli təyinatlı aviasiya alayı yaradılır:

  • 586-cı qırıcı aviasiya alayı — üç qadın aviasiya alayı arasında döyüşdə iştirak etmiş (16 aprel 1942) ilk alay idi. Yak-1, Yak-7BYak-9 ilə təchiz edilmiş alay 4419 uçuş həyata keçirmiş, 125 hava döyüşündə 38 düşmən təyyarəsinin məhv etmişdi.[10] Alayın komandirləri Tamara Kazarinova, daha sonra isə Aleksandr Qridnev olmuşdur.[10]
  • 587-ci bombardmançı aviasiya alayı — Raskova uçuş qəzasında ölənə qədər bu hissəyə komandanlıq etmişdi.[11] Hadisədən sonra alayın komandiri Valentin Markova verildi. Bu bölməyə Sovet bombardmançılarının ən yaxşısı olan Petlyakov Pe-2 verilmişdi. Bölmə 980 tondan çox bomba ataraq 1134 missiya yerinə yetirdir. Alayın beş üzvü Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.[10]
  • 588-ci gecə bombardmançı aviasiya alayı (almanlar tərəfindən "Gecə cadugərləri" (die Nachthexen) ləqəbi verilmişdi) — alayların ən məşhuru idi və Yevdokia Berşanskaya tərəfindən idarə edilirdi. Alay 1943-cü ilin fevralından müharibənin sonuna qədər 24 000+ döyüş missiyasını yerinə yetirmiş, 24 üzvünə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi.[10] Onların təyyarələri olduqca köhnəlmiş Polikarpov Po-2 idi. Bu bölmə müharibə boyu yalnız qadınlardan ibarət qalmış yeganə alay idi.

Raskova 4 yanvar 1943-cü ildə təyyarəsi Volqa sahilinə məcburi eniş etmək istəyərkən qəzaya uğrayır və qıza zamanı Raskova da daxil olmaqla bütün ekipaj həlak olur.[8] Onun dəfni müharibənin dövlət səviyyəsində qəbul olunmuş ilk matəmi idi.[12]

Raskovanın dəfn olunduğu Kreml divarı nekropolu

Raskovaın külü Qızıl meydanda Polina Osipenkonun yanında, Kreml divarı nekropolunda basdırılıb. O, ölümündən sonra I dərəcəli Vətən Müharibəsi ordeni ilə təltif edilmişdir.[6] Müharibə zamanı Rusiyanın mülkiyyətinə keçmiş Amerika gəmisi Ironclad-in adı 1943-cü ilin iyununda dəyişdirilərək "Marina Raskova" adlandırılmışdır.

Moskva və Kazanda müvafiq olaraq bir küçə, Moskvada bir meydan, bəzi məktəblər və gənc pioner dəstələri onun adını daşıyır.[13] Tambovdakı "M.M.Raskova" Ali Hərbi Aviasiya Pilotları Məktəbində onun büstü qoyulmuş, lakin 1997-ci ildə həmin məktəb fəaliyyətini dayandırmışdır.[14]

  1. 1 2 Marina Raskova // https://pantheon.world/profile/person/Marina_Raskova.
  2. Pennington, 2001. səh. 2
  3. Brown, L. M. "Marina Raskova, Mother of Witches". Medium (ingilis). 2021-09-18. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-16.
  4. Cottam, 1998. səh. 17
  5. 1 2 Sakaida, 2003. səh. 15
  6. 1 2 3 Cottam, 1998
  7. 1 2 3 Pennington, 2003
  8. 1 2 Sakaida, 2003
  9. Braithwaite, Rodric. Moscow 1941: A City & Its People at War (ingilis). Profile Books. 2010. səh. 111. ISBN 978-1847650627. 2016-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-02.
  10. 1 2 3 4 Pennington, 2001
  11. Pennington, 2001. səh. 93
  12. Pennington, 2003. səh. 354
  13. Cottam, 1998. səh. 27-28
  14. Michael Holm, Tambov Higher Military Aviation School of Pilots Arxivləşdirilib 2020-12-05 at the Wayback Machine
  • Cottam, Kazimiera. Women in War and Resistance: Selected Biographies of Soviet Women Soldiers. Newburyport, Massachusetts: Focus Publishing/R. Pullins Co. 1998. ISBN 1585101605. OCLC 228063546.
  • "Hero of the Soviet Union." New York Herald Tribune, Jan 23, 1943. ProQuest 1267953857.
  • "Many Nazi Planes are the Victims of Russian Women Fighter Pilots." New York Times, Jan 17, 1944.
  • Pennington, Reina. Amazons to Fighter Pilots: A Biographical Dictionary of Military Women. Greenwood Press. 2003. ISBN 0313291977.
  • Pennington, Reina. Wings, Women & War: Soviet Airwomen in World War II Combat. University Press of Kansas. 2001. ISBN 978-0-7006-1554-4.
  • Sakaida, Henry. Heroines of the Soviet Union: 1941–45. Osprey Publishing. 2003. ISBN 978-1-84176-598-3.
  • Sorokina, M. A. "People and Procedures: Toward a History of the Investigation of Nazi Crimes in the USSR", Kritika: Explorations in Russian and Eurasian History, Volume 6, Issue 4, (2005) 797–831.
  • Strebe, Amy Goodpaster. "The American Women Airforce Service Pilots and Soviet Airwomen of World War II." Order No. 1418728, San Jose State University, 2003.
  • "RUSSIAN WOMAN FLIER KILLED ON ACTIVE DUTY: MAJOR RASKOVA, HEROINE OF SOVIET UNION, WIDELY KNOWN." New York Times, Jan 10, 1943.
  • Pursley, Sasha D. "The Motherland Calls: The Taman' Guards Women's Aviation Unit in the Great Patriotic War." Order No. 3098757, University of California, Santa Cruz, 2003.