Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İsrail–Almaniya Reparasiya Sazişi
İsrail və Almaniya Federativ Republikası arasında Reparasiya Sazişi (alm. Wiedergutmachungsabkommen‎; ivr. ‏הסכם השילומים‏‎ — Heskem HaŞillumim) və ya Lüksemburq Sazişi (alm. Luxemburger Abkommen‎) — 10 sentyabr 1952-ci ildə İsrail və Almaniya Federativ Respublikası arasında imzalanmış, 27 mart 1953-cü ildə qüvvəyə minmiş müqavilə. Razılaşmaya görə, Qərbi Almaniya İsrailə təzminat ödəməli və mülkiyyətini itirmiş hər bir yəhudinin itkisini kompensasiya etməli idi. İsrailə ödənilən kompensasiyanın məqsədi İsrailin yaşadıqları yerlərdən didərgin düşmüş çoxsaylı kasıb yəhudini yeni evlərlə təmin etməsi və bunun qarşılığında çəkdiyi xərclər idi. Bundan əlavə, Yəhudilərin Almaniyaya qarşı maddi iddiaları üzrə Konfrans vasitəsilə Almaniya Nasizm rejiminin təqibinə məruz qalmış hər bir yəhudinin mülkünü və dolanışığını tək-tək bərpa etməli idi. == Tarixçəsi == 1952-ci ildə İsrailin ilk baş naziri David Ben-Qurion çıxışlarının birində reparasiya tələbinin mümkün qədər çox yəhudi mülkünü əhatə etməli olduğunu bildirdi. Beləcə, "qatillər eyni zamanda varis ola bilməyəcəkdilər". Həmçinin, Qurion İsrailə köçən Holokost qurbanlarının reabilitasiyasını maliyyələşdirmək üçün bu kompensasiyaya ehtiyac olduğunu vurğulamışdı.
Müqəddəs Reparata kafedralı (Florensiya)
Müqəddəs Reparata kafedralı və ya Santa-Reparata kilsəsi (it. Chiesa di Santa Reparata) — İtaliyanın Florensiya şəhərində yerləşən keçmiş kafedral. Kafedral Florensiyanın patron müqəddəsi olan erkən xristanlıq dövrü şəhidi Müqəddəs Reparatanın adaını daşıyır. Florensiya kafedralı Santa-Reparata kilsəsi üzərində inşa edilmişdir. Florensiya kafedralının zirzəmisində 1966–1972-ci illərdə aparılmış arxeoloji qazıntılar nəticəsində kilsənin strukturu müəyyən edilmiş və çoxsaylı maraqlı artefaktlar üzə çıxarılmışdır. Kilsədə Roma Papaları IX Stefan və II Nikolayın, həmçinin Filippo Brunelleski kimi tanınmış şəxslərin məzarları yerləşir. == Tarixi == Hələ III əsrdən Florensiyanın şimalında xristianlığa həsr edilmiş ərazi var idi və orta əsrlərə kimi həmin ərazi şəhərin mühüm dini mərkəzi olaraq qalırdı. VI əsrdən başlayaraq şərq-qərb istiqamətində (Pyaçça-dell'Olio-dan müasir Florensiya kafedralının apsida ərazisinə kimi) "müqəddəs ox" adlandırılan bina kompleksi yerləşirdi. Son Antik dövrdən bəri bu cür komplekslər dini ərazi hesab edilir və Roma dövrü divarları ilə əhatə olunurdu. Kompleksə Yepiskop sarayı, San-Covanni vəftizxanası, xəstəxana, pastor evi, qəbirsanlıq və üç kilsə: Salvatore-al-Veskovo, San-Mikele Visdomini və Santa-Reparata daxil idi.