Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sancalı
Sarıcalı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Sarıcalı kənd inzibati ərazi dairəsində kənd. == Əhalisi == Əhalisinin sayı 1591 (01.01.2007-ci ilə aid olan statistik məlumata görə) nəfərdir. Kənd əhalisi əsasən, heyvandarlıq, taxılçılıq, pambıqçılıq və baramaçılıqla məşğul olur. == Tarixi == Sarıcalı yaşayış məntəqəsi cavanşir tayfasının sarıcalı (əslində sarıcaəlili) qolunun burada məskunlaşması nəticəsində yaranmışdır. Qədimdə sarıcalılar türk tayfası bəhmənli elinə mənsub idilər. Onlar orta əsrlərdə cavanşir tayfasına qarışmışlar.XIX əsrin əvvələrində sarıcalılar Dərgahlı sarıcalısı, Əmiraslanbəyli sarıcalısı, Çəmənli sarıcalısı, İncilli sarıcalısı, Yetim sarıcalısı, Novruzlu sarıcalısı adlı tirələrə bölünmüşdülər.XX əsrin 30-cu illərinə qədər Ağdamın Novruzlu kəndi yaxınlığında da Sarıcalı adlı kənd olub. Qarabağ xanı olan Pənahəli xan bu tayfadandır.Ağdam, Tərtər, Cəbrayıl rayonlarında da Sarıcalı adlı kənd vardır. === Tanınmışları === Tofiq Sarıcalınski — Dövlət xadimi Rüstəm Rüstəmov — Professor , alim Ələsgər Rüstəmov — Hüquqşünas == Xarici keçidlər == Youtube-da bax: Bir kəndin nağılı. Sarıcalı (film) == İstinadlar == Kəmalə Sarıdcalinskaya — Hüquqşünas, Zakavkaziyada ilk qadın kriminalist.
Sandal
Sandal — təknəvari quruluşa malik gəmi, su nəqliyyatı vasitəsi. == Ümumi məlumat == Sandal əsasən, yelkənlə təhciz olunuduğu ucun səmt kuləyinin gucu ilə hərəkət edir. Arxiv sənədləri gostərir ki, hələ XVIII əsrin ikinci yarısında sandal və kirjim inşa etmək ucun Bakıda gəmi tərsanəsi olmuşdur.
LIBOR skandalı
LIBOR dərəcəsi ilə manipulyasiya 2008–2016-cı illərdə beynəlxalq qalmaqal və bunun ardından dünyada standart faiz dərəcələrinin qlobal islahatı ilə başa çatan ən böyük Avropa və Amerika bankları tərəfindən həyata keçirildi. 2012-ci ildə sona çatan skandal nəticəsində LIBOR rəhbərliyi dəyişdirildi. Bundan əlavə, məhkəmə proseslərinin ardından böyük beynəlxalq bank qrupu cərimə ödədi. Keçmiş treyder Tom Heys ağır cinayətə görə cəza alan tək şəxs idi. == LIBOR yaranması == LIBOR faiz dərəcəsi, Yunan bankiri Minos Zombanakis, JP Morgan Manufacturers Hanover Bank (London) İdarəedici direktoru tərəfindən təklif edilmişdir. 1969-cu ildə, korporativ müştərisinə Londondakı altı aylıq banklararası faiz dərəcəsi ilə təyin olunmuş dərəcədə sindikatlaşdırılmış kredit verdi. 1986-cı ildən bəri, İngilis Banklar Birliyi mütəmadi olaraq LIBOR-un hesablanması üçün ictimai bir öhdəlik götürdü. Dərnək, gündəlik olaraq on altı bankdan digər banklardan borc ala biləcəkləri şərtlərlə soruşdu. Ən aşağı və ən yüksək dərəcələr hesablamadan çıxarıldı, qalan dərəcələr orta hesablandı. Beləliklə, qalmaqaldan əvvəl LIBOR, bankirlərin bir-birlərinə kredit verə biləcəkləri dərəcələr barədə ortalama bir fikir idi.
Santali dili
Santalice, Santalca və ya Santali dili əsasən Assam, Bihar, Carkhand, Mizoram, Orissa, Tripura və Qərbi Benqalda danışılan Ho və Mundari dilləri ilə qohum bir Avstriya-Asiya dili . Bu dil ailəsinin Munda qrupuna aid olan və qrupun ən çox danışılan üzvü olan Santali dili Hindistan Konstitusiyasına uyğun olaraq Hindistanın rəsmi tanınmış regional dillərindən biridir. Təxminən 7,6 milyon danışan sayı ilə dil Hindistan, Banqladeş, Butan və Nepalada geniş yayılmışdır. Bu dil həm də Vyetnam dili və Kxmer dillərindən sonra sayca üçüncü ən böyük Avstroasiya dilidir. Santali dili Avstroasiya kökənli etnik Santalların ana dilidir. Ol Chiki yazı sistemi 1925-ci ildə Pandit Raghunath Murmu tərəfindən işlənib hazırlanana qədər Santalice yazısı mövcud deyildi, və bu dil sadecə danışıq dili idi. Tək səsli hərf əlifbası ilə yazılan Ol Çiki sistemi digər heca əsaslı hind yazı sistemlərindən fərqlənir və müasir Hindistanda Santali dilində yazmaq üçün geniş istifadə olunur.
Mustafa Sandal
Mustafa Sandal (11 yanvar 1970, İstanbul) — Türkiyə ifaçısı, söz yazıçısı, bəstəkarı və aktyorudur. == Həyatı == Mustafa Sandal 11 yanvar 1970-ci il tarixində Türkiyənin İstanbul şəhərindən Yusuf Sandal və Tülin İlerinin ailəsində dünyaya gəlmişdir. Məktəb illərində musiqi dərslərinə daha çox maraq göstərirdi. Vokal musiqiyə və daha çox gitarada ifa edilən musiqiyə daha çox önəm verirdi. Musiqi eşidəndə, musiqi boyu müxtəlif alətləri və onların melodiyalarını seçə bilirdi. Mustafa Sandal İsveçrənin Cenevrə şəhərində yerləşən "Collège du Léman" kollecini bitirdikdən sonra ABŞ-də yerləşən Hempşir kollecinə (ing. Hampshire College) daxil olur. Buranı bitirdikdən sonra İstanbula qayıdır. Bir müddət sonra bəstəkarlarla çalışaraq bir çox ifaçılar üçün mahnı sözləri yazmağa başlayır. Bu ifaçılar sırasında Ayşegül Aldinç, Hakan Peker, Zerrin Özer və bir çox məşhur türk ifaçıları vardır.
Maxi Sandal 2003
Maxi Sandal 2003 – Mustafa Sandal-ın 2003-cü ildə çıxardığı albomdur. == Mahnı haqqında == "Maxi Sandal 2003" albomu Türkiyəyə məxsus "Erol Köse Production" leyblı tərəfindən istehsal edilmişdir. Alboma daxil olan "Aşka Yürek Gerek" mahnısının bir neçə versiyası mövcuddur.
Pərviz Abdullayev (uşu sandaçı)
Pərviz Abdullayev (ləqəbi: Kobra Pərviz; 5 yanvar 1986, Qiyaslı, Ağdam rayonu) – peşəkar kikboksinq üzrə 6 qat Dünya çempionu, əməkdar idman ustası. == Həyatı == Kobra ləqəbli Pərviz Amil oğlu Abdullayev 1986-cı il yanvarın 5-i Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. Orta məktəbin ilk illərini Qiyaslı kənd orta məktəbində oxusa da, 1994-cü ildən təhsilini Bakı şəhəri Nizami rayonu 250 saylı orta məktəbdə davam etdirib. 2003-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 12 yaşında (1997-ci ildən) Kunq-fu idman növüylə məşğul olmağa başlayıb. 2007 və 2008-ci illərdə Uşu-sanda idman növü üzrə Azərbaycan çempionu olub. 2007-ci ildə eyni idman növü üzrə Çində keçirilən dünya kubokunda ikinci yerin sahibi olub. Pərviz Abdullayev həmin illərdə paralel olaraq kikboksinq döyüşlərində də iştirak etməyə başlayıb. Bu zamana qədər peşəkar karyerasında 49 qələbə, 6 məğlubiyyət, 26 nakautla nəticələnən 55 döyüş keçirib. Peşəkar kikboksinq üzrə 6 qat Dünya Çempionudur.
Nesl qalası skandalı (1314)
Nesl qalası skandalı (fr. Affaire de la tour de Nesle) — 1314-cü ildə Fransa monarx ailəsində baş tutan və o əsnada Fransa kralı olan IV Filippin 3 gəlininin xəyanətlə təqsirləndirildiyi hadisə. Şayələrin kralın qızı olan İngiltərə kraliçası Fransalı İzabella tərəfindən yayıldığı bilinir. İddialara görə, bu xəyanətlər əsasən Nesl qalasında (fr. Tour de Nesle) baş verdiyi üçün qala hadisəyə adını vermişdir. Skandal, hadisəyə adı qarışan saray əyanlarının edamı, işgəncəsi və həbsi ilə nəticələndi. Fransa kralı IV Filippin 3 oğlu var idi: Lüdovik, Filipp və Çarlz. Dövrün ənənəsinə uyğun olaraq kral öz oğulları üçün güclü siyasi evliliklər planlamışdı. Böyük oğlu Lüdoviki 1305-ci ildə Burqundiya hersoqu II Robertin qızı Marqaritayla, 1307-ci ildə ortancıl oğlu Filippi Burqundiya qrafı IV Ottonun qızı Jannayla, 1308-ci ildə isə kiçik oğlu Çarlzı qrafın digər qızı Blanşla evləndirdi. Ancaq bu evliliklər bir-birindən çox fərqli idi.
Cənubi Koreya siyasi skandalı (2016)
Mandala
Mandala (sanskr. मण्डल Maṇḍala, 'çevrə') — Hinduizm və Buddizmdə Kainatı təmsil edən dini simvoldur. Çox vaxt dairə və ya kvadrat şəklində olan və hər şeyin mistik mərkəzinin simvolu olan mandalalar meditasiya vasitəsi olaraq istifadə edilir. Hinduizmdə Siva ve Saktinin kosmik rəqsini, Buddizmdə Budda Diyarını və ya Buddanı təmsil edən mandalalar mövcuddur. Buddizmdə Mandalalar ona inanan insan üçün kainatdakı müqəddəsliyi və eyni müqəddəsliyin həmin şəxsin özündəki potensial vəziyyətini xatırladan əhəmiyyətli işarələrdir. Buddizm baxımından mandalanın məqsədi insanın çətinliyinə onu aydınlanmaya çatdıraraq son vermək və həqiqətlə bağlı doğru fikrə çatdırmaqdır.
Mandazi
Mandazi həmçinin "Şahili Kokos Doghut" (Şahili: Mandazi, Maandazi) - bu yemək Şahili sahillərində kərf edilib. Afrika böyük gölü ətrafında Şahili xalqının mətbəxinin əsas yeməyidir . == Xarakteri == Mandazi dougnats ilə bir-birinə çox oxşayır. Yeməyin hazırlanmasında müxtəlif inqredentlərdən istifadə edilir. Ancaq əsasən az şirin olur. Serviz edilən zaman soyuq həmçinin buz şəkildə verilməlidir. Adətən oval və yumru şəkildə olur . == Hazırlanması == Mandazi xəmir yeməyidir. Onu yağda bişirillər. Mandazinin tərkibinə su, şəkər, düyü, maya və süd əlavə edilir.
Mandılı
Mandılı — Azərbaycan Respublikasının Füzuli rayonunun Pirəhmədli inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Mandılı kəndi Xırdapara-Dizaq mahalına bağlı idi. Xəzinə (divan) mülkü sayılırdı. Kənd XIX yüzilə aid mənbələrdə Əlihüseynuşağı adlanırdı. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Qozluçayın sahilində, dağətəyi düzənlikdədir. Manda Azərbaycan dilinin c.-q. dialəktlərinda yəməli ot adıdır, −1ı isə mənsub.şək.-sidir. Türk dillərində manda/ mandı/mantı sözü "cəfəri"; "dördnala çapmaq"; "qiymətli Çin ipəyi"; "sakit"; "enli alın" və s.
Nağdalı
Nağdalı — Azərbaycan Respublikasının Laçın rayonu Şamkənd kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Kənd Şamkənd inzibati ərazi vahidliyinin tabeliyindədir. Kəndin yaşı 500 ildən çoxdur. == Mədəniyyəti == Kənddə 200 yerlik klub binası, 250 yerlik məktəb binası, 2 mağaza binası, hamam, çörək bişirmə sexi, 50 çarpayılıq xəstəxana, feldşer-mama məntəqəsi, kitabxana, 250 yerlik ATS- fəaliyyət göstərirdi. == Coğrafiyası və iqlimi == Nağdalı kəndi rayonun qərb istiqamətində, Qırxqız dağlarının cənub ətəklərində, rayon mərkəzindən 74 km məsafədə yerləşir. Dəniz səviyyəsindən 1660 metr yüksəklikdə yerləşir. Kəndin ətrafından hər tərəfə geniş yayalaqlar başlayır. Şimaldan DQMV-i, qərbdən Kəlbəcər rayonu, şərqdən Ələkçi kəndi, şimal-şərqdən Şamkənd kəndi ilə həmsərhəddir.
Qandalf
Qandalf — Con Ronald Ruel Tolkinin "Hobbit" və "Üzüklərin hökmdarı" romanlarında bəhs olunan 5 sehirbazdan biri, həm də baş qəhrəmanlardan biri. Bir sehrbaz və bir güc daşıyıcısı olan Qandalf böyük bir gücə sahibdir. Ancaq sehrə çox meyilli olmayıb, əksər hallarda cəsarətləndirmək və inandırmaq ilə işləri həll etməyə çalışır. == Görünüşü == Qandalf böyük pelerin və şiş uclu papaq geyinmiş, əlində sehrli əsas tutmuş, saqqallı qoca kişi olaraq təsvir olunur. == Xüsusiyyətləri == Böyük bir bilgiyə və gücə sahib olan Qandalf çox səyahət edir və hər zaman qaranlıq hökmdar Sarumana qarşı mübarizə fokuslanmışdır. Boz Qandalf olaaraq tanınır və adlandırılır.
Randals
Randals (ing. Randalls Island) — 1.11 km² sahəyə malik və Nyu-Yorkun bir hissəsi olan ada. O, Manhetten, Bronks və Kuins rayonları arasında, Harlem çayının İst-River boğazına töküldüyü yerdə yerləşir. Bronks Kill boğazı adanı Bronksdan ayırır. Randals adası bir vaxtlar ayrı olan Uords adası ilə birləşdirilib. Avropalıların gəlişindən əvvəl Randals adasının adı hindu dilində Minnehanok (ing. Minnehanonck) idi. 1637-ci ildə adalar Yeni Niderland qubernatoru Vuter van Tvillerin mülkiyyətinə keçdi. Burada məskən salmış fermer Barent Yansenin şərəfinə adanın adı Kleyne Barent oldu, O illərdə adaların əraziləri əsasən əkin sahələri üçün istifadə olunurdu. Randals adasında belə sahələr 50 hektar təşkil edirdi.
Sadatlı
Sadatlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd qədim yaşayış maskanlarindan biridir. Bunu etrafındakı köhnə qabi ristanlıqlar sübut edir. Hazırkı kandin tamalini taxminan 250 il bundan avval Lerikin Şivlə kəndindən gəlmiş Sadat adlı şəxs qoymuşdur. Odur ki, kand Sadatlı adlanır. Çox keçmir ki, Ərdəbildən Yardımlının Şilavanga kandina kö çüb gələn Nagdili və Dəmirçili tayfalarından bir neçə çox Sadathya galit vo burada məskunlaşır. Bu tayfaların nümayəndələri hazırda Cəlilabadi Alagar, Yeddibulaq, Qamışlıgöl, Musali va s kandlarinda da yaşayır. Kond Burovar sıra dağlarının şərq ətəyində, Cəlilabaddan 17 km aralıda yerləşir. Sadatli qərbdən meşə ərazisi, şimal-qərbdən Yeddibulaq, cənubdan Kahrizbulaq va şərqdən Qamışlıgöl kandila hamsarhoddir. Kond tarixan maldarlıq va aking liklə məşğul olmuşdur.
Sadaxlı
Sadaxlı (gürc. სადახლო) — Gürcüstan Respublikasının Aşağı Kartli diyarı Marneuli bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Fiziki-coğrafi mövqe == Sadaxlı kəndi Sarvan şəhərindən 35 km, paytaxt Tiflisdən isə 65 km cənubda, dəniz səviyyəsindən təqribən 450 metr yüksəklikdə, Tona çayının sol sahilində yerləşir. Həmin ərazidə bu çay həm də Ermənistanla Gürcüstanın sərhəd xəttinin bir hissəsini təşkil edir. == Əhalisi == 2002-ci ildə Gürcüstanda aparlmış sonuncu siyahıyaalmanın nəticələrinə əsasən kənddə 2272 ailədə 9450 nəfər əhali yaşayır. Kənd əhalisinin 50,1%-i kişilər, 49,9%-i isə qadınlardan ibarətdir. Ailələrin orta say tərkibi 4,2 nəfərdir. Rəsmi statistikaya əsasən kənd sakinlərinin 97%-i etnik azərbaycanlılardan ibarətdir. Sadaxlı kəndi əhalisinin sayına görə Borçalıda və Gürcüstanda ən böyük kənd yaşayış mətəqəsidir. == Təsərrüfatı == Sadaxlı Marneuli rayonunun aqrar kəndidir.
Sandıklı
Sarcalı
Sarıcalı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Sarıcalı (Ağdam) Sarıcalı (Çəmənli, Ağdam) — Ağdam rayonunun Çəmənli inzibati ərazi dairəsində kənd. Sarıcalı (Sarıcalı, Ağdam) — Ağdam rayonunun Sarıcalı inzibati ərazi dairəsində kənd. Sarıcalı — Azərbaycan Respublikasının Tərtər rayonunun Sarıcalı kənd inzibati ərazi vahidində kənd. Yuxarı Sarıcalı — Azərbaycan Respublikasının Tərtər rayonunun Düyərli kənd inzibati ərazi vahidində kənd. Sarıcalı — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanının Takab şəhristanının inzibati ərazi vahidində kənd. Sarıcalu — İranda, Zəncan ostanının Əbhər şəhristanının Sultaniyə bəxşinin Gözəldərə dehestanında kənd. Sarıcalı (Urmiya) — Sarıcalı (Takab) — Sarıcalı (Sultaniyə) Oxşar Sarıcalı oymağı — Cavanşir elinin qollarından biri. Sarıca — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd.
Sayadlı
Sayadlı — Xızı rayonunda kənd. == Tarixi == == Mədəniyyət == Kənddə 1989-cu ildə Münəvvər Rzayevanın müəllifi olduğu "Mikayıl Müşfiqin monumental abidəsi" ucaldılmışdır.
Saybalı
Saybalı (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun Bağbanlar kənd inzibati ərazi dairəsində kənd. Saybalı (Sisyan)— Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonu ərazisində kənd.
Şaftalı
Adi şaftalı (lat. Prunus persica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Mərkəzi və Şimali Çində geniş yayılmışdır. == Botaniki təsviri == Adi şaftalı ağacının hünd. 8 m-dək olur. Yarpaqları növbəli düzülür, çiçəkləri ikicinsiyyətli, meyvəsi çəyirdəkdir. Kütləsi 20-600 q olur. Adi şaftalı dağlıq rayonlarda becərilir. Meyvəsində 80-90% su, 6-14% şəkər, 0,5-1,2% pektin maddəsi, 0,08-1,02% üzvi turşu (əsasən, alma turşusu), 9,4-20 mq % C vitamini, 0,6-1 mq % karotin var. == Ekologiyası == == Azərbaycanda yayılması == Azərbaycanda bir neçə sortu yetişdirilir.
Adnalı
Adnalı (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Adnalı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd.
Adi şaftalı
Adi şaftalı (lat. Prunus persica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Mərkəzi və Şimali Çində geniş yayılmışdır. == Botaniki təsviri == Adi şaftalı ağacının hünd. 8 m-dək olur. Yarpaqları növbəli düzülür, çiçəkləri ikicinsiyyətli, meyvəsi çəyirdəkdir. Kütləsi 20-600 q olur. Adi şaftalı dağlıq rayonlarda becərilir. Meyvəsində 80-90% su, 6-14% şəkər, 0,5-1,2% pektin maddəsi, 0,08-1,02% üzvi turşu (əsasən, alma turşusu), 9,4-20 mq % C vitamini, 0,6-1 mq % karotin var. == Ekologiyası == == Azərbaycanda yayılması == Azərbaycanda bir neçə sortu yetişdirilir.
Arazbar sancağı
Arasbar sancağı və ya Arasbar livası — 1727 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Arazbar idi. Arazbar sancağı iki nahiyəyə bölünürdü.
Axıstabad sancağı
Axıstabad sancağı — Liva-i Axıstabad (Axıstabad livası) Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Ağstafa idi. Axıstabad (başqa adı Böyükçay), Quzey, Gü-ney, Dağlıq İncə və İncə nahiyələrinə bölünürdü. == Mənbə == Gence- Karabağ Eyaletinin İkmal Defteri - İstanbul, Başbakanlık Osmanlı Arşivi, Tahrir Defterleri, 699.
Bandari musiqi
Bandari musiqi (fars. بندری‎) — İranın cənubdan, Fars körfəzi ətrafında gəlir. Cənubda Ərəb ölkələri ən yaxın olduğu kimi, bu, ərəb musiqi təsiri ilə İran musiqi stili, va toy zamanı ifa olunur.
Bellore Sanqala
Bellore Sanqala (2 yanvar 1995) — Konqolu üzgüçü. Bellore Sanqala Konqonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Bellore Sanqala birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 33.71 saniyəlik nəticəsi ilə 81-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Boadi Santavi
Boadi Santavi (22 may 1997) — Kanadalı kişi ağır atlet. 85 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Kanadanı təmsil edir. Boadi Santavi dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.