Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sonsuz
Sonsuzluq (riyazi işarəsi: ∞ {\displaystyle \infty } ) — sonu, nəhayəti olmama, nəhayətsizlik. Hər hansı bir məhdudiyyət daşımayan mücərrəd anlayışdır. Hesablanılan, son həddləri olanların əksi kimi riyaziyyatda, fizikada, fəlsəfədə və başqa elmlərdə istifadə olunur.
Sansız (Tarım)
Sansız (az-əbcəd. سانسێز‎, fars. سانسیز‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1,074 nəfər yaşayır (327 ailə).
Sonsuz dövr
Sonsuz dövr (ing. infinite loop, rus. бесконечный цикл, türk. sonsuz döngü) – semantik və ya məntiqi yanlışlıqlara görə normal şəkildə başa çata bilməyən dövr; həmçinin, qəsdən aşkar başaçatma şərti olmadan yazılmış, lakin kənar müdaxilə ilə başa çatdırılan dövr. Bax: LOOP, SIDE EFFECT. #include <stdio.h> main() { while(1) { printf("Infinite Loop\n"); } } == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == Make an infinite loop in several languages, on programming-idioms.org.
Sonsuz düyüm
Sonsuz düyüm və ya daimi düyüm xüsusilə Tibet, Monqolistan, Tıva, Kalmıkiya, Buryatiya kimi Tibet Buddizminin təsirə malik olduğu ərazilərdə mühüm mədəni simvoldur. == Mənası == Buddizmdə sonsuz düyüm kəsişərək düzbucaqlar əmələ gətirən xətlərdən ibarət qapalı, qrafik ornamentdir. Bu işarənin əvvəli və ya sonunun olmaması Buddanın sonsuz müdrikliyini və mərhəmətini təcəssüm etdirir. Bu simvol əbədiyyəti mövcudluğun əsas reallığı olaraq göstərir. Xətlərin kəsişməsi bütün hadisələrin bir-birləri ilə səbəb və nəticə əlaqəsi kimi güclü bir əlaqə ilə bağlı olmasını təmsil edir. İşarədə heç bir boşluq olmadan bütün kompozisiyanın qapalı olması sadəliyin və tamamilə tarazlaşdırılmış ahəngdarlığının təsviri formasıdır.
Sonsuz meymun teoremi
Sonsuz meymun teoremi — bir yazı makinasının düymələrinə sonsuz bir müddət boyunca təsadüfi şəkildə basan bir meymunun müəyyən bir mətni (məsələn Vilyam Şekspirin bütün əsərlərini) demək olar ki tam dəqiq olaraq yaza biləcəyini iddia edən riyaziyyat teoremidir. Burada "meymun" sözü həqiqi bir meymundansa, təsadüfi hərflərdən ibarət olan bir təsadüfi ardıcıllığı sonsuzadək davam etdirə bilən bir obyekti ifadə edir. Teorem çox böyük, amma sonlu bir ədəd xəyal edərək sonsuzluq haqqında fikir yürütmənin risklərinə diqqət çəkir. Bir meymunun Şekspirin Hamleti kimi bir əsəri tamamən eyni formada yaza bilmə ehtimalı o qədər kiçikdir ki, bu hadisənin kainatın yaşı miqdarında bir vaxtda həyata keçmə şansı çox azdır, amma sıfır deyildir. Teoremin çox və ya sonsuz sayda printer olan versiyaları olduğu kimi, hədəf mətnin böyüklüyü də bütün bir kitabxana ilə tək bir cümlə arasında da dəyişə bilir. Teoremin kökləri Aristotelin 'Yaranma və Dağılma' və Siseronun 'De natura deorum' adlı əsərləri ilə Blez Paskal və Conatan Sviftin düşüncələrinə əsaslanır. ..... Yazı yazan meymunlara olan xüsusi maraq televiziya, radio, musiqi və İnternetdəki bir çox misaldan görünə bilir. 2003-cü ildə altı kəkilli qara meymunla (Macaca nigra) bir sınaq həyata keçirilmişdir, lakin ortaya çıxmış kağız 'S' hərfinin üstünlük təşkil etdiyi beş səhifəlik bir yazı nümunəsi olmuşdur. == Həll == === Sübut === Teoremin olduqca başa düşülən bir sübutu vardır.
Sonsuz dəhliz (film, 2015)
Sonsuz dəhliz (ing. Endless Corridor) — litvalı rejissor Andreas Brokasın Xocalı qırğınından söz açan sənədli filmi. Film Leyla Əliyevanın təşəbbüsü ilə Xocalıya ədalət! təbliğat kampaniyası çərçivəsində hazırlanmışdır. == Məzmun == Film litvalı jurnalist Riçard Lapaitisin Xocalıya səyahəti kimi təqdim olunur. 23 il əvvəl hərbi müxbir olan R.Lapaitis Dağlıq Qarabağ münaqişəsini və qanlı soyqırımı aktını işıqlandırıb. O, Xocalıda kütləvi qətliamdan sağ çıxmış insanlarla görüşüb. O, ermənilərin atəşi altındakı “sonsuz dəhliz”də özünə nicat yolu axtararkən yaxınlarını itirənlərin ürəkdağlayan hekayələrini dinləyib. Filmin müəllifi bu soyqırımının təşkilatçıları və səbəbkarları — erməni hərbi komandirləri ilə də söhbət edib. Onlar qəddar hücum strategiyalarından danışaraq, mülahizələrini bölüşüblər.
Samsun
Samsun — Türkiyənin Samsun ilinin inzibati mərkəzi.
Sannua
Sannua (fr. Sannois) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament —Val-d’Uaz, rayon — Arjantey, kanton — Sannua. Əhalisi — 25 349 nəfər (1999). Bələdiyyə Paris şəhərinin 15 km şimal-qərb, Serji bələdiyyənin 16 km cənub- şərqdə yerləşir.
Santur
Səntur — toxmaqla çalınan alətdir. Toxmaqla çalındığına görə, həm simli, həm də zərb musiqi aləti sayılır. İranda bu alətin bir qədər kiçik - diatanik növü indi də istifadə olunur. Azərbaycanda isə XIX əsrə qədər istifadə olunub. Sənturun ən qədim növü Şumer mədəniyyətinə qədər gedib çatır. Yatıq sazlar ailəsinə mənsubdur. Qanun, nüzhə və bu növ alətlərdən hesab edilir. Sənturun bu alətlərdən başlıca fərqi onun iki yüngül ağac toxmaqla (mizrabla) çalınmasıdır. Ona görə də səntur həm də zərb musiqi aləti sayılır. == Etimologiya == Səntur haqqında R. Yektabəy yazır: "Bu çalğı aləti çox qədim olub, "Tövrat"da "psanterin", "zəbur" adlandırılır.
Sənsiz
Sənsiz (romans)
Şahbuz
Şahbuz — Naxçıvan Muxtar Respublikasında Şahbuz rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Milli Məclisinin 7 dekabr 2007-ci il tarixli, 511-IIIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şahbuz qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şahbuz qəsəbəsinə şəhər statusu verilmiş, Şahbuz qəsəbə inzibati ərazi dairəsi Şahbuz şəhər inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimik izahı == Şahbuz Naxçıvan MR-də inzibati rayon mərkəzinin adı.. Mənbədə Naxçıvan əyalətinin Dərə-Şahbuz nahiyəsinin adı idi. Şahbuz yaxınlıqdakı hündür yerdə qalıqları qalmaqda olan qədim qalanın adıdır. Məntəqə yaxınlıqdakı Şahbuz qalasının adı ilə adlanmışdır. Qalanın adı isə farsca şəx "sıldırım (dik) qaya" və buz (türk dillərində bayz – "sıldırım") sözünün təhrif formasından ibarətdir. == Əhali == == İstinadlar == == Xarici keçidlər == Şahbuz rayonu – Naxçıvan MR-in şimalında yerləşir. Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu. 68 s.
Şamsız
Şamsız - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda kənd. == Tarixi == Toponim bitki adı bildirən şam sözünə -sız şəkilçisinin artırılması ilə düzəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 124 nəfər, 1914 - cü ildə 186 nəfər, 1916-cı ildə 911 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanalar tarixi-etnik torpaqlarına dönmüşdür. Burada 1926-cı ildə 54 nəfər, 1931-ci ildə 52 nəfər azərbaycanlı yaşamışdır. 1940-cı illərdə azərbaycanlılar kənddən çıxarılmış və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Şandiz
Şandiz — İranın Rəzəvi Xorasan ostanının Torqəbə və Şandiz şəhristanının Şandiz bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,402 nəfər və 1,706 ailədən ibarət idi.
Şanrus
Şanrus (fr. Chamrousse) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Domen və Viziy kantonlarına daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38567. Kommunanın 1999-cu il üçün əhalisi 1810 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 1384 ilə 2440 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 110 km cənub-şərqdə, Qrenobldan 15 km şimal-qərbdə yerləşir.
Şanson
Şanson (fr. chanson — mahnı) — vokal musiqi janrı. == Xarici keçidlər == Brown, Howard Mayer, et al. "Chanson." In Grove Music Online. Oxford Music Online. Dobbins, Frank. "Chanson." In The Oxford Companion to Music, edited by Alison Latham. Oxford Music Online. Michail Scherbakov. Russian Chanson.
Şantun
Şantun (q.türk Şantuŋ, çin. 山东 / 山東; pinyin: Shāndōng; Wade-Giles: Shan-tung) — Çinin şərq sahilində bir vilayyətdir. Şantun Çincə "dağın şərqi" anlamına gəlir. Bölgə bu adı Tayhan dağlarının (太行山) şərqində yer alması səbəbi ilə almıştır. Şantun 92 milyonluq əhalisi ilə Çinin Henan vilayyətindən sonra ən kütləvi ikinci vilayyətidir. Kon Fun Çyının məmləkəti Çufu bu bölgədə yerləşir.
Şahbuz (kənd, Şahbuz)
Şahbuz — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şahbuz qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şahbuz kəndi rayonun ərazi vahidləri uçot məlumatından çıxarılmışdır.
Daşüz
Daşüz — Azərbaycan Respublikasının Şəki rayonunun Daşüz kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Daşüz kənd inzibati-ərazi vahidi tərkibindəki Daşüz qəsəbəsi Daşüz kəndi hesab edilmişdir. == Toponimikası == Adını ərazidəki Daşüz (bəzən Daşyüz kimi də qeydə alınır) silsiləsinin adından almışdır. XX əsrin əvvəllərində kəndin ərazisində Ədil xanın at ilxısının tövlələri olmuşdur. 1923-cu ildə burada 71 nömrəli atçılıq zavodu təşkil edilmiş, 1951-ci ildən isə buraya Samux rayonunun Qırmızı Samux sovxozundan camışlar gətirilərək camışçılıq sovxozu yaradılmışdı. Müxtəlif illərdə Tovla, Tavla, Orconikidze adına sovxozun nəzdində qəsəbə də adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Tarixi abidlələr əsasında kəndin hələ 1914-cü ildə mövcud olduğu məlumdur. Burada qədimdən qalan bir qala var. Amma bu qalaya yetərincə diqqət olmadığından görünüşü pis vəziyyətdədir. == Coğrafiyası və iqlimi == Əyriçayın (Qanıx çayının qolu) sol sahilində, Daşüz silsiləsinin ətəyindədir.
Qansu
Qansu (çin. sadə. 甘肃省, pinyin: Gānsù Shěng) — Çinin mərkəzindən şimalda olan əyalət. == Ümumi məlumat == Bu əyalət ilə uyğurların yaşadığı Sincan əyalətləri qonşudur. Uyğurlarla çinlilər arasında ən böyük qarşıdurmalar məhz bu sərhəddə meydana gəlmişdir. Ən qanlı çarpışmalar isə 2011–2012-ci illərə təsadüf edir.
Sansa
Sansa (fr. Sanssat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Varen-syur-Alye kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03266. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 272 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 198 yaşda (15-64 yaş arasında) 133 nəfər iqtisadi fəal, 65 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,2%, 1999-cu ildə 69.7%). Fəal 133 nəfərdən 119 nəfəri (71 kişi və 48 qadın), 14 nəfər işsiz (4 kişi və 10 qadın) idi. Fəal olmayan 65 nəfər arasında 37 nəfər şagird və ya tələbə, 13 nəfər təqaüdçü, 15 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Susuz
Susuz ilçəsi — Qars ilinin ilçəsi. Susuz (Talın) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talın rayonunda kənd.
Şansi
Şansi və ya Şanşi (çin. 山西|Pinyin: Shānxī) — Çinin şimalında olan bir inzibati bölgə. Şərqdə Hebei, cənub və cənub-şərqdə Henan, qərbdə Şensi inzibati bölgələri, şimalda isə Daxili Monqolustan Muxtar Rayonu ilə əhatə edilmişdir.
Şanus
Şanus (fr. Chanousse, oks. Chanossa) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Rozan kantonuna daxildir. INSEE kodu — 05033. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 48 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 27 nəfər (15-64 yaş) arasında 19 nəfər iqtisadi fəal, 8 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70.4%, 1999-cu ildə 60.9%). Fəal 19 nəfərdən 17 nəfər (8 kişi və 9 qadın) çalışdı, 2 qadın işsizdi.
Şanyü
Şanyü — Xaqandan öncə hunlar arasında istifadə olunan titul.
Tansu
Tansu (箪笥) – ənənəvi yapon sandığı. Tansu səyyar sandıq olub paltar və şəxsi əşyaları saxlamaq üçün nəzərdə tutulub. Xüsusilə, dükkançılar dükkan ləvazimatlarını, qeydləri və dəyərli əşyaları saxlamaq üçün tansudan istifadə edirdilər. Tansu anbarlarda və gəmilərdə də istifadə olunurdu. == Tarixi == Yaponiyada səyyar sandıqların ən qədim nümunəsi 673-cü ilə aiddir və Nara şəhərindəki Today məbədində yerləşən Şoso-in anbarında saxlanılır. "Tansu" sözü ilk dəfə XVII əsrin sonunda qeyd olunmuşdur. 1657-ci ildə Edo şəhərində baş vermiş Meyreki yanğını zamanı insanlar yanğından qaçarkən səyyar sandıqlardan istifadə etmişdirlər. Bunlar tansunun ilk nümunələri hesab olunur. Tansunun istehsalı iki dövrə bölünür: Edo dövrü və Meyci dövrü. Edo dövrünün tansuları sahibinin sinfini, sosial-iqtisadi vəziyyətini və işini əks etdirirdi.
Göylər sonsuz bir dənizdir. Birinci film. Leyla (film, 1995)
== Məzmun == == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Nazim Rza İsrafiloğlu Rejissor: Nazim Rza İsrafiloğlu Mətni oxuyan: Nazim Rza İsrafiloğlu Məsləhətçi: Məzahir Abbasov Mahnının ifacısı: Flora Kərimova == İstinadlar == == Mənbə == Nazim Rza. “Üçüncü dalğanın meridianlarında”.
Göylər sonsuz bir dənizdir. İkinci film. Züleyxa (film, 1995)
== Məzmun == Azərbaycanın qəhrəman təyyarəçilərinə həsr olunan filmin ikinci hissəsində Azərbaycanın ilk qadın hərbi təyyarəçisi, aviasiya kapitanı, Bakı aeroklubunun yetişdirməsi, Jukovski adına hərbi-hava akademiyasının məzunu, İkinci Dünya müharibəsi illərində 500-ə qədər döyüş əməliyyatının bilavasitə iştirakçısı Züleyxa xanım Seyidməmmədovadan bəhs edilir. == Film haqqında == Film faşizm üzərində qələbənin 50 illiyi münasibətilə çəkilmişdir. Filmdə səslənən mahnının bəstəkarı Tofiq Babayev, sözlərin müəllifi A. Rəsuldur. Mahnını ifa edən Flora Kərimovadır. Filmdə Azərbaycan Respublikası Dövlət kino-foto-fono arxivinin və şəxsi arxiv materiallarından istifadə olunmuşdur. Film hazırlandığı zaman filmin qəhrəmanı Züleyxa xanım Seyidməmmədova dünyasını dəyişdi. Filmdə səslənən Tofiq Quliyevin bəstələdiyi və Rəşid Behbudovun ifa etdiyi "Züleyxa xanım" mahnısı məhz Züleyxa Seyidməmmədovaya həsr edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Nazim Rza İsrafiloğlu Rejissor: Nazim Rza İsrafiloğlu Operator: Nəriman Şıxəliyev Səs rejissoru: Ramiz Bağırov Rejissor assistenti: [[Sahib Heybətov Operator assistenti: Mətləb Yaqubov Montaj edən: İlham İsayev, Yafət Xeyirov, Etibar Həsənov, Elman Nəbiyev, Namiq Tağıyev, Arzu Qasımov Redaktor: Oqtay Orucov, Vüqar Tapdıqlı Məsləhətçi: Məzahir Abbasov (tarix elmləri doktoru) Aparıcı: Nazim Rza İsrafiloğlu Filmin direktoru: Məhyəddin Əsgərov Musiqilərindən istifadə edilən bəstəkar: Lüdviq van Bethoven, Arif Məlikov ("Axırıncı aşırım" bədii filmindən musiqi), Fərəc Qarayev, Tofiq Babayev, Cavanşir Quliyev Mahnı ifa edən: Flora Kərimova === Filmdə iştirak edənlər === Züleyxa Seyidməmmədova (Azərbaycanın ilk qadın hərbi təyyarəçisi) Məzahir Abbasov (tarix elmləri doktoru) Tofiq Quliyev (bəstəkar) == Çəkilişə köməklik edən qurum == "Azərbaycan Hava Yolları" Dövlət Konserninin "AZALAERO" şirkəti == İstinadlar == == Mənbə == Nazim Rza. Üçüncü dalğanın meridianlarında. Bakı:Zərdabi LTD, 2017, səh 341.
Aleksis Sançez
Aleksis Sançez (isp. Alexis Sánchez ) ― Çili futbolçusu.