Tansu

Tansu.

Tansu (箪笥?) – ənənəvi yapon sandığı. Tansu səyyar sandıq olub paltar və şəxsi əşyaları saxlamaq üçün nəzərdə tutulub. Xüsusilə, dükkançılar dükkan ləvazimatlarını, qeydləri və dəyərli əşyaları saxlamaq üçün tansudan istifadə edirdilər. Tansu anbarlarda və gəmilərdə də istifadə olunurdu.

Yaponiyada səyyar sandıqların ən qədim nümunəsi 673-cü ilə aiddir və Nara şəhərindəki Today məbədində yerləşən Şoso-in anbarında saxlanılır. "Tansu" sözü ilk dəfə XVII əsrin sonunda qeyd olunmuşdur. 1657-ci ildə Edo şəhərində baş vermiş Meyreki yanğını zamanı insanlar yanğından qaçarkən səyyar sandıqlardan istifadə etmişdirlər.[1] Bunlar tansunun ilk nümunələri hesab olunur.[1]

Tansunun istehsalı iki dövrə bölünür: Edo dövrüMeyci dövrü. Edo dövrünün tansuları sahibinin sinfini, sosial-iqtisadi vəziyyətini və işini əks etdirirdi.[1] Bu dövrdə şoqunlar öz təbəələrinə çox ciddi şəkildə nəzarət etməyə çalışırdılar.[1] Buna görə də insanlar diqqəti cəlb etməyən tansulardan istifadə edirdilər.[1] Meyci dövründə bu stabil dizayn yoxa çıxmış, müxtəlif yerli xarakteristikalar və dizaynlar yaranmışdır.[1]

1923-cü ildə baş verilmiş Kanto zəlzələsindən sonra TokioYokohamada tansulara böyük təlabat yaranmışdır. Kansay bölgəsinin tansu istehsalçıları bu təlabatı qarşılamaq üçün kütləvi tansu istehsalı ilə məşğul olmuşdurlar.[1]

Funa-dansunun kakesuzuri növü.

Əşyalardan asılı olaraq tansunun bir çox növü mövcuddur. Ça-dansu (茶箪笥?) çayçay hazırlamaq üçün istifadə olunan ləvazimatları saxlamaq üçün nəzərdə tutulmuş tansudur. Dükkançılar tərəfindən dükkanın hesabat dəftərçələrini saxlamaq üçün istifadə olunan tansu növü çoba-dansu (帳場箪笥?) adlanır. Müştərilərdə xoş təəssürat oyatmaq üçün çoba-dansuların ön hissəsinin gözəl hazırlanmasına diqqət yetirilir. Funa-dansu (舟箪笥?) Edo və Meyci dövrlərinin gəmiləri üçün hazırlanmış tansu növüdür. Funa-dansu uzunömürlü tansu növü olub ticarət gəmilərində istifadə olunurdu və gəminin kabinində yerləşdirilirdi. Funa-dansunun üç növü var: kakesuzuri (pul və möhür üçün), hanqay (geyim üçün) və çobako (qeyd və hesabatlar üçün).[1]

İşo-dansu paltar saxlamaq üçün nəzərdə tutulmuş, dəmir və lakla işlənmiş tansu növüdür. Kaydan-dansu (階段箪笥?) pilləli quruluşa malik olan, dekorativ xüsusiyyətli tansudur. Qadın paltarlarını saxlamaq üçün nəzərdə tutulmuş tansu növü kasane-dansu adlanır (ikiqat qapı sistemindən və iki bölmədən ibarətdir).[1] Yofuku-dansu Qərb üslubunda olan paltarları, va-dansu isə kimonoları saxlamaq üçün nəzərdə tutulub.[2] Katana-dansu (刀箪笥?) uzun siyirmələrə malikdir və qılıncları saxlamaq üçün istifadə olunurdu. Asan daşınması üçün yüngül materialdan hazırlanırdı və oksidləşmənin qarşısını alan ağac növündən hazırlanırdı.[1]

Tansunun ən qədim növü kuruma-dansudur. Bu tansu növü təkərli nəqliyyat vasitələri üçün nəzərdə tutulub. Kusuri-dansu (薬箪笥?) isə kiçik siyirmələrə malik olan və müalicəvi bitkiləri saxlamaq üçün istifadə olunan tansudur. Mətbəx üçün nəzərdə tutulmuş tansu növü mizuya-dansu adlanır.[1]

Tansu hazırlamaqla məşğul olan şəxs tansuya adlanır. Tansunun hazırlanması üçün istifadə olunan ağaclar birinci və ikinci dərəcəli ağaclar olmaqla iki yerə bölünür. Birinci dərəcəli ağaclara yapon kaştanı, sərv, qarağacpavlovniya aiddir. İkinci dərəcəli ağaclar yapon sidri və pavlovniya daxildir.[1] Keçmişdəki bir ənənəyə görə ailədə qız övladının doğulması münasibətilə valideynlər pavlovniya ağacı əkirdilər və bu ağacdan gəlin sandığını hazırlamaq üçün istifadə edirdilər.[2]

Bərk olduğu üçün yapon kaştanı və qarağac tansunun qapıları və siyirmələri üçün, yapon sidri, sərv və pavlovniya isə tansunun interyeri və örtükləri üçün istifadə olunur. XX əsrdən etibarən tansuya faner də tətbiq olunur. Edo dövründə dəmir bahalı olduğu üçün tansularda istifadə olunmurdu, lakin Meyci dövründə tansulara dəmir üzlüklər çəkilməyə başlanmışdır.[1]

Hikone şəhəri mizuya-dansu, Kioto, YonezavaSenday şəhərləri işo-dansu, Sado şəhəri şima-dansu, Sakay şəhəri isə çoba-dansu istehsalına görə tanınır.[1]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Walther, Anne. "6 Things You Should Know About Japanese Tansu Chests". Japan Objects (ingiliscə). 10 fevral 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2023.
  2. 1 2 Perkins. səh. 44

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]