Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Freqat
Freqat ( it. frigata ) — qaleranın bir növü olub, Aralıq dənizinə məxsus, sərbəst hərbi əməliyyat apara bilən kiçik döyüş gəmisi.
Şpaqat
Şpaqat (rus. Шпагат; ing. Split) — ayaqların bir xətt istiqamətində 180 dərəcə açılmasından ibarət olan bədən vəziyyəti. Şpaqat müxtəlif idman növlərində həyata keçirilir: rəqs, fiqurlu konkisürmə, gimnastika, aerobika, döyüş sənəti, sinxron üzgüçülük, kapoeyra, yoqa. Şpaqat dartıb genəltmə (rus. растяжка) tapşırıqlarından biridir. == Növləri == Şpaqatın iki növü mövcuddur: "eninə" (ayaqlar tərəflərə yayılması) və "uzununa" (ayaqlar irəli və geri yayılması) şpaqat. Yuxarıya şpaqatda (ing. Oversplit) ayaqlar arasındakı bucaq 180 dərəcəni keçir. == Şpaqat açmaq qaydaları == Bir çox insan şpaqat açmaq istəyir.
Berat
Berat — Albaniyada şəhər. == Tarixi == Şəhərin 2500 il tarixi olduğu deyilir. Ölkənin ən böyük şəhəri olan Berat osmanlılardan qalma tarixi bir şəhərdir. Berat şəhərindəki Osumi çayı üzərində tarixi Qoritzsa körpüsü yerləşir. Üzərində körpü salınan bu çay müsəlman və xristian məhəllələrini bir-birindən ayırır. Berat şəhəri öz evləri ilə məşhurdur. Şəhər dar küçələri ilə də məşhurdur. Eni 2 metr olan bu küçələri orijinal alban səkiləri bəzəyir. Bərat qalası sanki bir qartal yuvasını xatırladır. Yüksək bir təpə üzərində salınmış qalada bir məhəllə də salınıb.
Bərat
Berat — Albaniyada şəhər. == Tarixi == Şəhərin 2500 il tarixi olduğu deyilir. Ölkənin ən böyük şəhəri olan Berat osmanlılardan qalma tarixi bir şəhərdir. Berat şəhərindəki Osumi çayı üzərində tarixi Qoritzsa körpüsü yerləşir. Üzərində körpü salınan bu çay müsəlman və xristian məhəllələrini bir-birindən ayırır. Berat şəhəri öz evləri ilə məşhurdur. Şəhər dar küçələri ilə də məşhurdur. Eni 2 metr olan bu küçələri orijinal alban səkiləri bəzəyir. Bərat qalası sanki bir qartal yuvasını xatırladır. Yüksək bir təpə üzərində salınmış qalada bir məhəllə də salınıb.
Heqat
Heqat (Hekat) qədim Misirdə tutum və ya həcm vahidi olub 4,8 litrə bərabərdir. Kəsir hissəsi Udjat gözü əsasında tərtib edilmişdir. Onun dörddə bir hissəsi - (göz bəbəyi) "Heqatı" adlanır. Das Heqat (auch Hekat) repräsentierte im Alten Ägypten als Hohlmaß die Menge von 4,8 Litern und entspricht zugleich zehn Henu. == İstinadlar == == Mənbələr == Rainer Hannig: Großes Handwörterbuch Ägyptisch-Deutsch : (2800 - 950 v. Chr.). von Zabern, Mainz 2006, ISBN 3-8053-1771-9, S. 1320. Wolfgang Helck: Kleines Lexikon der Ägyptologie, 1999 ISBN 3-447-04027-0 S. 179f.
Segah
Segah — Azərbaycan musiqisində yeddi əsas ladlardan (məqamlardan) və yeddi əsas muğam dəstgahlarından biri. Mənası "Segah" sözü iki kökdən əmələ gəlib: farsca"se"(üç)+"gah"(mövqe,məkan,vəziyyət). Bu da Segahın üç əsas böyük hissədən (“Zabol”,“Segah” və “Hissar-müxalif”) ibarət olmasıyla əlaqədardır == Segah muğam dəstgahı kimi == Yaxın və Orta Şərq xalqları musiqisində çox işlənən 24 muğam şöbəsindən biri. Bir dəstgah olaraq segah Azərbaycanda daha geniş yayılmış muğamlardan biridir. === Segah muğamı Azərbaycan musiqisində === Yaxın və Orta Şərq ölkələri musiqisində segah yalnız tək bir növdən ibarət olduğu halda, Azərbaycan musiqisində segahın bir neçə növü var: “Orta Segah”, “Xaric Segah”, “Mirzə Hüseyn Segahı”, “Zabul Segah”, “Haşım Segahı”. Qədim qrammofon vallarında xanəndə İslam Abdullayevin oxuduğu “Yetim Segahı” variantına da rast gəlinir. Ümumiyyətlə, İ.Abdullayev bu muğamın ən mahir ifaçısı olduğuna görə xalq tərəfindən “Segah İslam” adlandırılmışdır. Onun repertuarında “Segah”ın bütün variantları səslənmişdir. “Segah” ailəsinə aid bütün muğamlar bir-birindən tonallıq (kök) etibarilə fərqlənir və “Segah” muğamı inkişaf edərək özünəməxsus tonallıq sistemi yaratmışdır: Kiçik oktavadakı "si" mayəli (Xaric Segah) Birinci oktavadakı "mi" mayəli (Orta Segah) və kiçik oktavadakı "mi" mayəli (Zabul Segah) Birinci oktavadakı "lya" mayəli (Mirzə Hüseyn Segahı) Birinci oktavadakı "re" mayəli (Yalxın Segahı) Birinci oktavadakı "sol" mayəli (Haşım Segah) Segahın variantları özünəxas xarakteri, səslənməsi, yozumu, istinad pillələrinin dəyişilməsi ilə fərqlənsiyinə görə onların dinləyiciyə bağışladığı təsir müxtəlif olur. "Azərbaycan xalq musiqisinin əsaları" monoqrfiyasında Üzeyir Hacıbəyov Segah muğamının estetik – psixoloji əhəmiyyətindən söz açarkən onun dinləyiciyə başlıca olaraq məhəbbət – sevgi bəxş etdiyini yazır.
Senat
Senat (latınca senatus, senex — qoca) — Qədim Romada ali dövlət orqanlarından biri. Patrisi nəsillərinin ağsaqqalar şurası əsasında yaranmışdı (e.ə. təqr. 6 əsr); çar yanında dövlət şurasından ibarət idi. Respublika dövründə plebeylərlə patrisilərin silki mübarizəsi (e.ə. 5–3 əsrlər) nəticəsində senatın bəzi hüquqları komissiyalara (xalq yığıncaqlarına) keçmişdi. E.ə. 3–1 əsrlərdə senatın vəzifələrinə qanun layihələrini əvvəlcədən nəzərdən keçirmək, hərbi işlərə, xarici siyasətə, maliyyə işlərinə, dövlət əmlakına və s. məsələlərə ali rəhbərlik daxil idi. Senat üzvlərinin (e.ə.
Sibqat Həkim
Sibqat Həkim (tatar. Сибгат Хәким; 4 (17) dekabr 1911, Kazan quberniyası – 3 avqust 1986, Kazan) — Sovet, tatar şairi. 1943-cü ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. Böyük Vətən müharibəsi iştirakçısı. Rafael Həkimovun atasıdır. == Bioqrafiya == Sibqat Həkim 4 dekabr 1911-ci ildə Kulle-Kimi kəndində (indiki Tatarıstan Respublikası, Ətnə rayonu, Kulle-Kiminskoye kəndində) kasıb kəndli ailəsində anadan olmuşdur. 1931-ci ildə Kazandakı işçilər fakültəsində oxumuşdur, sonra 1937-ci ildə məzun olduğu Kazan Pedaqoji İnstitutuna daxil olur. 1941-ci ildə Qırmızı Ordu sıralarına çağırılır, 1942-ci ilin mayından döyüş əməliyyatlarının iştirakçısı olur. Hərbi xidmətlərinə görə, 375-ci atıcı diviziyasının 1243-cü atıcı alayının taqım komandiri, leytenant Həkimov 1943-cü ilin avqustunda Qırmızı Ulduz ordeni ilə təltif edilmişdir. 1963-1967-ci illərdə Tatar MSSR Ali Sovetinin Rəyasət Heyətinin üzvü olmuşdur.
Sovqat (1942)
== Məzmun == Filmdə müharibə illərində arxa cəbhədə çalışan zəhmət adamlarının üzərinə düşən ağır sınaqlardan, onların döyüşçülərimizə köməyindən söhbət gedir. == Film haqqında == Filmdə rejissorların hələ 1939-cu ildə yarımçıq qoyduqları "Ayna" filminin kadrlarından istifadə edilmişdir. 1942-ci ildə iki film birləşdirilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Quruluşçu rejissor: Hüseyn Seyidzadə, Niyazi Bədəlov Ssenari müəllifi: İmran Qasımov, Ənvər Məmmədxanlı Quruluşçu operator: Əsgər İsmayılov, Seyfulla Bədəlov Quruluşçu rəssam: Əlisəttar Atakişiyev Səs operatoru: İlya Ozerski Rejissor assistenti: Məmməd Əlili Filmin direktoru: Teymur Hüseynov === Rollarda === Leyla Bədirbəyli (Leyla Cavanşirova kimi) — Ayna Ələsgər Ələkbərov — Ayaz Əzizə Məmmədova Rza Darablı Əhməd Qəmərlinski Rəşid Atamalıbəyov Mirmahmud Kazımovski Möhsün Sənani İsmayıl Əfəndiyev == İstinadlar == == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
SEAT
SEAT, İspan avtomobil istehsalçısı. 1919-da qurulan firma 1931-ci ilə qədər Fiat-Hispania adı altında satılmışdır. Şüarı "Avto Emocion"-dur.
Sega
Sega (Sega Korporasiyası yap. 株式会社セガ, Kabushiki gaisha Sega) — videooyunlar üçün proqram təminatı və aparat vasitələri yaradan transmilli (beynəlxalq) şirkətdir. Mərkəzi ofisi Tokio, Yaponiyada yerləşir. Sega-nın 1991-ci ildən talismanı olmuş Sonic onun ən məşhur personajıdır.
Seqa
Geskon — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 169 nəfərdir. == Toponimiyası == Oykonim kek/kok (Azərbaycan dilindəki goy sözü) və honi (TalıŞərq "bulaq") sözlərindən ibarət toponim kimi "goybulaq" mənasında izah olunur. Kəndin adını "birəli bulaq" kimi izah edənlər də var. Hər iki halda kənd ərazisindəki bulağın adı ilə adlandırılmışdır. == Tarixi == 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Osyedərə kənd inzibati ərazi dairəsi tərkibindəki Keskon kəndi Geskon kəndi adlandırılmışdır.
Berat Albayrak
Berat Albayrak (türk. Berat Albayrak; 1 yanvar 1978, İstanbul) — Türk iş adamı və siyasətçisi. Türkiyə hökumətində Türkiyənin Enerji Naziri və Maliyyə Naziri vəzifələrini daşıyıb. Albayrak Çalık Holdinqin rəhbəri vəzifəsində də çalışıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir. Albayrak 2015-ci ilin iyun ayında və 2015-ci ilin noyabrında keçirilən ümumi seçkilərdə Ədalət və İnkişaf Partiyasından millət vəkili olaraq Türkiyə Böyük Millət Məclisinə daxil olmuşdur. == Həyatı == Berat Albayrak 1 yanvar 1978-ci ildə İstanbulda anadan olub. Beratın atası Sadık Albayrak siyasətçi və jurnalist, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dostudur. Berat İstanbul Universitetinin Biznesin İdarəedilməsi Fakültəsini bitirib. 1999-cu ildən Çalık Holdinqdə çalışmağa başlamışdır.
Berat Delihasan
Berat Delihasan (d. 12 dekabr, 1998, Rizə, Türkiyə) — Türkiyə Birinci Liqası təmsilçilərindən olan Çaykur Rizəspor klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Türkiyəli futbolçudur. == Klub karyerası == === Rizəspor === Delihasan Çaykur Rizəspor akademiyası vasitəsilə inkişaf etmişdir. Delihasan öz peşəkar karyerasında debütünü 21 sentyabr 2017-ci ildə Nevşehirspor klubuna qarşı oyunda etmişdir. O, 85-ci dəqiqədə Brayt Edomvonyini əvəz etmişdir. Həmin görüşdə Rizəspor kubok görüşündə rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 8 fevral 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Türkiyə Superkuboku görüşləri daxildir.
Sedat Balkanlı
Sedat Balkanlı (15 yanvar 1965, İstanbul – 29 aprel 2009, İstanbul) — Türkiyə milli komandasının və "Qalatasaray"ın veteran futbolçusu. Sedat müdafiəçi olsa da, başla vurduğu qollarla ad-san qazanıb. Komanda yoldaşları ona "qızıl baş" ləqəbini veriblər. 1994/95 mövsümündə "Qalatasaray"ın heyətində hər 8 qola başla imza atıb. Balkanlı peşəkar futbolçu karyerasında "Qaziosmanpaşa", "Konyaspor", "Bursaspor", "Eskişeherspor" və "Fənərbaxça"nın da şərəfini qoruyub. Onun ölümünə milyon nəfərdə bir rast gəlinən dəhşətli əsəb xəstəliyi (ALS) səbəb olub. Sedat bu əlacsız xəstəliyə 1997-ci ildə, 32 yaşında ikən düçar olub. Həmin vaxt həkimlər onun maksimum 2 il yaşaya biləcəyi barədə rəy veriblər. Əsəb xəstəliyi ilə mübarizə aparan Sedatın vəziyyəti tədricən pisləşməyə başlayıb. O, öncə danışmaq, daha sonra yerimək qabiliyyətini itirib.
Sedat Peker
Rəis Sedat Pekər (türk. Reis Sedat Peker; 1 dekabr 1970, Adapazarı[d]) — Türk mafiya lideri. 2021-ci ildən başlayaraq türk siyasətçilərini və hökumətlə əlaqəli insanların təsdiqlənməmiş, qeyri-qanuni hərəkətlərini əvvəlcə öz "YouTube" kanalı, sonra da Tvitter vasitəsilə ifşa etməyə başlayıb. O, özünü türkçü və turançı kimi təqdim etmişdir.
Sedat Pekər
Rəis Sedat Pekər (türk. Reis Sedat Peker; 1 dekabr 1970, Adapazarı[d]) — Türk mafiya lideri. 2021-ci ildən başlayaraq türk siyasətçilərini və hökumətlə əlaqəli insanların təsdiqlənməmiş, qeyri-qanuni hərəkətlərini əvvəlcə öz "YouTube" kanalı, sonra da Tvitter vasitəsilə ifşa etməyə başlayıb. O, özünü türkçü və turançı kimi təqdim etmişdir.
Segah İslam
İslam Əbdül oğlu Abdullayev və ya Segah İslam (dekabr 1876, Şuşa – 22 sentyabr 1964, Bakı) — Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndələrindən biri, Azərbaycan SSR əməkdar artisti (1949). == Həyatı == Abdullayev İslam Əbdül oğlu 1876-cı ilin dekabr ayında Şuşa şəhərində anadan olmuş, Şuşa şəhər məktəbində təhsil almışdır. Azərbaycanın musiqi tarixində İslam Abdullayev "Segah" muğamının təkrarsız ifaçısı kimi tanınmışdır. 1883-cü ildə Şuşada "Xanəndələr məclisi" yaratmış musiqişünas alim Mir Möhsün Nəvvab İ. Abdullayevi bu məclisə dəvət edir. Beləliklə, o, Mir Möhsün Nəvvab, Hacı Hüsü, Məşədi İsi, Mirzə Muxtar Məmmədov, Dəli İsmayıl, Keştazlı Həşim kimi sənətkarlardan dərs almış, Sadıqcanın müşayiəti ilə ifalar etmişdir. İslam Abdullayevin ilk "Segah" ifası Sadıqcanın oğlunun toyunda olmuş, həmin ifadan sonra şöhrəti yayılmışdır. 1901–1905-ci illərdə tarzən Qurban Pirimovla birlikdə Qarabağ və Gəncə məclislərində çıxış etmişdir. Xanəndə uzun illər Azərbaycan Dövlət Estradasının solisti olur. "Segah" muğamını və onun bütün variantlarını – "Zabul-Segah", "Mirzə Hüseyn segahı", "Orta Segah"," Xaric Segah" muğamlarını xüsusi bir şövq və məharətlə oxuduğuna görə xalq tərəfindən "Segah İslam" adlandırılmışdır. 1910–1915-ci illərdə "Sport-Rekord" və "Ekstrafon" səsyazma şirkətləri tərəfindən "Segah", "Bayatı-Qacar", "Şahnaz", "Şüştər" muğamları və bir sıra təsniflər İslam Abdullayevin ifasında qramofon vallarına yazılmışdır.
Seqay (Vərzəqan)
Seqay (fars. سقاي‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 869 nəfər yaşayır (187 ailə).
Sədat Bucaq
Sədat Edib Bucaq (31 oktyabr 1960, Sivərək[d], Şanlıurfa ili) — TBMM XIX, XX, XXI dönəm Şanlıurfa DYP Millət vəkili. Bucaq tayfası mənsubudur. Evli və 3 uşaq atasıdır. 3 noyabr 1996-cı ildə Balıkəsir ili, Susurlukda keçirdiyi qəza ilə, Susurluq Qəzası olaraq bilinən hadisənin baş qəhrəmanlarından biri olmuşdur. Türkiyə Böyük Millət Məclisi Ümumi Qurulunda 11 dekabr 1997-də toxunulmazlığı qaldırılan Sədat Edib Bucaq haqqında Baş prokurorluq, qiyabi həbs qərarıyla axtarılan Abdullah Çatlının yerini bildiyi halda səlahiyyətli mərcilərə xəbər verməyərək saxlamaq, cinayət törətmək məqsədiylə təşəkkül meydana gətirmək və dəhşətli xüsusiyyətdə silah saxlamaqda günahlarından, 11 ildən 20 ilə qədər ağır həbs istəyiylə iddia açılmışdır. Susurluk İddiası daxilində cinayət törətmək üçün təşəkkül meydana gətirmək günahından haqqında verilən bəraət qərarı Yargıtay tərəfindən pozulan DYP köhnə Millət vəkili Sədat Edib Bucaq, daha sonra dövlət sirri səbəbiylə açıqlamadığı bəzi məlumat və şəkilləri məhkəməyə təqdim etmişdir. Yargıtay 8. Cəza Dairəsin tərəfindən haqqındakı 1 il 15 gündəlik həbs cəzası təsdiqlənilmişdir. 22 iyul 2007 seçkilərində Demokrat Partiyanın (DP) Şanlıurfadan 1. sıra millət vəkili namizədi olan Sədat Edib Bucağın adı, ən son Ankara-Çankayadakı lüks restoran, bar və iş yeri sahibi və çalışanlarını silahla təhdid edərək çıxar təmin etdikləri iddia edilən kəslərə istiqamətli təşkil edilən "Kaldırım(Səki)" əməliyyatına qarışmış olub, ədliyyəlik olaraq mətbuatda yer almış, daha sonra bunu "sui-qəsd" olaraq açıqlamışdır.
Səqit (Arxangel)
Səqit (başq. Сәғит, rus. Сагитово) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Krasnokurt kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 30 km, kənd sovetliyindən (Şakir): 3 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 32 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (73%) üstünlük təşkil edir.
Səğit (Xaybulla)
Səğit (başq. Сәғит) — Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Makan kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Səğit kəndinin milli tərkibi: başqırdlar 100 % == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 30 km., kənd sovetliyindən (Makan): 18 km ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 88 km. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Uri Seqal
Uri Seqal (ivr. ‏אורי סגל‏‎; 7 mart 1944, Qüds) – İsrail dirijoru. == Karyerası == 1944-cü ildə Qüds şəhərində doğulmuşdur. Qüds şəhərində yerləşən Rubin konservatoriyasında skripka çalmağı və dirijorluğu öyrənmişdir. 1966–69-cu illərdə Londonun Qildholl Musiqi Məktəbində dirijorluq təhsili almışdır. 1969-cu ildə Nyu-Yorkda baş tutan Dimitris Mitropulos Dirijorluq Müsabiqəsində ilk mükafatını qazanmış və müsabiqə nəticəsində Nyu-York Filarmonik Orkestrında Leonard Bernstaynın köməkçi dirijoru olmuşdur. 1970-ci illərdən etibarən Avropa və Amerika ölkələrinə səyahət edərək müxtəlif orkestrlarda dirijorluq etməyə başlamışdır. 1971-ci ildə Kardiff şəhərində BBC-nin Uels Milli Orkestrı və İngilis Kamera Orkestrı, 1972-ci ildə isə Çikaqo Simfonik Orkestrında dirijorluq etmişdir. 1973-cü ildə Ştutqart şəhərinin Cənubi Alman Radio Orkestrının daimi qonaq qismində çıxış edən dirijoru olmuşdur. 1980–83-cü illərdə Bornmut Simfonik Orkestrının baş dirijoru, 1981–85-ci illərdə isə Almaniyanın Macarıstan filarmoniyası orkestrının musiqi direktoru və baş dirijoru kimi fəaliyyət göstərmişdir.
Şatan Boqat
Romen Qari (əsl adı Roman Katsev (Roman Kacew), təxəllüsü Emil Ajar (Émile Ajar); 21 may 1914, Vilnüs, Rusiya imperiyası – 2 dekabr 1980[…], VII arondisman (Paris), Fransa) — yəhudi əsilli fransız yazıçısı, kinorejissor, ssenarist və diplomat. İkinci dünya müharibəsi dövründə hərbi pilot olmuşdur. İki dəfə Qonkur mükafatı laureatı olan yeganə şəxsdir (1956, 1975). == Həyat və yaradıcılığı == Əsl adı Roman Katsev olan yazıçı 8 may 1914-cü ildə Rusiya imperiyasının Vilna şəhərində (indiki Vilnüs, Litva), yəhudi ailəsində dünyaya gəlmişdir. Üç yaşında ikən ailəsi ilə birlikdə Varşavaya köçür. Atası Arye-Leyb Katsev 1925-ci ildə ailəni tərk edir və yenidən evlənir. Bu vaxtdan etibarən Roman anası Nina Ovçinski tərəfindən tərbiyə olunur. 1928-ci ildə o, anası ilə Fransaya, Nitsa şəhərinə köçür. Bu dövrdə Eks-an-Provans və Paris şəhərlərində hüquq təhsili alır və eyni zamanda hərbi pilot olmağa hazırlaşır. İkinci dünya müharibəsi dövründə Roman Böyük Britaniyaya gedir və Şarl de Qoll tərəfindən yaradılan müqavimət hərəkatına qoşulur.
Ənvər Sədat
Məhəmməd Ənvər əs-Sadat (ərəb. محمد أنور السادات‎ Muḥammad ʾAnwar as-Sādāt; 25 dekabr 1918[…], Mit Əbülkövm, əl-Minufiyyə mühafəzəsi[d], Misir sultanlığı[d] – 6 oktyabr 1981[…], Qahirə) — Misir hərbi və dövlət xadimi, Misirin 3-cü prezidenti (1970-1981), marşal (1973). Nobel Sülh mükafatı laureatı (1978). 1978-ci ildə İsraillə Kemp-Devid sülh müqaviləsini imzalamış və ərəb dünyasında kəskin etirazlarla qarşılanmışdır. == Həyatı == Ənvər Sadat 1918-ci il 25 dekabrda, əl-Minufiyyə şəhərinin Mit Əbülkövm kəndində doğulmuşdur. Orta təhsilini bitirdikdən sonra hərbi məktəbə daxil oldu. 1938-ci ildə Hərbi Akademiyanı bitirdi.