Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Berat Albayrak (türk. Berat Albayrak; 1 yanvar 1978, İstanbul[1]) — Türk iş adamı və siyasətçisi. Türkiyə hökumətində Türkiyənin Enerji Naziri və Maliyyə Naziri vəzifələrini daşıyıb. Albayrak Çalık Holdinqin rəhbəri vəzifəsində də çalışıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir. Albayrak 2015-ci ilin iyun ayında və 2015-ci ilin noyabrında keçirilən ümumi seçkilərdə Ədalət və İnkişaf Partiyasından millət vəkili olaraq Türkiyə Böyük Millət Məclisinə daxil olmuşdur.
Berat Albayrak | |
---|---|
türk. Berat Albayrak | |
10 iyul 2018 – 10 noyabr 2020 | |
Əvvəlki | Naci Ağbal |
Sonrakı | Lütvi Əlvan |
24 noyabr 2015 – 9 iyul 2018 | |
7 iyun 2015 – 9 iyul 2018 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 yanvar 1978 (46 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi, iş adamı |
Həyat yoldaşı |
|
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
Vikianbarda əlaqəli mediafayllar |
Berat Albayrak 1 yanvar 1978-ci ildə İstanbulda anadan olub. Beratın atası Sadık Albayrak siyasətçi və jurnalist, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir. Berat İstanbul Universitetinin Biznesin İdarəedilməsi Fakültəsini bitirib.
1999-cu ildən Çalık Holdinqdə çalışmağa başlamışdır. 2002-ci ildə holdinqin Amerika şöbəsinin Baş Maliyyə Direktoru vəzifəsinə təyin edilmişdir. Berat Albayrak ABŞ-dən 2006-cı ildə Türkiyəyə geri dönmüşdür. Kadir Has Universitetinin bank və maliyyə şöbəsində doktorluq dərəcəsini almışdır. Elmi mövzusu "Bərpa olunan enerji mənbələri və elektrik enerjisi istehsalında maliyyələşmə" adlı dissertasiya olmuşdur.[2]
Bir il sonra Albayrak Çalık holdinqin prezidenti təyin edildi.[3][4] Berat Albayrak bu vəzifədə 2013-cü ilin sonuna qədər çalışmışdır.[5]
Albayrak eyni zamanda qrupiçi şirkətlərdə direktorlar şurasının üzvü kimi fəaliyyət göstərmişdir. 2013-cü ilin sonunda özəl sektordan ayrılan və Sabah qəzetində köşə yazarı olaraq çalışan Albayrak, Mərmərə Universitetində bank və maliyyə mövzularında mühazirələr oxumuşdur.[6] Eyni zamanda o, bir çox qeyri-hökumət təşkilatında müxtəlif vəzifələrdə də çalışmışdır.[7]
Berat Albayrak 2015-ci ildə Ədalət və İnkişaf Partiyasından Böyük Millət Məclisinin üzvü seçilmişdir. Həmin il noyabrın 24-də Əhməd Davudoğlunun Baş nazirliyi dövründə qurulan 64-cü hökumətdə Enerji Naziri təyin edilmişdir.[8] Bu vəzifəsini Binəli Yıldırımın qurduğu 65-ci Hökumətdə də davam etdirmişdir. Bu vəzifədə 2018-ci ilin iyul ayına qədər çalışmışdır. 2018-ci il iyulun 10-daqurulan 66-cı Hökumətdə Berat bəy Maliyyə Naziri portfelini almışdır. 12 sentyabr 2018-ci il tarixli Rəsmi Qəzetdə yayımlanan prezident qərarı ilə Türkiyə Sərvət Fondunun vitse-prezidenti oldu.[9]
2020-ci il noyabrın 8-də İnstaqram hesabında istefası ilə bağlı status yayımlandı. Statusda o, 2018-ci ildən başlayaraq həm samğlamlıq problemləri, həm də ailəsi ilə vaxt keçirmək istədiyi üçün xəzinə və maliyyə naziri vəzifəsindən istefa etdiyini açıqladı. Əvvəlcə bu xəbər cəmiyyət tərəfindən inamsızlıqla qəbul edildi, ancaq ertəsi gün rəsmən təsdiqləndi.[10] Albayrakın istefası və Naci Ağbalın istefasından əvvəl Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının sədri vəzifəsinə təyin edilməsi, birjalarda Türk lirəsinin məzənnəsindəki dəyərini artıran amillər olaraq qəbul edildi. İstefasından sonra olan dəyişikliklər iqtisadçılar tərəfindən Türk lirası üçün müsbət inkişaf kimi qiymətləndirildi.[11][12][13][14][15] Albayrakın istefa qərarı 25 saat sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edildi və yerinə Lütfi Elvan təyin edildi. Berat bəy 27 noyabr 2020-ci ildə Sərvət Fondundakı vəzifəsindən istefa etdi.[16][17][18]
Maliyyə və xəzinə naziri Berat Albayrak və model Özge Ulusoyun dənizdə gəmidə birlikdə olduğu fotosu yayımlanmışdı. 22 iyun 2019-cu ildə Türkhane adlı səhifə tərəfindən Facebooka yüklənən fotoşəkil təxminən 200 istifadəçi tərəfindən paylaşıldı. Daha sonra, fotonun montaj olduğu ortaya çıxdı və 2017-ci ildə qeydə alınan orijinal fotoşəkildə ABŞ müğənnisi Selena Gomez və The Weeknd kimi tanınan sevgilisi Abel Makkonen Tesfaye yer aldığı məlum oldu.[19]
Berat Albayrak, 2018-ci ildə nazir təyin edildiyi gündən başlayaraq müxtəlif tənqidlərlə qarşılaşdı. Albayrakın xəzinə və maliyyə naziri vəzifəsinə təyin olunmasının maliyyə dairələrini narahat etdiyinə və bir siyasətçinin əlində həddindən artıq gücün cəmləşməsindən narahatlıq doğurduğu şərhləri eşidildi.[20][21]
Mətbuatda Albayrakın xəzinə naziri olaraq beynəlxalq investorlara və sektor nümayəndələrinə təqdimatlarının inandırıcı olmadığı ilə bağlı tənqidlərə rast gəlinirdi.[22]
"Cümhuriyyət" qəzetində Berat Albayrakın "Kanal İstanbul" layihəsinin keçəcəyi ərazidə təxminən 13 dekar ərazi aldığı və bu satınalmanın 2011-ci ildə elan edildiyi layihədən bir il sonra baş verdiyi barədə xəbər yayımlandı. "Damat işi bilir" başlığı ilə yayımlanan xəbərdə, hazırda tarla kimi görünən ərazinin Ətraf və şəhərsalma üzrə Nazirliyinin "Kanal İstanbul" üçün hazırladığı baş plandakı "yaşayış sahəsi" sərhədləri içində olduğu da bildirildi.[23]
Albayrakın vəkili mövzu ilə bağlı verdiyi açıqlamada bu sözləri demişdir: Nazir Albayrakın atası Sadik Albayrakın 2003-cü ildə satın aldığı kənd sənədi olan ərazidə 1 balaca ev var. Sözügedən əraziyə bitişik olan başqa bir torpaq sahəsi 2012-ci ildə sahibi tərəfindən satışa çıxarıldıqda, Berat Albayrak tərəfindən xaricilərin almayacağı düşüncəsi ilə imkanı olan hər hansı bir vətəndaşın edə biləcəyi adi bir alış ilə satın alınıb".[24]
Berat Albayrak, bu iddianı irəli sürən xəbərlərə və saytlara qarşı məhkəmə prosesi başlatdı. İstanbul Anadolu Barış 7-ci Barış Ceza Hakimliyi Berat Albayrakı haqlı olaraq tapdı. Xəbər saytlarında bu məlumatın silinməsi qərarı verildi.[25] Eyni qərar çərçivəsində, Berat Albayrakın cizgi filminin yer aldığı "Leman" jurnalının üz qabığına giriş qadağası qoyuldu. Bu xəbəri verən "Cumhuriyet" müxbiri Hazal Ocak barəsində "bir dövlət məmurunu təhqir etmək" iddiası ilə istintaq başladıldı.[26] Haberi yapan Cumhuriyet muhabiri Hazal Ocak hakkında da "kamu görevlisine hakaret" iddiasıyla soruşturma başlatıldı.[27]
Müraciət günü İstanbul Barış 7. Cinayət Hakiminin qərarına Berat Albayrakın siyasi təsiri iddiaları səsləndirildi. Berat Albayrak, bu iddialara qarşı məhkəməyə müraciət etdi. İstanbul 8. Barış Ceza Hakimliyi, Berat Albayrakın haqlı olduğu qəraı verdi. Bu haqda məlumat verən xəbər saytlarına girişi bağladı.[28]
Berat Albayrak Trabzona səfəri zamanı "Trabzonspor"un yeni mövsüm formasını hədiyyə olaraq təqdim etdiyi zaman, "Yalnız bu forma 2010–2011 mövsümünün forması idi. Yəni çempionun mövsümün formaları!" — ifadəsini işlətmişdir. "Fənərbaxça" ictimaiyyəti bu açıqlamaya reaksiya göstərərək bunun 2011-ci il türk futbolu ilə bağlı saxtakarlıq iddiasına işarə olduğunu və Trabzonsporun 2010–2011 mövsümünün çempionu olduğunu iddia etdi.[29] "Fənərbaxça" azarkeşləri Berat Albayrakın 2016-cı ildəki bir çıxışında "Trabzonspor"dan beş nazirimiz var. Bizi tanıyanlar bilir. Trabzon və "Trabzonspor" üçün pərdə arxasında nə qədər çalışdığımızı bilirik" — ifadəsini siyasət və futbol konteksində gizli münasibətlər kimi şərh etdi.
Berat Albayrakın qardaşı Serhat Albayrakın rəhbərlik etdiyi "Turkuvaz" Media Group-a məxsus A Haber və A Spor kanallarının qərəzli yayımlandığını iddia edən azarkeşlər "A Spor çölə!" şüarlar səsləndirməyə başladı.[30] Berat Albayrakın atası Sadik Albayrak, 2017-ci ildə "Trabzonspor" şurası iclasında "İndi rəhbərlikdən soruşuram ki, bu stadionu kimə inşa etdirmisiniz? Bu reklamı sizin üçün kim alıb? Heç kim sənə borc vermədiyi halda, milli banklardan yeni bir kredit aldınız, harada xərclədiniz onu"? — dediyi video yenidən gündəmə gəldi. "Fənərbaxça" "Alanyaspor" ilə 1–1 bərabərə qaldığı oyunda azarkeşlər "Damat istefa!" şüarları səsləndirdilər.[31]
Qlobal Paradise Papers istintaqı ilə əlaqədar olaraq, Albayrak 2018-ci ildə jurnalist və Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun üzvü Pelin Ünker və onun yazılarını nəşr etdirdiyi "Cümhuriyyət" qəzetinə qarşı böhtan iddiaları ilə məhkəməyə müraciət etdi. Məhkəməyə müraciətin səbəbi qəzetin 2017-ci ilin noyabr ayında siyasətçilərin, transxmilli şirkətlər vasitəsi ilə Albayrak tərəfindən idarə olunan Çalık Holdinq və Albayrakın qardaşı Serhat Albayrak da daxil olmaqla qara pul gizlətdikləri və vergilərdən necə yayındıqları barədə mexanizm sxemi dərc edilmişdi. Berat Albayrak məhkəmədən qəzetin və müxbirin onun siyasi nüfuzuna ziyan vurduğuna görə maddi təzminat tələbi irəli sürmüşdü.[32]
Berat Albayrak 2004-cü ilin iyul ayında Esra Ərdoğanla ailə həyatı qurmuşdur.[5]. Onların dörd[10] övladı var: Axmet Akif (2006), Emine Makhinur (2009), Sadyk (2015)[33] və Həmzə Salih (2020).