Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Simuşir
Simuşir adası — Kuril adalarına daxil olan Böyük Kuril cərgəsinə aid ada. İnzibati cəhətdən Saxalin vilayəti Kuril şəhər dairəsinə daxildir. Adada hazırda yaşayış yoxdur. == Yerləşməsi və təbiəti == Simuşir adası şimal-şərqdən cənub-qərbə 59 km məsafədə uzanır. Adanın eni 4 – 15 km arasında dəyişir, orta eni isə 11 km-dir. Adanın sahəsi 353 km²-dir. Maksimal hündürlüyü 1539 metrdir (Miln dağı). Fajtiki olaraq ada üç vulkanın əmələ gətirliyi dağ massivlərinin birləşməsindən əmələ gəlmişdir. Bu dağ massivləri bərzəxlərlə birləşirlər. Adada 3 vulkan vardır: Prevo vulkanı (1360 m), Zavariski vulkanı (625 m), Qoryaşaya Sopka (873 m).
Şinus
Şinus (lat. Schinus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinə aid bitki cinsi.
Nataliya Sinişin
Nataliya İqorevna Sinişina (3 iyul 1985, Sosnovka[d], Lvov vilayəti) — 2005–2014-cü illərdə Ukraynanı, 2014–2017-ci illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi. Nataliya Sinişin 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında bürünc medal medala sahib olub. Nataliya Sinişin həmçinin 2006-cı ildə Çində, 2007-ci ildə isə Azərbaycanda baş tutan Dünya Çempionatlarının bürünc medallarına sahib olub. Nataliya Sinişin həmçinin üç dəfə — 2009, 2012 və 2016-cı illərdə Avropa Çempionatlarının qalibi olub. 2015-ci ildə Azərbaycanda I Avropa Oyunlarının bürünc medalına sahib olan Natali Sinişin həm də 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının da gümüş medalına sahib olub. Nataliya Sinişib Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə, 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən isə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib. == Həyatı == Nataliya Sinişin 1985-ci il iyulun 3-də Lvov şəhərində anadan olub. 1998-ci ildən güləşlə məşğul olur. Ali təhsilini Odessa şəhərində Milli Pedaqoji Univeirsitetdə alıb. Nataliya Sinişin 2013-cü ildə Gürcüstan güləşçisi Malxaz Kurdiani ilə evləndi.
Sanusi Lamido
Sanusi Lamido — Nigeriya Mərkəzi Bankının rəhbəri 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona yüksək qiymət olan, "B+" qiymətini vermişdir. 2023-cü ilin avqustunda, Nigerdə dövlət çevrilişindən sonra böhran zamanı o, çevrilişçilərlə vasitəçilik etmək üçün Niameyə getdi və xüsusilə Abdurahamane Tchiani ilə görüşdü. O, yaxın dostu olduğu Nigeriya prezidenti Bola Tinubuya onlardan mesaj göndərmək istədiyini bildirir. Bununla belə, o, "hökumət emissarı" kimi fəaliyyət göstərmədiyini iddia edir.[1].
İbrahim Şinasi
İbrahim Şinasi (1826 - 13 sentyabr 1871) — Osmanlı dövləti zamanında İstanbul şəhərində doğulan jurnalist, şair və dramaturq. Şinasi XIX əsr yeni türk ədəbiyyatının yaradıcılarındandır. O, eyni zamanda Türkiyədə jurnalistikanın qabaqcıl nümayəndələrindən, fransız dilindən olunan mənzum tərcümələrin, ilk səhnə əsərlərinin müəlliflərindən biridir. == Həyatı == İbrahim Şinasi 1824-cü ildə İstanbul ətrafında yerləşən Topxanada anadan olmuşdur. Atası 1828-ci ildə rus-türk müharibəsində həlak olmuşdur. Bundan sonra ailənin bütün qayğısını çəkmək Şinasinin anasının üzərinə düşür. O, oğlunun təhsilinə xüsusi maraq göstərir. Buna görə də İbrahimi Topxanadakı məhəllə məktəbinə qoyur. Təhsilini başa vurduqdan sonra atasının dostları Şinasini Topxanada dövlət dairələrindən birində yazı işləri bürosuna işə düzəldirlər. Bura avropasayağı bir yer idi.
Püstəyarpaq şinus
Püstəyarpaq şinus (lat. Schinus terebinthifolia) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin şinus cinsinə aid bitki növü. == Arealı == Vətəni Cənubi-Şərqi Braziliya, Şimali Argentina və Paraqvaydır. ABŞ-in cənub ştatlarında, Avstraliyada, Yeni Zelandiyada, Cənubi Çində, Cənubi Afrikada, Sakit okean və Karib dənizinin adalarında yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 7–10 m olan, şaquli budaqlı kiçik ağacdır. Qısa, güclü budaqlı gövdəsi vardır. Yarpaqları uzunsov lansetvari, lələkvari, uzunluğu 10-22 sm-dir, 3-15 xırda yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları oval formalı, uzunluğu 3-6 sm, eni 2-3,5 sm, kənarları dişlidir. Xırda, ağ, çiçəkləri süpürgələrə yığılmışdır. Yumru giləmeyvəlidir, diametri 4–5 mm-dir, 1 toxumludur, qırmızı rənglidir.
Sallaq şinus
Sallaq şinus (lat. Schinus polygama) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin şinus cinsinə aid bitki növü. == Arealı == Peru, Cənubi Braziliya, Uruqvay, Argentina və Çilidə təbii halda yayılmışdır. == Botaniki təsviri == 1-3 m hündürlükdə ağac və ya koldur. Yarpaqları növbəli, sadə, təxminən dərili, lansetvari və ya uzunsovdur. Çiçək qrupları qoltuqda, çiçəkləri sarımtıl, diametri təxminən 0,5 sm, 4-5 ədəd kasayarpaqlı və ləçəklidir. Meyvələrinin diametri 0,3 sm, bənövşəyi və ya qara, yumru giləmeyvəlidir. Toxumla çoxaldılır. == Ekologiyası == Şaxtaya və quraqlığa davamlıdır. == Azərbaycanda yayılması == Abşeronda, Mərdəkan dendrarisində və Mərkəzi Nəbatat Bağında becərilir.
Sinus (triqonometriya)
Koordinat başlanğıcından verilmiş bucaq istiqamətində buraxılmış şüanın, mərkəzi koordinat başlanğıcında yerləşmiş vahid çevrəni kəsdiyi nöqtənin kordinatına həmin bucağın Sinusu deyilir.
Yumşaq şinus
Yumşaq şinus (lat. Schinus molle) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin şinus cinsinə aid bitki növü. == Sinonimləri == Schinus angustifolia Sessé & Moc. Schinus bituminosus Salisb. Schinus huigan Molina Schinus molle var. argentifolius Marchand Schinus molle var. huigan (Molina) Marchand Schinus molle var. huyngan (Molina) March. Schinus molle var. molle Schinus occidentalis Sessé & Moc.
İnuit xalqı
İnuitlər və ya Kanada İnuitləri - hindu xalqlarından olan, Kanadada Arktik regionda yaşayan etnos.
Sinus taxikardiyası
Sinus taxikardiyası — sinoatrial düyündən yaranan elektrik impulslarının sürətinin artması ilə xarakterizə olunan yüksəlmiş sinus ritmi. Yetkinlərdə sinus taxikardiyası dəqiqədə 100-dən çox ürək dərəcəsi kimi müəyyən edilir. İnsanın istirahət zamanı ürək dərəcəsi dəqiqədə 60-90 döyüntüdür. Ürək qanla tam dolmur və qan axınının pozulması baş verir. Normal ürək döyüntüsü yaş və fiziki hazırlıq səviyyəsindən asılıdır: körpələrdə daha yüksək ürək döyüntüsü (dəqiqədə 110-150 vuruş), yaşlı insanlar isə daha aşağı olur. Sinus taxikardiyası, bədənin daha yüksək enerji və oksigen ehtiyaclarını ödəmək üçün ürək döyüntüsünün artdığı yükə normal cavabdır, lakin sinus taxikardiyası da sağlamlıq problemini göstərə bilər. Beləliklə, sinus taxikardiyası həm fizioloji həm də patoloji ola bilər. == Simptomları == Taxikardiya çox vaxt simptomsuz keçir. Bu, əsas xəstəlik vəziyyətinin nəticəsidir və xəstəliyin şiddətinin göstəricisi ola bilər. Ürək dərəcəsi çox yüksək olarsa, mədəciklərin qanla doldurulma müddətinin nəzərəçarpacaq dərəcədə azalması səbəbindən ürək döyüntüsü azala bilər.
Pilonidal sinus
Pilonidal xəstəlik — adətən ombanın yanları arasında və tez-tez yuxarı ucunda bir kist şəklində meydana gələn bir dəri infeksiyası növüdür. == Pilonidal sinus == Pilonidal sinus və ya dermoid sist, türk ədəbiyyatında qıl dönməsi büzdüm nahiyəsində dəriyə açılmış bir və ya bir neçə ədəd dəlik, dəlik(lər) ətrafı bölgədə qızartı, iltihab, şiş və ya abses tipində təzahür edən xəstəlikdir.
Mark Minusi Feliks
Minúsius Féliks (lat. Marcus Minucius Felix, ö. 210) — latındilli apologetikasının nümayəndəsi, Roma vəkili idi. == Apologetikası == Təqribən 180—192 illər arası dialoqlar üslubunda yazılmış "Oktavius" adlı apologetik əsərin yazarı idi. Bu kitab üslub baxımından Siseronun dialoqlarına bənzəyir. Burada söhbət bütpərəstlik və Xristianlıqdan gedir. Bu əsər, II yüzillikdə Xristianlıqla antik dünyagörüşünün arasında gedən polemikanın əsas məqamlarına toxunduğuna görə, çox böyük önəm daşıyır. Dioloq bütpərəst Sesilius (Cecilius) və xristian Oktaviusun arasında Minusius Feliksin iştirakı ilə gedir.. Sesilius, insan idrakının həqiqəti əks etdirməyə qadir olmadığını əsas gətirərək, xristianları qınayır. O deyir ki, xristianların əksəriyyəti savadsız adamlar olduğu halda, onlar ən ali kateqoriyalar olan Tanrıdan, taledən, dünyanın yaranmasından söhbət açırlar və bunlarla bağlı problemləri həll etmək iddiasındadırlar.
Les amants de minuit
Les amants de minuit (azərb. Gecəyarı aşiqləri‎)— Lüksemburqun 1956-cı ildə Avroviziyada təmsil olunduğu mahnı. Mişel Arnaud fransız dilində ifa etmişdir. 1956 Avroviziya Mahnı Müsabiqəsinin səsvermə nəticələri açıqlanmadığı üçün bu mahnının topladığı xal və tutduğu yer məlum deyil. Mahnının sözləri Yaquez Lassriyə, musiqisi isə Simone Laurensinə məxsusdur.