Sallaq şinus

Sallaq şinus (lat. Schinus polygama) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin şinus cinsinə aid bitki növü.

Sallaq şinus
Elmi təsnifat
Beynəlxalq elmi adı

Arealı[redaktə | mənbəni redaktə et]

Peru, Cənubi Braziliya, Uruqvay, ArgentinaÇilidə təbii halda yayılmışdır.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

1-3 m hündürlükdə ağac və ya koldur. Yarpaqları növbəli, sadə, təxminən dərili, lansetvari və ya uzunsovdur. Çiçək qrupları qoltuqda, çiçəkləri sarımtıl, diametri təxminən 0,5 sm, 4-5 ədəd kasayarpaqlı və ləçəklidir. Meyvələrinin diametri 0,3 sm, bənövşəyi və ya qara, yumru giləmeyvəlidir. Toxumla çoxaldılır.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Şaxtaya və quraqlığa davamlıdır.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Abşeronda, Mərdəkan dendrarisindəMərkəzi Nəbatat Bağında becərilir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Yaşıllaşdırmada, canlı çəpərlərin salınmasında, tək əkinlərdə istifadə edilə bilər.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]