Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şamozit
Şamozit (Fe2+, Mg, Fe3+)5 Al (Si3 Al) O10 (OH,O)8 — Monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Bavalit (dafnit) – mineralın maqnezial növ müxtəlifliyi. == Xassələri == Rəng – yaşılımtıl - tünd-bozdan qarayadək; Mineralın cizgisinin rəngi – yaşılımtıl-boz; Parıltı – tutqun, şüşə; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 3,0-3,4; Sərtlik – 2-3; Kövrəkdir; Ayrılma – {001} üzrə tam mükəmməl; Sınıqlar – qeyri-hamar, tikanlı; Morfologiya – mineral aqreqatları: konsentrik-zonal quruluşlu oolitlər, radial-vərəqli, bütöv sıx, bəzən torpaqvari kütlələr. == Mənşəyi və yayılması == Çökmə mənşəli süxurların tipik mineralı olaraq, gilli laterit çöküntülərində və çökmə dəmir filizi yataqlarında, habelə qumdaşlarında sement şəklində rast gəlir. Birlikdə rast gəldiyi minerallar: dəmir sulfidləri, siderit, tyüringit, kaolinit. Mineralın tapıldığı yerlər: Lotaringiya (Fransa); Şamozon (İsveçrə); Tyüringiya (Almaniya); Uralda Xəlilov yatağı, Serov, Alapayev, Ayat rayonları (Rusiya) və b. Azərbaycanda bir sıra çökmə mənşəli dəmir filizi obyektlərinin yerləşdiyi Daşkəsən və Şəmkir rayonlarının titanlı-maqnetitli qumdaşlarında və Naxçıvan MR-nın boksitlərində qeyd edilir. == Tətbiqi == Kütləvi yığınları dəmir almaq üçün xammal kimi istifadə edilir. == İstinadlar == == Xarici keçidlər == The Mineral Chamosite == Mənbə == Azərbaycan mineralları.
Sammit gölü
Sammit gölü (ing. Summit Lake) — Kanadanın Alberta əyalətində, Uoterton Gölləri Milli Parkında, Kameron gölünün yuxarısında, Alderson-Kartyu cığırının yaxınlığında yerləşən göl. Göl Kartyu və Kuster dağlarının arasındakı keçiddə yerləşir.
Samit İmanov
Samid Gülağa oğlu İmanov (14 oktyabr 1981, Həsənabad, Neftçala rayonu – 4 aprel 2016, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin mayoru, Aprel döyüşləri şəhidi və Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == Samid Gülağa oğlu İmanov 14 oktyabr 1981-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində Gülağa və Xuraman İmanovların ailəsində anadan olmuşdur. Samid İmanov ailənin birinci oğul övladı idi. Onun özündən böyük Aybəniz və Gülbəniz (d. 1978) adında iki bacısı, Sadiq adında isə bir qardaşı var idi. Samid İmanov 1988-ci ildə Neftçala rayonu 1 nömrəli tam orta məktəbinin birinci sinfinə getmiş, 1998-ci ildə isə həmin məktəbi bitirmişdir. Ardınca təhsilini Heydər Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirən İmanov 2003-cü ildə həmin hərbi məktəbi fərqlənmə diplomu ilə bitirmiş və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən mükafata layiq görülmüşdür. Samid İmanov 2013-cü ilin iyununda dayısı qızı Badam xanım ilə ailə həyatı qurdu. Şəhidin 2014-cü il təvəllüdlü Fidan adlı qızı və 2016-cı il təvəllüdlü Turan adlı oğlu yadigar qalıb. == Hərbi xidməti == Samid İmanov 2004-cü ilin iyun ayından müxtəlif illərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində qrup komandiri müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi vəzifələrində xidmət edib.
Sammit (Nyu-Cersi)
Sammit (ing. Summit) — ABŞ-nin Nyu-Cersi ştatında, Nyu-York metropoliteni ərazisində yerləşən Yunion dairəsinin ən şimal şəhəri. Nyu-Cersinin şimalında — mərkəzi silsilədə yerləşən şəhər Raritan Vadisi və Rahway Vadisi bölgələrində yerləşir və həmçinin Passaic Vadisi bölgəsindəki Esseks və Morris rayonları ilə həmsərhəddir.
Samit-sait yazısı
Əbcəd hesabı – Türk, ərəb və fars ədəbiyyatında bir hadisəni, bir işin tarixini bildirmək üçün işlənən və rəqəmləri hərflərdən ibarət olan hesabdır. Biz orta əsrlərdə müsəlman səyyahların coğrafi kordinatları Əbcəd hesabı ilə verdiyinin şahidi oluruq. Məsələn: Hacı Zeynalabdin Şirvani özünün Riyaz əs-siyahət əsərində Səmərqənd, Konya, Qeysəriyyə və s. şəhərlərin coğrafi kordinatlarını verərkən Əbcəd hesabından istifadə etmişdir.
Ubadə ibn əs-Samit
Ubadə ibn əs-Samit (586, Mədinə – 655, Ramla[d], ərəb. عبادة بن الصامت‎) — İslam peyğəmbəri Məhəmmədin (s.a.v) səhabələrindən biri. == Həyatı == O, səhabələrdən və ənsarın böyüklərindəndir. Ləqəbi Ubadə Əbu Vəliddir və xəzrəc qəbiləsinin Avfoğullarındandır. Atası Samit ibn Kays, anası Kurret-ül-ayn binti Ubadədir. Tam adı Ubadə ibn Samit ibn Kays ibn Əsrəm ibn Fihr ibn Saləbə ibn Qanem ibn Salim ibn Avf ibn Amr bin Avf ibn Xəzrecdir. 583-cü ildə Mədinədə doğulmuş, 654-cü ildə Fələstində vəfat etmişdir. Hicrətin 34-cü ilində 72 yaşında Şam yaxınlığındakı Ramlada vəfat edən Ubade bin Samit orada dəfn edilmişdir. === Müsəlman olması === Ubadə Besətin on birinci ilində həcc mövsümündə Məkkəyə gedir və müsəlman olur. O, hicrətdən əvvəl baş vermiş birinci və ikinci Əqəbə beyətlərində iştirak etmişdir.