Şamozit (Fe2+, Mg, Fe3+)5 Al (Si3 Al) O10 (OH,O)8 — Monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.
Şamozit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
(Fe²⁺,Mg,Al,Fe³⁺)₆(Si,Al)₄O₁₀(OH,O)₈ |
Strunz təsnifatı | VIII/E.09d[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Bavalit (dafnit) – mineralın maqnezial növ müxtəlifliyi.
Rəng – yaşılımtıl - tünd-bozdan qarayadək; Mineralın cizgisinin rəngi – yaşılımtıl-boz; Parıltı – tutqun, şüşə; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 3,0-3,4; Sərtlik – 2-3; Kövrəkdir; Ayrılma – {001} üzrə tam mükəmməl; Sınıqlar – qeyri-hamar, tikanlı; Morfologiya – mineral aqreqatları: konsentrik-zonal quruluşlu oolitlər, radial-vərəqli, bütöv sıx, bəzən torpaqvari kütlələr.
Çökmə mənşəli süxurların tipik mineralı olaraq, gilli laterit çöküntülərində və çökmə dəmir filizi yataqlarında, habelə qumdaşlarında sement şəklində rast gəlir. Birlikdə rast gəldiyi minerallar: dəmir sulfidləri, siderit, tyüringit, kaolinit. Mineralın tapıldığı yerlər: Lotaringiya (Fransa); Şamozon (İsveçrə); Tyüringiya (Almaniya); Uralda Xəlilov yatağı, Serov, Alapayev, Ayat rayonları (Rusiya) və b. Azərbaycanda bir sıra çökmə mənşəli dəmir filizi obyektlərinin yerləşdiyi Daşkəsən və Şəmkir rayonlarının titanlı-maqnetitli qumdaşlarında və Naxçıvan MR-nın boksitlərində qeyd edilir.
Kütləvi yığınları dəmir almaq üçün xammal kimi istifadə edilir.