Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Snejka dağı
Snejka dağı (pol. Śnieżka; alm. Schneekoppe‎) — Polşa ilə Çexiya sərhədində yerləşən dağ. Snejka dağı Sileziya silsiləsinin bir hissəsi olan Krokonoşe dağlarının ən gözəçarpan dağıdır. Hündürlüyü 1603 metr olub Çexiyanın, Krokonoşe dağlarının və bütün Sudeti silsiləsinin ən hündür zirvəsidir. == Tarix == Dağa ilk dırmanış qiymətli daşlar axtarışında olan naməlum venesiyalı tacir tərəfindən 1456-cı ildə baş tutmuşdur. Tezliklə dağda ilk yaşayış məntəqələri salınmışdır. Bu yaşayış məntəqələri əsasən mədənçiliklə məşğul olaraq dəmir, qurğuşun və arsen çıxarmışdır. 1,5 kilometr uzunluğunda olan mədən sütunları hazırda da dayanmaqdadır. 1546-cı ildə Georq Aqrikola dağın adını alman dilində Riseberq kimi vermişdir (almanca "böyük dağ" deməkdir; Riesengebirge "Böyük dağlar" deməkdir).
Snejnik (plato)
Snejnik (sloven. Snežnik) — Sloveniya ərazisində, Dinar öndağlığı ərazisində yerləşən, təxminən 85 km² ərazini əhatə edən geniş karst yaylası. == Coğrafi təsviri == Snejnik əsasən təbaşir və yura dövründən qalma əhəng daşlarından və yuxarı hissədə az miqdarda dolomitdən ibarətdir. Son buz dövrü zamanı səthi kəskin dəyişmişdir. Relyefi bir qayda olaraq düzdür, lakin çoxsaylı quru dərələrə, 300-ə yaxın mağaraya sahibdir. Səthi əsasən qayalıqdır. Yayla Adriatik dənizindən cəmi 28 km məsafədə olduğundan burada yağıntının miqdarı ildə 3000 millimetrə qədərdir. Qışda qarla örtülüdür. Yaylasın karst təbiətinə görə üzərində səthi su axını yoxdur. Yaylada bir keçid ilə ayrılmış iki zirvə vardsır.
Belka-Snejna mağarası
Belka-Snejna mağarası (pol. Jaskinia Wielka Śnieżna) — Polşanın cənubunda, Qərbi Tatranın Malolonçnyak dağlarında karst məşhəlli mağara. Mağara Tatra Milli Park ətazisində yerləşir. Onun uzunluğu 23 753 m, qərinliyi isə 824 m təşkil edir. Bu göstərici ilə Polşanın ən uzun və dərin mağarasıdır. == Morfologiya == Belka-Snejna mağarası 5 girişi vardır. Əvvəllər bu girişlər fərqli mağaraların birişi olaraq hesab edilirdi: Qarlı mağara (pol. Jaskinia Śnieżna) — 1701 metr dəniz səviyyəsindən yuxarıda yerləşir. 1959-cu ildə kəşf edilmişdir. Böyük qarlı mağaradının əsas hissəsini təşkil edir.
Jak Andre Nejon
Jak Andre Nejon (fr. Jacques-André Naigeon; 15 iyul 1738, Paris - 28 fevral 1810, Paris) — fransız materialist filosofu və ateisti. Katolik kilsəsinə qarşı mübarizə aparmışdır. Nejonun dünyagörüşü bilavasitə Didronun təsiri altında təşəkkül tapmışdır. Didro onu "Ensklopediya"da işə cəlb etmişdi. İdrak nəzəriyyəsində Nejon materialist sensualizmə tərəfdar olmuşdur. 1768-ci ildə "Döyüşçü filosof" ("Allahsız əsgər") əsərini nəşr etdirmişdir. Bu əsərdə Nejon sübut edirdi ki, bütün dinlər yalandır, qorxu hissinə əsaslanmışdır. Allah yalnız kölələri qorxutmaq üçün uydurulmuşdur. Nejon Holbaxın "Təbiətin sistemi" əsərinin redaktəsində iştirak etmiş və onunla birlikdə "Cib ilahiyyatı" lüğətini yazmışdır.
Nejon Jak Andre
Jak Andre Nejon (fr. Jacques-André Naigeon; 15 iyul 1738, Paris - 28 fevral 1810, Paris) — fransız materialist filosofu və ateisti. Katolik kilsəsinə qarşı mübarizə aparmışdır. Nejonun dünyagörüşü bilavasitə Didronun təsiri altında təşəkkül tapmışdır. Didro onu "Ensklopediya"da işə cəlb etmişdi. İdrak nəzəriyyəsində Nejon materialist sensualizmə tərəfdar olmuşdur. 1768-ci ildə "Döyüşçü filosof" ("Allahsız əsgər") əsərini nəşr etdirmişdir. Bu əsərdə Nejon sübut edirdi ki, bütün dinlər yalandır, qorxu hissinə əsaslanmışdır. Allah yalnız kölələri qorxutmaq üçün uydurulmuşdur. Nejon Holbaxın "Təbiətin sistemi" əsərinin redaktəsində iştirak etmiş və onunla birlikdə "Cib ilahiyyatı" lüğətini yazmışdır.
Bijî Serok Apo
Bijî Serok Apo (hərf. Yaşasın rəhbər Apo) — Kürdüstan Fəhlə Partiyasının (PKK) lideri Abdullah Öcalana rəğbət bəsləyənlərin istifadə etdiyi şüar. "Apo" adı "Abdullah"ın qısaltmasıdır, lakin "əmi" kimi də tərcümə edilə bilər. Şüar Türkiyə və Almaniyada təqibə səbəb olmuşdur. == Təqiblər == === Türkiyədə === Türkiyədə bu şüar həbs cəzası və cərimələrə səbəb ola bilər. Şüar özlüyündə qadağan edilmir, lakin çox vaxt Türkiyə hakimiyyəti tərəfindən PKK-ya dəstək nümayişi kimi qiymətləndirilir. 2019-cu ilin dekabrında Avropa İnsan Hüquqları Məhkəməsi şüarın Avropa İnsan Hüquqları Konvensiyasının ifadə azadlığına aid olan 10-cu maddəsi ilə qorunduğuna qərar vermişdir. 2022-ci ildə Xalqların Demokratik Partiyasının (HDP) keçmiş həmsədri Səlahəddin Dəmirtaş 16 noyabr 2013-cü ildə "Bijî Serok Apo" yazdığı tvitinə görə mühakimə olunmuşdur. === Almaniyada === Almaniyada şüar bəzi hallarda ifadə azadlığı ilə qorunmur. Polisdən asılı olaraq şüar istintaqa səbəb ola bilər və ya icazə verilə bilər. Onu qışqıraraq səsləndirmək mühakimə və cərimə ilə nəticələnə bilər.