Snejnik (sloven. Snežnik) — Sloveniya ərazisində, Dinar öndağlığı ərazisində yerləşən, təxminən 85 km² ərazini əhatə edən geniş karst yaylası[1][2].
Snejnik | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1796 m |
Sahəsi | 85 km² |
Hündür nöqtəsi | Veliki-Snejnik |
Süxurları | metamorfik |
Yerləşməsi | |
45°35′20″ şm. e. 14°26′49″ ş. u.HGYO | |
Ölkə | Sloveniya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Snejnik əsasən təbaşir və yura dövründən qalma əhəng daşlarından və yuxarı hissədə az miqdarda dolomitdən ibarətdir. Son buz dövrü zamanı səthi kəskin dəyişmişdir. Relyefi bir qayda olaraq düzdür, lakin çoxsaylı quru dərələrə, 300-ə yaxın mağaraya sahibdir. Səthi əsasən qayalıqdır. Yayla Adriatik dənizindən cəmi 28 km məsafədə olduğundan burada yağıntının miqdarı ildə 3000 millimetrə qədərdir. Qışda qarla örtülüdür. Yaylasın karst təbiətinə görə üzərində səthi su axını yoxdur[1][2].
Yaylada bir keçid ilə ayrılmış iki zirvə vardsır. Aşağı zirvəsi Mali Snejnik dağı adlanır. Hündürlüyü 1688 metrdir. Platosun ən yüksək zirvəsi Veliki-Snejnik dağı 1796 m hündürlükdədir[2]. Veliki-Sneznik dağı Sloveniyadakı ən yüksək dağlıq zirvədir. Bunu Sloveniyanın bir çox yerindən görmək olar. Populyar bir turizm məkanıdır[3]. Dağda bir toposkop var.
Snejnikin bitki örtüyünü ilk dəfə 19-cu əsrdə Lyublyanadakı Sloveniya Milli Muzeyinin kuratoru olan Henrix Freyer tərəfindən öyrənilmişdir. Yayla əsasən fıstıq və küknar meşələri örtülmüşdür. Yüksək hissələr istisnadır. Burada şam və çəmən bitkiləri yayılmışdır. 196 hektar ərazini tutan 1450 m-dən yuxarı Snejnikin yüksəklikləri 1964-cü ildən təbii abidə kimi qorunur. Bura Edraianthus graminifolius, Arabis scopoliana, Campanula justiniana, Nigritella rubra, Gentiana clusii, Gentiana pannonica və digər çiçəkli bitkilər yetişir. Burada yaşayan heyvanlar arasında qonur ayılar, canavar, maral, çöldonuzuları və vaşaqlar, habelə uzunquyruq yapalaqca, adi çivdimdik, tetra, adi bonazi tetrası və berqut növləri vardır.
Draqo Karolin evi Veliki-Snejnik zirvəsindən Xorvatiya ilə sərhəddinə doğru ərazidə yerləşir. Ev əvvəlcə Snežnik Ilirska Bistrica dırmanma klubunun prezidenti professor və alpinist Draqo Karolinin rəhbərliyi altında sığınacaq olaraq inşa edilmişdir[3]. Ev 1977-ci ildən 1994-cü ilə qədər genişləndirilmiş və ilk inşaatçının adını almışdır.