Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qolovinka (Soçi)
Qolovinka (adıq Шэхап) — Krasnodar diyarında, Soçi şəhərində mikrorayon. Soçi kurort şəhərinin Lazarevski rayonuna daxildir. == Coğrafiyası == Qolovinka Şahe çayının mənsəbində, Qara dəniz sahilində yerləşir. Regional mərkəz olan Lazarevskidən 25 km cənub-şərqdə, Soçinin mərkəzindən 43 km şimalda və Krasnodar şəhərindən 250 km cənubda (yolla) yerləşir. Şəhər aşağıdakı yaşayış məntəqələri ilə həmsərhəddir: şimal-qərbdən Qlubokaya Şellə, cənub-şərqdən Malıy Kiçmay ilə, şimal-şərqdən Şaxe və Axintamla, cənub-şərqdə isə Yakornaya Şellə. Qolovinkadan A-147 "Cubqa-Adler" federal avtomobil yolu və Şimali Qafqaz dəmir yolunun qolu keçir. Qolovinka və Lazurnıy Bereq dəmir yolu platformaları var. Kurort Baş Qafqaz silsiləsinin cənub yamacında, düzənlik ərazidə yerləşir. Qolovinkanın orta yüksəkliyi dəniz səviyyəsindən təxminən 30 metrdir. Ən hündür nöqtə 224 metr hündürlüyündə adsız dağdır.
Ruslan Polovinka
Ruslan Aleksandroviç Polovinko (21 oktyabr 1969, Zmiyov[d], Xarkov vilayəti – 6 avqust 1992, Ağdərə, Ağdərə rayonu) — Hərbi hava qüvvələrinin leytenantı, Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Polovinko 21 oktyabr 1969-cu il Ukraynanın Xarkov vilayətninin Zmiyev şəhərində anadan olmuşdur. 1987-ci ildə Sızran Ali Hərbi Təyyarəçilər məktəbinə daxil olur. Ali məktəbi bitirdikdən sonra 1991-ci ildə Naxçıvan şəhərində "N" saylı hərbi hissəyə göndərilir. Azərbaycan Hərbi Hava Qüvvələri yaradılanda o, xidmətini Bakı Əlahiddə Vertolyot Eskadrilyasında davam etdirir. Ruslan 1991-ci ildən ermənilərin Qarabağda törətdiklər vəhşiliklərə qarşı əməliyyatlarda iştirak etməyə başladı. Azərbaycanın erməni millətçiləri, faşistləri tərəfindən hücumlara məruz qalması məlum məsələ idi, onlar silahsız günahı olmayan insanları vəhşicəsinə qətlə yetirir, doğma ata-baba yurdlarından deportasiya edirdilər. Bildiyimiz kimi erməni yaraqlıları bütün bu vəhşilikləri tək deyil, həm də muzdlu qatillərin köməkliyi ilə edirdilər. Ruslan belə muzdluların bir neçə cəsədini ələ keçirməyə müvəffəq oldu. Qubadlı, Laçın, Ağdərə uğrunda gedən döyüşlərdə düşmənin başına od ələyən Səma Qartalları əfsanəvi qəhrəmanlıqlar göstərirdilər.
Solomiya Kruşelnitska
Salome (və ya Solomiya) Amvrosiyevna Kruşelnitska (ukr. Соломія Амвросіївна Крушельницька; 23 sentyabr 1872 – 16 noyabr 1952, Lvov) — Ukrayna opera müğənnisi, müəllim. Ukrayna SSR əməkdar incəsənət xadimi (1951). Həyatı boyu Solomiya Kruşelnitska dünyanın ən görkəmli müğənnisi kimi tanınıb. Onun çoxsaylı mükafatları və fərqlənmələri arasında, xüsusən də XX əsrin "Vaqnerin divası" adı da var. Onunla eyni səhnədə oxumaq Enriko Karuzo, Titta Ruffo, Fyodor Şalyapin üçün şərəf sayılırdı. İtalyan bəstəkarı Cakomo Puççini müğənniyə "Ən gözəl və füsunkar Kəpənək (Madam Batterflay)" yazısı olan portretini hədiyyə edib. Solomiya Kruşelnitska qədim və müasir Ukraynanın ən məşhur qadınları siyahısına daxil edilib. == Həyatı == === İlk illəri === Salomeya Kruşelnitska 11 (23) sentyabr 1872-ci ildə Qalisiyada (Avstriya-Macarıstan), Belyavintsy kəndində (indiki Ukraynanın Ternopol vilayətinin Buçaç rayonu) yunan katolik keşişi Ambrose Kruşelnitskinin (1841-1902) və həyat yoldaşı Teodora Mariyanın (1844 -1907) ailəsində anadan olub. Nəsil şəcərələri nəcib və qədim bir ailədən gəlir.