Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sovremennik (jurnal)
"Sovremennik" (rus. Современник) — Aleksandr Puşkin tərəfindən yaradılan ictimai-siyasi və ədəbi jurnal. "Sovremennik" 1836–1866-cı illərdə Peterburqda işıq üzü görmüşdür. 1843-cü ilə qədər ildə 4 dəfə, sonra isə hər ay çıxıb. Jurnalda şeir, nəsr, tənqidi məqalə, tarixi, etnoqrafik və s. dərc olunub. == Tarixi == Jurnalın təsisçisi A. S. Puşkin olub. İşləmək üçün cəlb olunanlar arasında Qoqol, Vyazemski, Odoevski, Jukovski və başqa imzalar olub. Puşkinin vəfatından sonra jurnal tənəzzülə uğradı, 1838-ci ildən onu nəşr edən P. A. Pletnyov 1847-ci ildə "Sovremennik"i N. A. Nekrasov və İ. İ. Panevə verdi. Nekrasov "Sovremennik"ə Turgenev, Qonçarov, Gertsen və Oqaryovu cəlb etməyi bacardı.
Sovremennik Teatrı
Moskva Sovremennik Teatrı (rus. Московский театр «Современник») 1956-cı ildə Moskvada yaradılmış olan teatr şirkətidir. "Sovremennik" sözünün mənası "Müasir" deməkdir. == Tarixi == Sovremennik Teatrı Xruşşovun yumşalma siyasəti zamanı bir qrup gənc sovet aktyoru tərəfindən yaradılmışdır. Təsisçilərinin arasında Moskva İncəsənət Teatrı Məktəb-Studiyasını bitirənlərin içində Oleq Yefremov, Qalina Volçek, İqor Kvaşa, Liliya Tolmaçyova, Yevgeni Yevstiqneyev və Oleq Tabakov da var idi. Debüt səhnə əsəri Viktor Rozovun "Əbədi diri" pyesi olmuşdur. Teatrın ilk bədii rəhbəri olan Oleq Yefremov 1970-ci ildə teatrdan getmişdir. Ondan sonra isə bu vəzifədə onu ölənə qədər Qalina Volçek əvəz etmişdir.