Moskva Sovremennik Teatrı (rus. Московский театр «Современник») 1956-cı ildə Moskvada yaradılmış olan teatr şirkətidir. "Sovremennik" sözünün mənası "Müasir" deməkdir.[1]
Sovremennik Teatrı | |
---|---|
55°45′42″ şm. e. 37°38′45″ ş. u. | |
Ölkə | |
Yerləşir | Moskva |
Tikilmə tarixi | 1956 |
Rəsmi sayt | sovremennik.ru |
Vikianbarda əlaqəli mediafayllar |
Sovremennik Teatrı[2] Xruşşovun yumşalma siyasəti zamanı bir qrup gənc sovet aktyoru tərəfindən yaradılmışdır. Təsisçilərinin arasında Moskva İncəsənət Teatrı Məktəb-Studiyasını bitirənlərin içində Oleq Yefremov, Qalina Volçek, İqor Kvaşa, Liliya Tolmaçyova, Yevgeni Yevstiqneyev və Oleq Tabakov da var idi. Debüt səhnə əsəri Viktor Rozovun "Əbədi diri" pyesi olmuşdur. Teatrın ilk bədii rəhbəri olan Oleq Yefremov 1970-ci ildə teatrdan getmişdir. Ondan sonra isə bu vəzifədə onu ölənə qədər Qalina Volçek əvəz etmişdir.[1]