Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Porto
Portu (port. Porto) — Lissabondan sonra Portuqaliyanın ikinci böyük şəhəridir. Şəhər Atlantik okeanı sahilində yerləşmişdir. Ayrıca şəhərin ortasından Douro çayı keçməkdədir. == Görməli yerlər == Burada qədimi qaladan yenidən tikilmiş Kafedra qurultayı, Kleriqoş mərmər qülləsi, fransiskant kilsəsi San-Fransişku, Maşadu-de-Kaştru Yepiskop sarayını gəzmək maraqlı olardı. Portudan şimalda məşhur Braqa şəhəri yerləşir. Braqadan 55 km.-də Portuqaliyanın ziyarətgahı olan Bon-Jezuş-du-Monte yerləşir. Klisənin yanında balaca sovmələrlə (kiçik kilsələr) gözəl park, fəvvarələr və süni göllər yaradılıb. Şəhər özünün arxitektur abidələri – kilsələri, sarayları, balaca şəhərcikləri və fəvvarəli meydanları ilə fəxr edə bilər. Portu şəhəri həm də şərablarıyla məşhurdur.
Sorqo
Sorqo (lat. Sorghum) — qırtıckimilər ailəsindən olan birillik və çoxillik cinsləri olan ot bitkisi. Asiya, Afrika, Cənubi və Şimali Amerika, Avropa və Avstraliyada yayılmışdır. Sorqo şoranlığa, quraqlığa qarşı davamlı olmaqla pöhrə vermək qabiliyyətinə məxsusdur. Bu üstün cəhətlər onu dağ və aran rayonlarında yetişdirib yaşıl və qaba yem kimi istifadə olunmasına imkan verir. Sorqo qağıdalı, buğda, arpa, vələmir və s. bitkilərə nisbətən 2–3 dəfə az su tələb edir. O, çox qidalı bitkidir, tərkibində 70% nişasta, 12% zülal, 3,5% yağ vardır. Sorqo bitkisindən 800–900 sen yaşıl kütlə, 30–35 sen dən məhsulu almaq mümkündür. Qarışıq əkində məhsuldarlıq 20%-dan artıq olur.
Şort
Şort, şortik və ya qısa şalvar (ing. shorts, ing. short — azərb. qısa‎ sözündən) — şalvarın qısaldılmış növü. Uzun zaman şort uşaq geyimi kimi olub, indi isə bütün yaş dəstələri üçün geyim sayılır. == Təsnifatı == Şortların təsnifatı uzunluğuna görə görə olur. Mini-şortlar (ing. hot pants) — ən qısa şortlar, demək olar ki, omba açıq Klassik şortlar — ombanın 1/2 və ya 1/3 açıq Bermud — uzunluğu dizdən yuxarı Bric — uzunluğu dizə qədər Qeyd etmək lazımdır ki, dizdən aşağı olan şalvarlar şort sayılmır.
Aleatiko sortu
Aleatiko sortu — İtaliyanın üzüm sortudur. Texniki üzüm sortlarındandır. Meyvəsi əsasən tünd-göy və qara rəngdədir. Sort İspaniya, Fransa, Ukraynada, Orta Asiya respublikalarında geniş əkilib-becərilir. Sort Qərbi Avropa sortları qrupuna (convar orentalis subconvar occidentalis Negr.) mənsubdur. == Yarpaqları == Yarpaqları orta ölçüdə (uzunluğu 12–16 sm, eni 11–15 sm), dəyirmi, bəzən oval formada, zəif yarılmış, 3–5 dilimlidir. Ayanın müstəvisi nisbətən düz, üzəri hamar olub, tünd-yaşıl rəngdədir. Yuxarı kəsikləri açıq, yaxud bağlı olub, tam bağlı, ellipsvari, yumurtavari formada, yaxud açıq, qayışşəkilli və ya liraşəkillidir. Aşağı kəsikləri girintili bucaq şəklindədir, yaxud izi görünür. Saplaq oyuğu bağlı, iti dibli, ellipsvari, bəzən açıq oxvari, liraşəkilli, yaxud enli-tağşəkillidir.
Aliqote sortu
Aliqote sortu — Fransanın yerli üzüm sortudur. Sort Avropanın 17 ölkəsində və ABŞ-da geniş əkilib-becərilir. Dünyanın üzümçülük ölkələrində 80 min hektara qədər əkin sahəsi vardır. Texniki üzüm sortlarındandır. Meyvəsi əsasən sarı rəngdədir. Sort Qərbi Avropa sortları qrupuna (convar occidentalis Negr.) mənsubdur. Aliqote sortu Azərbaycan ərazisində XIX əsrin sonlarından əkilib-becərilir. == Yarpaqları == Yarpaqları orta ölçüdə, yaxud iri (uzunluğu 14-20 sm, eni 13-19 sm), dəyirmi formada, ayası dilimsiz, yaxud 5 dilimlidir. Yuxarı və aşağı kəsiklərinin izi görünür, yaxud girintili bucaq şəklindədir. Dilimlərin ucundakı dişciklər enli, iti uclu üçbucaqşəkilli, kənar dişciklər isə tərəfləri nisbətən qabarıq üçbucaqşəkilli-mişarvaridir.
Bonate Sotto
Bonate-Sotto (it. Bonate Sotto), İtaliyada, Lombardiya bölgəsində, Berqamonun inzibati mərkəzinə tabe olan bir kommunadır. Əhalisi 6010 nəfər, əhali sıxlığı 903 nəfər / km²-dir. Sahəsi 6 km² ərazini əhatə edir. Poçt kodu — 24040. Telefon kodu — 035. Müqəddəs Sebastyan kommunanın hamisi sayılır. Kommuna bayramı hər il 20 yanvarda qeyd olunur. Qonşu kommunalar: Dalmine, Madone, Filago, Bonate Sopra, Treviolo.
Həməşərə sortu
Həməşərə sortu - Azərbaycanın ən qədim üzüm sortudur. Qiymətli yerli texniki üzüm sortlarındandır. Meyvəsi əsasən tünd-göy və qara rəngdədir. Yüksək məhsuldar sortdur. Barlı zoğların miqdarı 62,7%; bar əmsalı 0,76; məhsuldarlıq əmsalı 1,20; salxımların sayı 34 ədəd; salxımların orta kütləsi 256 qr; məhsuldarlığı 8,6 kq; hektardan məhsuldarlıq 191,1 s/ha təşkil edir. Sort Qara dəniz hövzəsi qrupuna (convar pontica Negr.) mənsubdur. == Yarpaqları == Yarpaqları orta ölçüdə (uzunluğu 14-18 sm, eni 13-17 sm), dəyirmi formada olub, 5 dilimlidir. Ayanın kəsikləri dərindir. Səthi torşəkilli qırışıqlı olub, tünd-yaşıl rəngdədir. Alt səthi isə nisbətən açıq rəngdədir.
Porto-Novo
Porto-Novo — Benin dövlətinin paytaxtı.
Porto-Çervo
Porto Çervo (it. Porto Cervo) — Sardiniyanın Olbiya-Tempo əyalətinə və Arzaxena icmasına məxsus, adanın şimal şərqindəki, it. Costa Smeralda - "Zümrüd sahildə" yerləşmiş kiçik liman və turist şəhəri. Yerli sakinləri bir o qədər də çox olmayan bu qəsəbə tipli liman 1960-cı illərdə multimilyarder IV Kərim Ağa Xan tərəfindən sərmayə qoyularaq memar Luci Vyettinin layihəsi əsasında turist şəhətciyinə çevrilmişdir. Şəhərin ekskluziv yaxt klubu dünyanın bütün yerlərindən milyarderləri öz yaxtaları ilə bura cəlb edir.
Porto Alegre
Portu-Aleqri — Braziliyada yerləşən şəhər. Riu-Qrandi-du-Sul ştatına daxildir.
Porto FK
Portu FK — Portuqaliyada futbol klubu. 1893-cü ildə yaranmışdır.
Porto Çervo
Porto Çervo (it. Porto Cervo) — Sardiniyanın Olbiya-Tempo əyalətinə və Arzaxena icmasına məxsus, adanın şimal şərqindəki, it. Costa Smeralda - "Zümrüd sahildə" yerləşmiş kiçik liman və turist şəhəri. Yerli sakinləri bir o qədər də çox olmayan bu qəsəbə tipli liman 1960-cı illərdə multimilyarder IV Kərim Ağa Xan tərəfindən sərmayə qoyularaq memar Luci Vyettinin layihəsi əsasında turist şəhətciyinə çevrilmişdir. Şəhərin ekskluziv yaxt klubu dünyanın bütün yerlərindən milyarderləri öz yaxtaları ilə bura cəlb edir.
Soqto xan
Cenate Sotto
Cenate Sotto (it. Cenate Sotto) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Milanın təxminən 60 kilometr (37 mil) şimal-şərqində və Berqamodan təxminən 12 kilometr (7 mil) şərqdə yerləşir. Əhalisi 2665 nəfər, əhalinin sıxlığı 666 nəfər/km²-dir. Sahəsi 4 km² ərazini tutur. Poçt kodu — 24069. Telefon kodu — 035. Cenate Sotto kommunası aşağıdakı hissələrdən (bölmələr, kəndlər və obalar) ibarətdir: Cascina Serbello, Tesolta, Quadra, Veneziane və Brugaletti.
Cek Şort
Cek Şort (30 may 1997, İndianapolis) — yeniyetmə ABŞ aktyoru. Onun ən məşhur rolu "Şortlar" filmindəki Nous Nousvörtidir. O Disney Channelin komediya "Bacarıq Ferması" serialında Fleçer Kuimbi kimi Çayna Enn MakKlayn və Sierra MakKormik ilə birlikdə baş rola çəkilir.
Martin Şort
Martin Şort (ing. Martin Hayter Short) — Kanada aktyorudur. Emmi mükafatına və Toni mükafatına layiq görülmüşdür. 3 ölkə vətəndaşlığına sahibdir: Kanada, ABŞ, Böyük Britaniya. == Şəxsi həyatı == Şort 1980-cı ildə Nensi Dolman ilə ailə həyatı qurmuşdur. Onların 3 uşaqları vardır. İlk uşağı 1983-cü ildə doğulmuşdur. 2010-cu ildə Şortun həyat yoldaşı vəfat edir.
Orto-Arı
Orto-Arı (saxa Орто Арыы) — Laptevlər dənizinin Olyonek körfəzi ərazisində yerləşir. İnzibati cəhətdən Yakutiya ərazisində yerləşir. Körfəzin qərbində yerləşir. Ada ovalvari formaya malikdir. Şimaldan cənub uzanmışdır. Ən hündür nöqtəsi 11 metrdir. Böyük hissəsini bataqlaşmış ərazilər tutur.
Soto dili
Soto dili, Sesoto, Cənubi Soto və ya Cənubi Sesoto — Bantu dillərindəndir, Cənubi Afrika Respublikasının rəsmi dillərindən biri və Lesotonun milli dilidir.
Şimali soto
Şimali Soto dili — Cənubi Afrikanın rəsmi dillərindən biridir ki, Qautenq, Limpopo və Mpumalanqa əyalətlərində 4.208.980 nəfər (2001 Census) tərəfindən danışılır.
Andrea del Sarto
Andrea del Sarto (it. Andrea del Sarto, əsl adı Andrea d’Anyolo di Françesko di Luka di Paolo del Milyore Vannukki, it. Andrea d'Agnolo di Francesco di Luca di Paolo del Migliore Vannucchi; 16 iyul 1486, Florensiya – 29 sentyabr 1530, Florensiya) — yaradıcılığı yüksək İntibah və erkən manyerizm dövründə çiçəklənən florensiyalı rəssam. Həyatı boyunca onu senza errori (tərc. "səhvsiz") adlandırmışlar. == Həyatı == Andrea 1486 və ya 1487-ci il 16 iyulda Florensiyada anadan olmuşdur. Onun atası Aqnolo dərzi (it. sarto) olduğu üçün Andreanın özü "del Sarto" (tərc. "dərzi oğlu") kimi tanınmağa başladı. 1677-ci ildən bəzi sənədlərdə soyadı Vannukki kimi göstərilib.
Hernando de Soto
Ernando de Soto (isp. Hernando de Soto; XV əsr – 21 may 1542[…]) — ispan dəniz səyyahı, konkistador. == Həyatı == Ernando de Soto 1498-ci ildə anadan olmuşdu. De Sotonun dəstəsi də Missisipi çayının mənsəbinə çatdıqdan sonra körfəzdəki ispan postuna gəlib çıxdı. De Leon və Narvayes kimi onlar da heç bir qızıl tapmadılar, qızıl əvəzinə xəstəlik və ölüm kimi həyatda axtarılmayan şeyi tapdılar. De Soto Amerikada Xuan Ortiz adlı adamla tanış olmuşdu. O, on il idi ki, hinduların arasında yaşayırdı. On il əvvəl üç nəfər ispaniyalı hindulara əsir düşmüş, onların hamısına ölümcül əzab verilmiş, Xuanın həyatını isə tayfa başçısının emosional xarakterli qızı Pokahontas atasına yalvarmaqla xilas etmişdi. O, hindu dili və adətlərini bildiyindən De Sotonun bələdçisinə və tərcüməçisinə çevrildi. De Soto üç il çəkən böyük səfərə çıxmışdı və bu səfər onun ölümü ilə başa çatdı.
Şimali Soto dili
Şimali Soto dili — Cənubi Afrikanın rəsmi dillərindən biridir ki, Qautenq, Limpopo və Mpumalanqa əyalətlərində 4.208.980 nəfər (2001 Census) tərəfindən danışılır.
Ernando de Soto (konkistador)
Ernando de Soto (isp. Hernando de Soto; XV əsr – 21 may 1542[…]) — ispan dəniz səyyahı, konkistador. == Həyatı == Ernando de Soto 1498-ci ildə anadan olmuşdu. De Sotonun dəstəsi də Missisipi çayının mənsəbinə çatdıqdan sonra körfəzdəki ispan postuna gəlib çıxdı. De Leon və Narvayes kimi onlar da heç bir qızıl tapmadılar, qızıl əvəzinə xəstəlik və ölüm kimi həyatda axtarılmayan şeyi tapdılar. De Soto Amerikada Xuan Ortiz adlı adamla tanış olmuşdu. O, on il idi ki, hinduların arasında yaşayırdı. On il əvvəl üç nəfər ispaniyalı hindulara əsir düşmüş, onların hamısına ölümcül əzab verilmiş, Xuanın həyatını isə tayfa başçısının emosional xarakterli qızı Pokahontas atasına yalvarmaqla xilas etmişdi. O, hindu dili və adətlərini bildiyindən De Sotonun bələdçisinə və tərcüməçisinə çevrildi. De Soto üç il çəkən böyük səfərə çıxmışdı və bu səfər onun ölümü ilə başa çatdı.
Aorta
Aorta — (yun. άορτή – qaldırmaq) – Böyük qan dövranının ən böyük qoşa olmayan arterial damarları. Onurğalılarda qan-damar sisteminin əsas arteriyası. Aorta divarlarının elastikliyi qan cərəyanının fasiləsizliyini və bədənin bütün orqan və toxumalarının arterial qanla təchiz olunmasını təmin edir. Quşlarda və məməlilərdə Aorta qan dövranının əsas damarıdır. O, ürəyin sol mədəciyindən başlayır, lap başlanğıc hissədə genişlənmə əmələ gətirərək (Aorta soğanağı), yuxarı qalxır (qalxan Aorta), arxaya və sola (məməlilərdə), yaxud arxaya və sağa (quşlarda) dönür (Aorta qövsü) və bədənin aşağı hissəsinə doğru istiqamətlənir (enən və ya onurğa Aortası). Sürünənlərdə Aortanın 2 qövsü var: ürəyin sol mədəciyindən çıxan – sağ arterial və sağ mədəcikdən çıxan sol – venoz. Onlar birləşərək, qarışıq qanı olan ümumi onurğa Aortasını əmələ gətirir. Suda-quruda yaşayanlarda ürəyin yeganə mədəciyindən sərbəst yığıla bilmək qabiliyyətinə malik arterial konus, ondan isə bir (quyruqsuzlarda) və ya iki (quyruqlularda) cüt Aorta qövsü çıxır və birləşərək onurğa Aortasını əmələ gətirir. Balıqlarda və girdəağızlılarda mədəcikdən, yaxud ürəyin arterial konusundan arterial qövs sistemindən venoz qanı qəlsəmələrə (balıqlarda) və ya qəlsəmə kisəciklərinə (girdəağızlılarda) daşıyan qarın Aortası çıxır.
Bordo
Bordo - Fransanın cənub-şərqində, Akvitaniyada şəhər, Jironda departamentinin inzibati mərkəzi. Əhalisi 250,8 min (2008). Biskay körfəzindən 97 km aralıdır. Haronna çayı mənsəbində mühüm dəniz portu. İri nəqliyyat qovşağı. Beynəlxalq aeroport. Parislə dəmiryol əlaqəsi var. Dünyanın şərabçılıq paytaxtlarından biri hesab olunur. == Tarixi == E.ə. III əsrdən Burdiqala adı ilə kelt tayfalarından biri olan bituriqlərin əsas şəhəri kimi məlumdur.
Börte
Börtə-Fücin, Börtə-Ücjin (1161, Xentiy vilayəti – 1230) — Temuçinin baş hərəmi; Dey-Seçen (Day Noyon) və onun unqirat soyundan olan xanımı Çotanın qızı. "Mongolların Gizli Tarixinə" əsasən əvvəlcə Temuçinin atası Yesugey, öz xanımının Öelunun mənsubu olduğu olxonut tayfasından gəlin almaq istəyib.Yolda onlar Dey-Seçenə rast gəliblər. Dey-Seçen onlara "Mənim Bortə adlı gözəl bir qızım var, gedək onu sizə göstərim. Əgər bəyənsəniz qohum olarıq. Bir də ki, bu gecə yuxuda sizin nəslinizin bayrağını görmüşəm. Mənə elə gəlir ki, bu, yaxşı əlamətdir" deyir və Temuçindın bir yaş böyük olan Börtə ilə əvlənməyi təklif edir. Yesugey qızı bəyənir, və oğlunu qoyub gedir. Yesugeyin ölümdən əvvəl son istəyini yerinə yetirmək üçün onun dostu və qohumu olan Munlik, Temuçini geri götürüb və bunu Yesugeyin oğlu üçün darıxması ilə izah edib. Bir neçə il sonra tayciut əsarətindən xilas olduqdan sonra,Temuçin unqiratların düşərgəsini tapıb Börtə ilə evlənir. Börtənin anası Çotan, qızına qara samur dərisindən tikilmiş kürk cehiz vermişdi.
Börtə

Cotto
Cotto di Bondone (it. Giotto di Bondone; 1267, 1276 və ya 1266, Vikkyo[d], Toskana[…] – 8 yanvar 1337, Florensiya[…]) – Orta əsrlər İntibah dövrünün Protorenesans mərhələsinin çox görkəmli italyan rəssam və heykəltəraşı. == Həyatı == Cotto di Bondone və ya sadəcə Cotto təxminən 1266-cı ildə Florensiya ətrafında Kolle de Vespinyano kəndində kəndli ailəsində dünyaya gəlib. Çimabuenin tələbəsi olub. Çimabuenin kiçik çoban Cottonun çöldə qoyun çəkməsini görməsi və onun istedadına heyran olması haqqında hekayət artıq ədəbi əfsanəyə çevrilmişdir. 1304-1306-cı illərdə Cotto özünün ən məşhur əsərlərini – Paduya şəhərindəki del Arena kapellasının monumental divar rəsmlərini yaradır. Kapellanın divarlarında üç cərgədə yerləşdirilmiş freskalarda rəssam İsa peyğəmbərin və Müqəddəs Məryəmin həyatından bəhs edən əfsanələrin təsvirlərini verir. Bunlardan "İsanın meyiti üstündə ağlaşma"da iştirakçıların hisslərini, baş vermiş faciəni böyük ustalıqla canlandırması freskanı Cottonun şah əsərlərindən biri edir. Həmin cərgədəki "İudanın öpüşü" freskası gərgin və dramatik bir anı: insan xəyanətini əks etdirərək, böyük bəşəri hisslər doğurur və rəmzi məna daşıyır. Cottonun yaradıcılığı İtaliya boyakarlığının sonrakı əsrlərdə inkişafına böyük təsir göstərmişdir.
Hotto
Hotto (xorv. Hottó) — Macarıstanın Zala medyesində yerləşən kənd.