Börte

Börtə-Fücin, Börtə-Ücjin (1161[1], Xentiy vilayəti1230) — Temuçinin baş hərəmi; Dey-Seçen (Day Noyon) və onun unqirat soyundan olan xanımı Çotanın qızı.

Börtə,Börtə Üçjin
monq. ᠪᠥᠷᠲᠡ
Doğum tarixi
Doğum yeri Xentiy vilayəti,Monqolustan
Vəfat tarixi
Vəfat yeri Avarqa
Həyat yoldaşı Çingiz xan
Uşaqları Cuçi,Cığatay,Ögedey,Toluy,Hocin-begi,Çeçeygen,Alagay-begi,Tumalun,Altalun
Atası Dey-Seçen
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Mongolların Gizli Tarixinə" əsasən əvvəlcə Temuçinin atası Yesugey, öz xanımının Öelunun mənsubu olduğu olxonut tayfasından gəlin almaq istəyib.Yolda onlar Dey-Seçenə rast gəliblər. Dey-Seçen onlara "Mənim Bortə adlı gözəl bir qızım var, gedək onu sizə göstərim. Əgər bəyənsəniz qohum olarıq. Bir də ki, bu gecə yuxuda sizin nəslinizin bayrağını görmüşəm. Mənə elə gəlir ki, bu, yaxşı əlamətdir" deyir və Temuçindın bir yaş böyük olan Börtə ilə əvlənməyi təklif edir. Yesugey qızı bəyənir, və oğlunu qoyub gedir. Yesugeyin ölümdən əvvəl son istəyini yerinə yetirmək üçün onun dostu və qohumu olan Munlik, Temuçini geri götürüb və bunu Yesugeyin oğlu üçün darıxması ilə izah edib.

Bir neçə il sonra tayciut əsarətindən xilas olduqdan sonra,Temuçin unqiratların düşərgəsini tapıb Börtə ilə evlənir. Börtənin anası Çotan, qızına qara samur dərisindən tikilmiş kürk cehiz vermişdi. Temuçin bu hədiyyəni götürüb, qardaşlarının müşayiəti ilə qüdrətli Toğrul xanın iqamətgahına getdi. Mərhum atası ilə qardaşlıq dövrlərini yadına saldı və xahiş etdi ki onu oğulluğa götürsün. Sonra xana qara samur dərisindən tikilmiş kürkü bağışladı.Toğrul xan gəncin bu hərəkətindən məmnun oldu və onu oğulluğa götürməyə razılıq verdi.

Bu addım Temuçinə xanımı Börtəni, Öelunun intiqamını almaq üçün onu qaçırmış merkitlərdən xilas etməyə kömək etdi. Bu "müharibədə" Temuçin kereitlərləCamuqa-Seçen ilə gücünü birləşdirib merkitləri qırdı,və xanımı Börtəni xilas etdi.

Temuçinin çoxsaylı hərbi səfərləri sırasında Börtə, onun digər xanımlarından fərqli olaraq, Monqolustanda, doğma torpaqlarda qalmağı və Otçigin-Temuginə Çingiz xanın şəxsi ailə yurdunu idarə etməkdə kömək etməyə üstünlük verirdi.

Börtə,Temuçinin dörd oğlu (Cuçi, Cığatay, Ögedey, Toluy) və beş qızının (Hocin-begi, Çeçeygen, Alagay-begi, Tumalun, Altalun) anası idi.

Onun ölümündən sonrakı adı isə Guan-hsien huanhou-"nurla bəxş edilmiş suveren" idi.