Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sessi
Sessi (fr. Cessy) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Jeks kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01071. == Coğrafiyası == Kommuna Paris şəhərinin 400 km cənub-şərqində, Lion şəhərindən 115 km şərqdə və Burk-an-Bres şəhərindən 70 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 3992 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 2739 nəfər arasında (15-64 yaş arasında) 2215 nəfər iqtisadi fəal, 524 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 80.9%, 1999-cu ildə 75.1%). Fəaliyyət göstərən 2215 sakindən 2056 nəfəri (1080 kişi və 976 qadın), 159 nəfəri işsizdir (77 kişi və 82 qadın).
Dosso Dossi
Dosso Dossi (it. Dosso Dossi, əsl adı it. Giovanni di Niccolò de Luteri; ən tezi 1480 və ən geci 1490 – avqust 1542, Ferrara) — İntibah dövrünün italyan rəssam və qravür ustası, Ferrara məktəbinin ən görkəmli nümayəndəsi. == Bioqrafiya və yaradıcılıq == Dossi, Lorenzo Kostanın yanında və Corconenin emalatxanasında tələbə olub, Venesiya rəssamlarının təsiri altında rəssam kimi formalaşmışdı. Bellini, Tisian, Romanino ilə birgə işləmişdi. 1516-cı ildən — Ferrara sarayının saray rəssamı olmuşdu. Dossi demək olar ki, bütün ömrünü Este hersoqlarının — I Alfonso d'Este, II Erkole d'Estenin — xidmətində idi, amma bu xidmət yalnız rəsmlə kifayətlənmir, həm də diplomatik tapşırıqların yerinə yetirilməsini də nəzərdə tuturdu. Dosso, qardaşı Batista ilə birlikdə hersoqlar üçün mifoloji əsərlər, portretlər yaradır, saraylar, qalaların divarları üçün dekorativ freskalar çəkirdi. Rəssamın əsərləri və freskaları demək olar ki, günümüzə qədər qalmamışdır. Dossinin işinin ən maraqlı tərəfi onun bəzən rəsmdə hakim mövqe tutan genişlənmiş peyzaj fonuna olan marağıdır.
Aldo Rossi
Aldo Rossi (it. Aldo Rossi; 3 may 1931[…], Milan[…] – 4 sentyabr 1997[…], Milan) — italyan memar, dizayner və nəzəriyyəçi. == Həyatı == Aldo Rossi 1931-ci il 3 mayında İtaliyanın Milan şəhərində anadan oldu. 1949-cu ildə Milan Politexnik Universitetinin memarlıq fakultəsinə daxil olan Aldo Rossi 1959-cu ildə məzun oldu. Bu zaman 1955-ci ildən "Kasabella" jurnalında yazıları çap olunmağa başladı. Həmin jurnalda 1959–1964-cü illəri arasında redaktor kimi işlədi. 1960-cı illərdəki ilk işləri əsasən onun ən çox təsirləndiyi memarlar: 1920-ci illərdə Modernizm cərəyanının İtaliyadakı qabaqcıllarında Cüzəppe Terraqni, klasik dizaynları ilə tanınan Vyanalı memar Adolf Loos və rəssam Ciorco de Kiriko ilə bağlıdır. Stalin memarlığını izləmək üçün SSRİ-yə etdiyi səfər də karyerasında dönüş nöqtəsi olmuşdur == Neo-Rasional cərəyanı == Aldo Rossi La Tendenza olarak tanınan Neo-Rasional cərəyanının qurucuları arasında sayılır. Dövrünün Avropa Memarlığına olan töhfələri Robert Venturinin ABŞ-dəki memarlıq sahəsində verdiyi töhfələrə bənzəyir. Memarlıq tənqidçisi Çarlz Cenks Aldo Rossi ve Robert Venturini Postmodern memarlığınını ən vacib iki təmsilcisi olarak adlandırır.
Paolo Rossi
Paolo Rossi (it. Paolo Rossi; 23 sentyabr 1956, Prato, Toskana – 9 dekabr 2020, Siena, Toskana) — İtaliyalı keçmiş peşəkar futbolçu, 1978–1986-cı illərdə İtaliya millisinin hücumçusu olub. == Bioqrafiya == Paolo Rossi 23 sentyabr 1956-cı ildə Toskanın Prato şəhərində anadan olub. 1979-cu ildə, "Peruca"da oynayarkən, Paolo Rossi, mərc oyunları ilə əlaqəli fırıldaqlarda iştirak etdiyi üçün iki il diskvalifikasiya edilir. Buna görə bir neçə aylıq azadlıqdan mərhum edilir. == Karyera == Karyerasına "Yuventus" klubunda başlayıb. Ancaq orda möhkəmlənə bilmədiyinə görə əvvəlcə "Komo" klubuna icarəyə verilir, daha sonra isə "Peruca" klubuna transfer olunur. 1981-ci ildə təkrar "Yuventus" klubuna keçərək, Mişel Platini və Zbignev Bonek ilə birlikdə Turin komandasının hücum üçlüyünü qurur. 1982 Dünya Kubokunun bombardiri (6 qol) olur. Turnirin başlamasından cəmi bir ay əvvəl həbsdən çıxması və diskvalifikasiyasının yenicə bitməsinə baxmayaraq turnirin həm bombardiri həm də ki ən yaxşı oyunçusu seçilir.
Sergio Rossi
Sergio Rossi (31 iyul 1935, San-Mauro-Paskoli[d], Emiliya-Romanya – 2 aprel 2020, Çezena, Emiliya-Romanya) — İtaliyalı dizayner. "Sergio Rossi" adlı lüks ayaqqabı markasının yaradıcısı. == Həyatı == Sergio Rossi 31 iyul 1935-ci ildə Emiliya-Romanya regionunun San Mauro Pascoli şəhərində doğulub. İtaliyalı dizaynerə 2020-ci ilin martında koronavirusa yoluxma diaqnozu qoyulub və o, Çezenada xəstəxanaya yerləşdirilib. S.Rossinin vəziyyəti uzun müddət stabil olsa da, aprelin 2-də kəskin pisləşib və o, 84 yaşında müalicə aldığı xəstəxanada vəfat edib. == Fəaliyyəti == O, 1951-ci ildə qadın ayaqqabı markası "Sergio Rossi"ni yaratdıqdan sonra məşhurluq qazanıb.
Sissi Karicnano
Sissi Karicnano (d. 11 avqust 1987; Pinerolo, İtaliya) — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. == Karyerası == Sissi Karicnano İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Sissi Rayt
Silviya Rayt (11 iyun 1960, Frankfurt-Mayn, Hessen) — alman futbol mütəxəssisi. 1960-cı il iyunun 11-də anadan olan Silviya Rayt futbolçu karyerası ərzində Almaniyanın "Bavariya" və "Frankfurt–Mayn" klublarında çıxış edib. O, Almaniya millisinin heyətinə ilk dəfə 1982–ci ildə dəvət olunub. Milli komandada 58 oyunda 4 qol vuran Rayt 1989 və 1991-ci illərdə qadınlar arasında Avropa çempionatının qalibi olub. Silviya Rayt UEFA-nın A kateqoriyalı məşqçi lisenziyasına malikdir. O, 2004-2008-ci illərdə "Bavariya"nın qadınlardan ibarət komandasının məşqçisi olub. 2008-ci ilin iyulundan Bavariya Futbol Federasiyasında məşqçi işləyən Rayt 2009-cu ilin oktyabrınadək kişilərdən ibarət "TSV Exinq" klubunun məşqçisi kimi fəaliyyət göstərib.
Valentino Rossi
Valentino Rossi - (16 fevral 1979, Urbino, İtaliya) — italiyalı peşəkar motosiklet yarışçısı.
Yossi Kohen
Yossi Kohen (ivr. ‏יוסי כהן‏‎; 10 sentyabr 1961, Qüds) — İsrail dövlətinin təhlükəsizlik xidməti olan Mossadın 12-ci direktorudur. == Həyatı == Yossi Kohen 1961-ci ildə Qüds şəhərində anadan olmuş, Katamon məhəlləsində böyümüşdür. Atası Leo İsrail dövlətinin qurulmasından əvvəl bu dövlətin yaranması uğrunda mübarizə aparan İrqun təşkilatının üzvü olmuşdur. İngilis, fransız, ərəb dillərində də sərbəst danışa bilən Kohen 1982-ci ildən etibarən Mossad üzvüdür. 30-dan çox əməliyyatda birbaşa iştirak edib və buna görə İsrail Müdafiə mükafatını almışdır.
İv Rossi
İv Rossi (Yves Rossy) — İsveçrə pilotu və icadçı.
Şossi (Val-d'Uaz)
Şossi (fr. Chaussy) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Pontuaz, kanton — Manö-an-Veksen. Əhalisi — 602 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 60 km şimal-qərbində, Serji bələdiyyəsinin 30 km qərbində yerləşir.
Rossi-Forel şkalası
Rossi-Forel şkalası — zəlzələ intensivliyi şkalası. XIX əsrin ortalarında İsveçrədə və İtaliyada zəlzələlərin gücünü qiymətləndirmək üçün istifadə olunub. == Haqqında == Hələ zəlzələlərin alət (instrumental) üsulu ilə müşahidəsi olmayan dövrlərdə müxtəlif zəlzələləri bir-biri ilə intensivliklərinə görə müqayisə etmək üçün onların Yer səthindəki təzahürlərini (dağıntıları, zədələri və s.) əsas götürürdülər. Əslində bu müqayisədə insan hissiyatına əsaslanan çox böyük subyektivlik və qeyri-müəyyənlik var idi. Məsələn, insanlar onların evlərini ciddi zədələyən zəlzələni, yüngül hiss olunan zəlzələdən güclü hesab edirdilər. Halbuki, daha güclü zəlzələ sadəcə uzaq olduğuna görə zəif hiss edilə bilərdi. Bütün bunlara baxmayaraq, hələ XIX əsrin ortalarından başlayaraq zəlzələləri insan hissiyatına, fiziki obyektlərə vurduğu ziyana, ətraf geoloji mühitə vizual təsirinə görə təsnifləşdirməyə cəhdlər edilirdi. Həmin əsrin sonlarında İsveçrədə və İtaliyada tərtib olunmuş Rossi-Forel (RF) zəlzələ intensivliyi şkalası geniş yayılmışdı. Rossi-Forel (RF) zəlzələ intensivliyi şkalası italiyalı Mişel Stefano Konte de Rossi və isveçrəli Fransua-Alfons Forel tərəfindən hazırlanmışdır. Rossi-Forel (RF) şkalasına görə, seysmik titrəyişlər intensivliklərinə görə 10 dərəcəyə bölünürlər.
Covanni Battista de Rossi
Covanni Battista de Rossi (it. Giovanni Battista de Rossi; 23 fevral 1822[…], Roma – 20 sentyabr 1894[…]) — İtaliya xristian arxeoloqu və epiqrafı. De Rossi Roma şəhərində arxeologiya üzrə təhsil almış, daha sonra erkən xristian yazılarını öyrənmiş və Roma katakombalarının tədqiqində pionerlərdən olmuşdur. O, 1850-ci ildən 27 katakomba kəşf etmişdir. De Rossi həmçinin, Roma Universitetində professor olmuşdur. == İstinadlar == == Xarici keçidlər == Росси, Джованни Баттиста // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Православная энциклопедия DeRossi, Giovanni Battista.
Mister Rossi xoşbəxtlik axtarır (film, 1976)
Mr.Rossi xoşbəxtlik axtarır (it. Il signor Rossi cerca la felicità) — 1976-cı il istehsalı italyan bədii filmi. Rejissoru Bruno Bozzettodur. Film Mr.Rossi haqqında ilk bədii filmdir. == Rollarda == Karlo Romano — Mr. Rossi QianfranKo Mauri — Herold Grazia Pivetti — Pəri Sikuri Karlo Bonomi — bütün obrazlar == Yayılma == Film çıxdıqdan sonra bütün Avropada yayılmışdır. Onun ən böyük uğuru isə filmin 1976-cı ildə Qərbi Almaniya və 1983-cü ildə İspaniyada yayımlanması olmuşdur.
Boesi
Anisi Manli Severin Boesi (lat. Anicius Manlius Severinus Boethius; təq. 480[…], Roma – 524, Paviya) — neoplatonçu filosof, Roma dövlət xadimi, xristian ilahiyyatçısı və müqəddəsi. == Həyatı == Boesi Roma imperiyasının süqutundan sonra Şimali İtaliyada yaranan Ostqotlar krallığında yaşayıb, yaratmışdır. O Romanın patrisi ailəsində anadan olmuşdu və ostqot kralı Teodorikusun (latınca Theodoricus) dövründə, yüksək dövlət vəzifələrini tutmuşdu. Lakin sonra, Boesini Ostqot dövlətinin mövcudluğuna son qoyulması məqsədilə bizanslılarla məxfi danışıqların aparılmasında ittiham etmişdilər. Dövlətə qarşı xəyanətdə ittihamlandırılan Boesi zindana atılmış və orada bir müddət saxlandıqdan sonra edam edilmişdi. Boetsiyə "sonuncu romalı" ləqəbi vermişdilər. == Fəlsəfəsi == Boesi tərcüməçi və filosof kimi tanınmışdı. O yunan dilindən latın dilinə bəzi riyazi əsərləri, məsələn Evklidesin (Eukleides) "Başlanğıclar" əsərini tərcümə etmişdi.
Cessi
Cessi (müğənni)
Kuşşi
Kuşşi (クッシー, Kusshī) – Hokkaydonun Kuşşaro gölündə yaşadığına inanılan göl bədheybəti. Bədheybətin adı Şotlandiyanın Lox Ness gölündə yaşadığı iddia edilən Nessi bədheybətindən qaynaqlanır. 2009-cu ildə britaniyalı kriptozooloq Karl Şuker gecəyarısı üzən bir insanı öldürən göl bədheybətindən bəhs edən əfsanəyə istinad etmişdi.
Lassi
Lassi (Pəncabca: ਲੱਸੀ, Hindcə: लस्सी, Urduca: لسی, Marathicə: ताक, Qucaratca: છાસ, benq. লস্যি, puşt. شوملې) - Hindistan yarımqitəsində populyar və ənənəvi ayran. Su ilə qatıq və Hindistan ədviyyatlarının qarışdırılması ilə hazırlanır. Ənənəvi lassi (həmçinin duzlu lassi, və ya, sadəcə lassi kimi tanınan) bəzən üyütülmüş qovrulmuş kimyon ilə ətirli bir ləzzətli içkidir, digər tərəfdən şirin lassi ədviyyat yerinə şəkər və ya meyvə ilə qarışdırılır.
Messi
Lionel Andres Messi (24 iyun 1987[…], Rosario, Sante Fe əyaləti[d]) — Argentina futbolçusu. Argentina milli futbol komandasının heyətində çıxış edir. 2004–2021-ci illərdə İspaniyanın "Barselona" klubunda çıxış etmişdir. Hücumçu və hücumameyilli yarımmüdafiəçi mövqelərində oynayır. Messi hələ 21 yaşında olarkən 2009-cu ildə özünün ilk Qızıl topunu və FİFA Dünyada İlin Oyunçusu mükafatlarını qazanıb. Növbəti 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə də Messi FİFA Qızıl Top mükafatını qazanıb. Messi həmçinin 2010–11 mövsümündə UEFA Avropada Ən Yaxşı Oyunçu mükafatını əldə edib. 24 yaşında Messi "Barselona"nın indiyə qədər bütün turnirlərdə ən çox qol vuran oyunçusu olub.25 yaşında La Liqa oyunlarında 200 qol həddini keçən ən gənc oyunçu olub. Dünyada Cristano Ronaldo ilə birlikdə ən yaxşı oyunçu hesab edilən və futbolçular, məşqçilər və şərhçilər tərəfindən futbol tarixinin ən yaxşı oyunçularından biri kimi qiymətləndirilən Messi Qızıl top mükafatını altı dəfə qazanan ilk və hələlik yeganə futbolçudur, həmçinin Messi Avropada qızıl buts mükafatını 6 dəfə əldə edən ilk futbolçudur. Messi "Barselona"nın heyətində on dəfə İspaniya La Liqasının, altı dəfə İspaniya Kral Kubokunun, beş dəfə İspaniya Superkubokunun, dörd dəfə UEFA Çempionlar Liqasının, üç dəfə UEFA Super Kubokunun və iki dəfə FİFA Klublararası Dünya Kubokunun qalibi olub.
Püssi
Püssi (est. Püssi) — Estoniyanın şimali-şərqində, İda-Virumaa bölgəsində şəhər.
Röşti
Röşti (alm. Rösti‎, [ˈrøːʃti]) və ya rööşti - əsasən kartofdan hazırlanan məşhur İsveçrə yeməklərindən biridir. Başlanğıcda Bern Kantonunda yaşayan fermerlər tərəfindən hazırlanan bu səhər yeməyi hazırda bütün İsveçrə ərazisində, həmçinin qərb dünyasının bir çox restoranlarında yeyilir. İsveçrənin bir çox sakinləri Röştinin Milli yemək olduğunu hesab edir. Bu gün Röşti masaya qoyulduqda, tez-tez yanına "Spinat und Spiegelei" (ispanaq və qızardılmış yumurta), servelat və ya Fleischkäse kimi digər yeməklər də əlavə olunur. Həmçinin, hər hansı bir standart qarnir yeməyi əvəz etmək istəyən insanlar restoranlarda daha çox Röştini sifariş edirlər. Röşti kiçik dilimlərə bölünmüş və yağda qızardılmış kartofdan hazırlanır. Həmçinin, çiy və ya bişmiş kartof qarışığından da istifadə edilə bilər. Klassik röşti donuz ətindən hazırlanmış bekonla da zənginləşdirilə bilər (Emmentaler Röşti). Bern kantonunda artıq bişmiş kartoflara bir çay qaşığı qəhvə və süd əlavə olunur və daha sonra qızardılır.
Selsi
Selsi şkalası (şərti işarəsi: °C) — Beynəlxalq Vahidlər Sistemində (BS) Kelvin şkalası ilə bərabər geniş istifadə olunan istilik ölçü vahidi. Selsi şkalası 1742-ci ildə bu temperatur ölçü sistemini ilk dəfə təklif etmiş İsveç alimi Anders Selsinin (1701-1744) şərəfinə adlandırılmışdır. Onun təklif etdiyi şkalada suyun donma temperaturu 0°, qaynama temperaturu isə 100° müəyyən edilmişdi. Lakin sonradan digər məşhur İsveç alimi Karl Linney (1707-1778) (bəzi mənbələrə görə isə Martin Ştremer) bu şkalanı bizim bu gün adət etdiyimiz şəklə salmışdır. Belə ki, o suyun donma temperaturunu 0°, qaynama temperaturunu isə 100° kimi təklif etmişdir. Bu şkalanın tətbiqi barədə ilk yazılı qeyd 1745-ci ildə Karl Linneyin öz tələbəsi Samuel Naklerə yazdığı məktub hesab edilir. Məktubda Linney Uppsala Universitetinin Botanika bağında qeydə aldığı temperatur fərqləri barədə tələbəsini məlumatlandırır. Əvvəllər Selsi şkalasında dərəcənin təyin olunması standart atmosfer təzyiqinin müəyyən edilməsindən asılı idi, çünki, suyun donma və qaynama temperaturları atmosfer təzyiqi ilə birbaşa bağlıdır. Bu hal hər hansı ölçü vahidinin standart olaraq qəbul edilməsi üçün əlverişli deyil. Buna görə də Kelvin şkalasının temperaturun ölçülməsi üçün əsas ölçü vasitəsi kimi qəbul edilməsindən sonra Selsi şkalasında 1 dərəcənin müəyyən edilməsi qaydası dəyişmişdir.
Şansi
Şansi və ya Şanşi (çin. 山西|Pinyin: Shānxī) — Çinin şimalında olan bir inzibati bölgə. Şərqdə Hebei, cənub və cənub-şərqdə Henan, qərbdə Şensi inzibati bölgələri, şimalda isə Daxili Monqolustan Muxtar Rayonu ilə əhatə edilmişdir.
Seksi
Cinsi cazibə, cinsi cəzb etmə və ya cinsi cazibədarlıq bir fərdin başqalarının cinsi və ya erotik maraqlarını cəlb etmək qabiliyyətidir. Bu, cinsi seçimdə və ya yoldaş seçimində bir amildir. Cazibə digər amillərdən əlavə bir insanın estetikasında, hərəkətlərində, səsində və ya qoxusunda da vurğulanır. Cazibədarlığı bir insanın bəzəkləri, geyimləri, ətri və ya tərzi ilə artırmaq mümkündür.
A.Bassi
Aqostino Bassi (it. Agostino Bassi; 25 sentyabr 1773[…] – 8 fevral 1856[…], Lodi, Lombardiya-Venesiya krallığı) — İtaliya botaniki. == Əsərləri == Sulla fabbrica del formaggio all'uso lodigiano. 1820. Del mal del segno, calcinaccio o moscardino. 1835. Del contagio in generale. 1844. == İstinadlar == == Ədəbiyyat == Kyle, R A; Shampo M A (April 1979). Agostino Bassi.
Ageratina rosei
Ageratina rosei (lat. Ageratina rosei) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Anders Selsi
Anders Selsi (isv. Andres Celcius; 27 noyabr (8 dekabr) 1701[…], Uppsala – 25 aprel (6 may) 1744[…], Uppsala[d]) — İsveç astronomu və fiziki, İsveç Elmlər Akademiyasının üzvü. Elmi tədqiqatları astronomiyaya, fizikaya və geofizikaya həsr olunmuşdur. Temperatur vahidi onun şərəfinə adlandırılıb.