Lassi (Pəncabca: ਲੱਸੀ, Hindcə: लस्सी, Urduca: لسی, Marathicə: ताक, Qucaratca: છાસ, benq. লস্যি, puşt. شوملې) - Hindistan yarımqitəsində populyar və ənənəvi ayran.[1] Su ilə qatıq və Hindistan ədviyyatlarının qarışdırılması ilə hazırlanır.[2] Ənənəvi lassi (həmçinin duzlu lassi, və ya, sadəcə lassi kimi tanınan) bəzən üyütülmüş qovrulmuş cirə ilə ətirli bir ləzzətli içkidir, digər tərəfdən şirin lassi ədviyyat yerinə şəkər və ya meyvə ilə qarışdırılır.