Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şovitsa yemişanı
Şovitsa yemişanı (lat. Crataegus szovitsii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı şərqi Zaqafqaziyanı və Kiçik Asiyanın şərq rayonlarını əhatə edir. == Botaniki təsviri == Boz qonur rəngli, kiçik sıx budaqlı ağacdır. Cavan zoğları ağ keçəlidir. Yarpaqları möhkəm, qalın, göyümtüldür. Çiçəkləyən zoğlarda alt yarpaqları əks-yumurtavari, yuxarıda yerləşənlər üç pərlidir, dərin, beş bölümlü, kəsiyində enli əks yumurtavari, rombvari, uzunluğu və eni 3-4,5 sm; orta pəri bünövrəyə daralmış, iti və ya küt, ucuna yaxın az dişli, bəzən kənarları bütövdür. Steril zoğlarda daha iri, 5-9 yerə dəri bölünmüş, ensiz və kəsik pərlidir. Çiçək qrupunun diametri 5 sm-dək, yığcam, 10-12 çıçəkli, sıx-ağ keçəli, çiçək saplağının uzunluğu 1,5-5 mm-dir. Kasayarpaqları enli-üçkünc, ucu biz, çiçəkləmə dövründə düz dayanandır, meyvə verdikdə şaxələnir.
Senitsa
Senitsa (slovak. Senica, alm. Senitz‎, mac. Szenice) — Slovakiyanın qərbində, Trnava bölgəsində şəhər. Əhalisi 23 700 nəfərdir (2004-cü il). Şəhər Zahorska dağ yamaclarının şimalında, Miyava çayının sahilində yerləşir. == Tarix == == Əhali == === Əhalinin etnik mənsubiyyəti === Slovaklar – 94,60 %Çexlər – 1,56 %Qaraçılar – 0,84 %Macarlar – 0,14 %digərləri === Əhalinin konfessional mənsubiyyəti === roma-katolikləri – 47,28 %ateistlər – 31,18 %yevangelik kilsə v.d. – 17,03 %yunan-katolikləri – 0,29 %pravoslavlar – 0,11 %digərləri == Tanınmış Senitsalılar == Vlado Adásek – Slovakiyalı rejissor və ssenari müəllifi. Jozef Bossanyi – tanınmış slovak tarixçisi, dilçi və təbiyətşünası Vladimír Fajnor – (1875 – 1952), siyasətçi Jozef Kvetoslav Holub – slovak pedaqoqu Viliam Pauliny-Tóth – slovak siyasətçisi, belletris və publisisti.
Qoritsa qayası
Qoritsa qayası (bolq. скали Горица, ‘Skali Goritsa’ \ska-'li go-'ri-tsa\) — Zed adaları arxipelaq qrupuna daxil olan iki qayadan biridir. Qayalıq Antarktidanın Varna yarımadasının Cənubi Şetland adalarında, Livinqston adasının şimal sahillərində yerləşmişdir. Qayanın uzunluğu şimal-qərbi və cənub-şərqi istiqamətində 330 m, eni 700 m-dir. Qaya 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur. Qoritsa qayası Bolqarıstanın şimal-şərqi və cənub-şərqində yerləşən Qoritsa şəhərinin adını daşıyır. == Yerləşməsi == Qoritsa qayası 62°25′32″ c. e. 60°09′25″ q. u.
Mehmed Konitsa
Mehmed Konitsa (1881, Konitsa[d] – 1948, Roma) — Albaniyanın bütün tarixində mühüm rol oynamış diplomat və siyasətçi idi. Üç dəfə Xarici İşlər Naziri vəzifəsində çalışmış Konitsa Albaniyanın müstəqilliyinin qorunub saxlanması və beynəlxalq aləmdə tanınması üçün böyük səylər göstərmişdir. Həm də yazıçı və pedaqoq olan Konitsa Albaniyanın müasirləşməsinə və mədəni inkişafına da töhfə verib. == Həyatı == Albaniyanın müstəqillik mübarizəsində mühüm rol oynamış aparıcı diplomat, yazıçı və maarif xadimi idi. Osmanlı İmperiyasının Yanya vilayətində (indiki Konitsa, Yunanıstan) doğulan Konitsa ilk təhsilini Yanya və İstanbulda almışdır. Daha sonra Parisə Sorbonna Universitetində hüquq və siyasi elmlər üzrə təhsil alıb. Konitsa tələbəlik illərində alban millətçiliyi hərəkatı ilə tanış olmuş və Albaniyanın müstəqillik uğrunda mübarizəsində fəal iştirak etmişdir. 1909-cu ildə Albaniyanın müstəqilliyini elan edən Vlorë Konqresində nümayəndə kimi iştirak etmişdir. O, müstəqillik əldə etdikdən sonra yaradılmış Albaniya Knyazlığında müxtəlif diplomatik vəzifələrdə çalışıb. 1912-ci ildə London səfirlərinin konfransında Albaniyanı təmsil etmiş və 1914-cü ildə Albaniyanın xarici işlər naziri təyin edilmişdir.
Sopita Tanasan
Sopita Tanasan (d. 23 dekabr 1994; Çumpfon, Tailand) — Tailandlı ağır atlet. Sopita Tanasan 2016-cı ildə Tailandı XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və qızıl medal qazanıb. Tanasan həmdə 2013-cü ildə Dünya Çempionatında gümüş medal qazanıb. == Həyatı == Sopita Tanasan 1994-cü ilin 23 dekabr günündə Tailandın Çumpfon vilayətində anadan olub. == Karyerası == Sopita Tanasan karyerasında birinci ciddi uğurunu 2013-cü ildə Polşanın Vroslav şəhərində qazandı. Tanasan Dünya Çempionatında 203 kiloqramlıq nəticə ilə gümüş medal qazandı. Sopita Tanasan karyerasında birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında Tanasan birdən qaldırmada 92 kiloqram, təkanla qaldırmada isə 108 kiloqram nəticə göstərdi. Ümumi olaraq isə 200 kiloqramlıq nəticə ilə Sopita Tanasan XXXI Yay Olimpiya Oyunlarının çempionu oldu.
Şovits yovşanı
Şovits yovşanı (lat. Artemisia szowitziana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda, Orta Asiyada çay kənarlarında, səhralarda, meşələrdə təbii halda bitir. == Botaniki təsviri == Gövdəsi 50–60 sm və ya daha hündürdür. Aşağı yarpaqları müəyyən hissəsi üçər lələkvari parçalanan, bəziləri lələkvari, digərləri isə ikiqat lələkvari parçalanandır. Çiçəklər barverəndir. Örtük yarpaqlar 3–7 ədəd üst-üstə oturan sərt yarpaqlardan təşkil olunmuşdur. Qıraq yarpaqlar bir qədər orta yarpaqlardan kiçikdirlər. Hamaş çiçəyi eyni olub, budaqları əyilən, piramidavari, süpürgəlidir. Aşağı yarpaqları çox vaxt 10 sm uzunluğunda, uc payları xətvari 5–10 sm uzunluğunda, yastıdırlar.
Sotşa Dlamini
Sotşa Dlamini (27 May 1940 – 7 Fevral 2017) — 6 oktyabr 1986-cı ildən 12 iyul 1989-cu ilə qədər Svazilendin baş naziri olmuş siyasətçi. Dlamini Svazilendin Mankayane şəhərində anadan olmuşdur. Dlamini 7 fevral 2017-ci ildə 76 yaşında vəfat etmişdir.
Societa Sportivo Calcio Napoli
Società Sportiva Calcio Napoli — İtaliyanın Neapol şəhərində 1926-cı ildə qurulmuş futbol klubudur. Dünyaca məşhur futbolçu Dieqo Armando Maradona da bu klubun formasını 1984–1991-ci illər arasında 188 dəfə geyinmişdir. Klub tarixinin böyük hissəsini İtaliya A Seriyası liqasında keçirmiş və 2013–2014 mövsümünü 3-cü olaraq bitirmişdir. Napoli, 1986–1987 və 1989–1990-cı illərdə İtaliya A Seriyası liqasının qalibi olmuşdur. Həmçinin klub 5 dəfə İtaliya kubokunu, 1990-cı ildə İtaliya Superkubokunu qazanmışdır. Avropa arenasında isə 1988–1989 mövsümündə UEFA Kubokunu başı üzərinə qaldırmışdır. Napoli İtaliyanın cənubunun ən uğurlu , İtaliyanın isə 4-cü ən çox dəstəklənən klubudur. İllik gəlir baxımından İtaliyada 5-ci dünyada isə 22-ci olan klubun 2013-cü ildəki gəliri 116.400.000 € olmuşdur. == Tarixi == 2000–2001-ci il mövsümünü İtaliya A Seriyasında 36 xalla 17-ci bitirən Napoli İtaliya B Seriyası liqasına düşdü. 2001–2002 mövsümündə yüksək liqaya qalxa bilməyən klub, 2002–2003 mövsümündə son anda bir alt liqaya düşməkdən xilas olsa da 2003–2004 mövümündə maliyyə problemləri üzündən adını itirir və Napoli Soccer olaraq olaraq İtaliya C1 Seriyası liqasına düşürülür, 2004–2005-ci il mövsümündən isə İtaliya C1 Seriyası liqasında yarışa başlayır.