Sopita Tanasan

Sopita Tanasan (d. 23 dekabr 1994; Çumpfon, Tailand) — Tailandlı ağır atlet. Sopita Tanasan 2016-cı ildə Tailandı XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və qızıl medal qazanıb. Tanasan həmdə 2013-cü ildə Dünya Çempionatında gümüş medal qazanıb.

Sopita Tanasan
Şəxsi məlumatlar
Vətəndaşlığı Tailand Tailand
Doğum tarixi (28 yaş)
Doğum yeri Çumpfon, Tailand
İdman növü Ağır atletika
Boyu 1.54 sm.
Çəkisi 48 kq.

Həyatı[redaktə | mənbəni redaktə et]

Sopita Tanasan 1994-cü ilin 23 dekabr günündə Tailandın Çumpfon vilayətində anadan olub.

Karyerası[redaktə | mənbəni redaktə et]

Sopita Tanasan karyerasında birinci ciddi uğurunu 2013-cü ildə Polşanın Vroslav şəhərində qazandı. Tanasan Dünya Çempionatında 203 kiloqramlıq nəticə ilə gümüş medal qazandı.

Sopita Tanasan karyerasında birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında Tanasan birdən qaldırmada 92 kiloqram, təkanla qaldırmada isə 108 kiloqram nəticə göstərdi. Ümumi olaraq isə 200 kiloqramlıq nəticə ilə Sopita Tanasan XXXI Yay Olimpiya Oyunlarının çempionu oldu.

İstinadlar[redaktə | mənbəni redaktə et]