Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ştollen
Ştollen (alm. Stollen‎ və ya alm. Christstollen‎) — alman mətbəxinə aid milad şirniyyatı. Ştollenin əsasən kişmiş və sukat içlikli forması geniş yayılmış, lakin lalə, qoz-fındıq və marsipandan olan forması da məşhurdur. Ştollenin hazırlanması üçün müəyyən proporsiyalara riayət etməklə ağır maya xəmiri lazımdır. Sukatlı ştollen üçün: 10 kq una — 3 kq-dan az olmayaraq kərə yağı və ya marqarin və 6 kq limon və ya portağal sukatı. Təbii ki hər bişirənin öz ədviyyat və əlavələr resepti vardır ki, bu da ştollenə müxtəlif dadlar verir. Ştollenin bişirilməsindən sonra üzərinə ərinmiş kərə yağı sürtülür və şəkər pudrası səpilir. Ştollenin yaranma tarixi isə orta əsrlərə gedib çıxır. == Növləri == Ştollenin müxtəlif növləri vardır: Butterstollen — yağlı ştollen; Dresdner Christstollen — Drezden ştolleni; Mandelstollen — badamlı ştollen; Marzipanstollen — marzipanlı ştollen; Mohnstollen — laləli ştollen; Nussstollen — qoz-fındıqlı ştollen; Quarkstollen — kəsmikli ştollen; Champagnerstollen — şampanlı ştollen; Rotweinstollen — qırmızı çaxırlı ştollen; Schokostollen — şokoladlı ştollen.
Stoebe
Stoebe (lat. Stoebe) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Fred Stoller
Frederick "Fred" Stoller (ing. Fred Stoller; 19 mart 1958 və ya 19 mart 1965, Çikaqo, İllinoys) — ABŞ aktyoru.
Sevinj Stories
Sevinj Stories (azərb. Sevincin hekayələri‎) — 2022-ci ildə Əlixan Rəcəbov tərəfindən Xocalı soyqırımı haqqında çəkilmiş Azərbaycan tarixi dram miniserialı. == Məzmun == Miniserialın əsas mövzusu Birinci Qarabağ müharibəsi dövründə, 1992-ci ilin fevralında, Xocalı soyqırımı ərəfəsində Xocalıda yaşayan 9 yaşlı "Instagram" bloqqeri Sevincin yaşadığı hadisələrdir. Sevinc Xocalıda babası və nənəsi ilə yaşayıb günlük olaraq vloq çəkir. Həmin vaxt erməni qüvvələri şəhərə hücum edir, atəşlər zamanı qızın qorxmaması üçün babası Hikmət "qızım qorxma fişəng atılır" kimi cümlələrdən istifadə edir. Serialdakı personajlar xəyal məhsulu olsa da, çəkilişlərdə Xocalı soyqırımı qurbanlarının ifadələrinə əsaslanaraq real hadisələr canlandırılır. == İstehsal == === Konsepsiya === "Sevinj Stories" layihəsi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilən "Xocalıya ədalət" kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyilə ərsəyə gətirilmişdir. Layihə rəhbərliyi serialın xarici və yerli auditoriya üçün nəzərdə tutulduğunu, əsas məqsədinin Xocalı soyqırımı barədə qlobal olaraq insanların məlumatlılığını artırmaq, soyqırımı qurbanlarının xatirəsini yad etmək və gənc nəsil tərəfindən unudulmasının qarşısını almağa nail olmaq olduğunu bildirmişdir. Layihənin rəsmi sosial media hesablarında fevral ayının 1-dən başlayaraq faciənin anım gününədək hər gün qısa videoçarxlar paylaşılması nəzərdə tutulmuşdur. Miniserial "Eva Stories" layihəsinin adaptasiyasıdır.
Stolbişe gölü
Stolbişe gölü —Tatarıstanın Laişevski rayonu ərazisində yerləşən göl. Tatarıstan SSR Nazirlər Sovetinin 10 yanvar 1978-ci il № 25 və TatarıstanRespublikası Nazirlər Kabinetinin 29 dekabr 2005-ci № 644 saylı qərarı ilə yerli əhəmiyyətli təbiət abidəsi elan edilmişdir. == Coğrafiya == Stolbişe təbii mənşəlli göldür. Tatarıstanın Laişevski rayonunda, Stolbişe kəndində yerləşir . Su tutarı uzunsov formaya malikdir. Uzunluğu 530 metr, maksimal eni isə 170 metrdir. Su səthinin sahəsi 6,49 ha-dır. Orta dərinliyi 2 metr təşkil edir. == Hidrologiya == Su tutarının həcmi 130 min m³-dir. Yeraltı sularla qıdalanır.
YouTube Stories
YouTube (azərb. Yutub‎) — dünyanın ən böyük video paylaşma sistemlərindən biridir. 15 fevral 2005-ci ildə 3 köhnə PayPal işçisi tərəfindən qurulmuş və 2006-cı ilin oktyabrında Google tərəfindən satın alınmışdır. "Tube" sözü Cathode Rals Tube; Televiziya tubiki — borusu (elektron şüa borusu) sözündən gəlmişdir. "Broadcast Yourself" — "Özünü Yayımla" şüarı ilə yola çıxmışdır. == Tarixi == Əvvəllər PayPal-da işləyən Steve Chen, Chad Hurley və Jawed Karim videoların e-mail on yollanıla bilməməsi üzərinə 15 fevral 2005-ci ildə yaradılmasına baxmayaraq monetar problemlər səbəbi ilə ilk video 23 aprel 2005-ci ildə Jawed Karim tərəfindən yüklənmişdir. YouTube 9 oktyabr 2006-cı ildə Google tərəfindən 1.65 milyard dollara satın alınmışdır. Bu Google tarixindəki ən böyük alqıdır. Google-un ödədiyi 1.65 milyard dollar YouTube əməkdaşları arasında paylaşılmışdır. == İş sistemi == YouTube video formatı olaraq Flash Video Formatı (*.
Forbidden Stories
Forbidden Stories — "təhdid, həbs və ya qətllə üzləşən digər jurnalistlərin işini davam etdirmək və dərc etmək" missiyası olan qeyri-kommersiya təşkilatı. Buna nail olmaq üçün təşkilat, jurnalistlərə işlərini onlara göndərməyə imkan verir, beləliklə, müəllif daha onu yaza bilməyəcəyi təqdirdə digər jurnalistlərin materiala çıxışı olur. O, Sərhədsiz reportyorlar və Freedom of the Press Foundation kimi təşkilatlarla əməkdaşlıq edir. Beynəlxalq səviyyədə Columbia Journalism Review, Daily Times, Deutschlandfunk, The Guardian, Le Monde, and RTBF tərəfindən yüksək qiymətləndirilib. 2018-ci ilin mart ayında Fransanın İllik Jurnalistika Sammitində "İlin Jurnalistika Layihəsi" mükafatını qazanıb və 2019-cu ildə innovasiya kateqoriyası üzrə Avropa Mətbuat Mükafatının qısa siyahısında yer alıb.
Rolling Stones
'The Rolling Stones (МФА:[ˈrəʊ.lɪŋ stəʊnz]; ingilis dilindən tərcümədə "yuvarlanan daşlar", məzmun tərcüməsi — «azad səyyahlar» və ya" avaralar"») — 12 iyul 1962-ci ildə yaranmış və populyarlığına görə The Beatles qrupu ilə ciddi rəqabətdə olan Böyük Britaniya rok-qrupu. Rolling Stones musiqi tarixində ən uğurlu rok-qruplardan sayılır.. Quruluşunun ilk illərində heyətində Brian Johns (gitara, armonica), lan Stewart (piano), Mick Jagger(Mik Caqqer) (vokal, piano), Keith Richards (vokal, gitara), Bill Wyman (bas gitara) və Charlie Watts (bateri) var idi. Wyman - in qrupdan ayrılmasından sonra qrupun tam heyəti Jagger, Richards, Watts və Ronnie Wood - dan ibarət idi. Darryl Jones (bas gitara) və Chuck Leavell davamlı olaraq kömək edirdilər amma qrupun tam üzvləri deyildilər. Qrup 1989 - cu ildə Rock and Roll Hall of Fame-ə daxil oldu. Rolling Stone jurnalı qrubu "Gəlmiş-keçmiş ən yaxşı 100 sənətçi" siyahısında 4-cü yerə qoydu. The Rolling Stones ilk başda Avropada məşhur idi, daha sonra şöhrətləri 1960 - ların ortasında yaşanan "British Invansion" deyilən ingilis rok musiqi dalğası ilə bərabər Cənubi Amerikaya qədər yayıldı. Ümumilikdə 22 ədəd ( 24 ədəd ABŞ - da) studio albomu yayımladılar. Son albomları, "A Bigger Bang", 2005 - də yayımlanmışdır.
Stoebe nivea
Dolichothrix ericoides (lat. Dolichothrix ericoides) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dolichothrix cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Xeranthemum ericoides Lam. === Heterotipik sinonimləri === Aphelexis ericoides Sweet Argyrocome ericoides Poir. Bryomorphe lycopodioides (Sch.Bip. ex Walp.) Levyns Bryomorphe zeyheri Harv. Gnaphalium argyrocoma Sch.Bip. Helichrysum ericoides Pers. Klenzea lycopodioides Sch.Bip. ex Walp.
Callum Styles
Kallum Con Styles (d. 28 mart 2000, Buri, İngiltərə ) — ingilis əsilli Macarıstan millisinin futbolçusu . O, yarımmüdafiəçi və sol cinah müdafiəçi mövqelərində oynayır. Çempionşip komandalarından biri olan Barnsley- də oynayır. == Karyera == === Bury === Styles 1 iyul 2016-cı ildə EFL League One komandası Bury- yə qoşuldu. Peşəkar debütünü 8 may 2016-cı ildə Sautend Yunayted ilə mövsümün son oyununda etdi. Növbəti mövsümdə Styles ilk assistini 18 fevral 2017-ci ildə Chesterfield- ə qarşı etdi. 2016-17 mövsümündə 13 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib. Növbəti mövsüm, Bury komandası Stylesi liqada düzgün qeydiyyatdan keçirə bilmədi. === Barnsley === 6 avqust 2018-ci ildə Styles £500,000 qarşılığında EFL League One komandası Barnsley- ə transfer oldu.
My Short Stories
How Crazy Your Love — Yui mügənninin ilk b-tərəf yığma albomu.
Om Nom Stories
Om Nom Stories (azərb. Am Nyamın hekayələri‎) — Rusiya şirkəti ZeptoLab tərəfindən yaradılan qısametrajlı cizgi serialı. 9 dekabr 2011-ci ildə pilot epizodu nümayiş etdirilmişdir. Sonra birinci mövsümü təşkil edən 10 növbəti seriya göstərilmişdir. İkinci mövsüm Cut the Rope: Time Travel, üçüncü mövsüm isə Cut the Rope 2 ilə eyni vaxtda başlamışdır. Üçüncü mövsümdə Am Nyam digər nyamamlar ilə görüşür. == Süjet == === 1-ci mövsüm === Evan Koulton adi 13 yaşlı oğlandır. Onun qəribə bir bağlama alması ilə həyatı həmişəlik dəyişir. Bu bağlamanın içində An Nyam adlı balaca bir divciyəz olur. Am Nyam şəkər yeməyi sevən balaca, yaşıl divciyəzdir.
Stones (Zibbz mahnısı)
Stones (azərb. Daşlar‎) — İsveçrənin 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Zibbz dueti "Stones" mahnısı ilə İsveçrəni Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Mahnı Zibbz duetinin üzvləri Korin və Sti Qfeller ilə Kanadalı bəstəkar Laurell Barkerin əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir. Anti-dedovşina və diskriminasiya mövzusunda yazılan mahnıda "daşlar" (ing. stones) metafor şəklində müxtəlif alçaldıcı sözləri, təhqirləri əvəz edir.
The Rolling Stones
'The Rolling Stones (МФА:[ˈrəʊ.lɪŋ stəʊnz]; ingilis dilindən tərcümədə "yuvarlanan daşlar", məzmun tərcüməsi — «azad səyyahlar» və ya" avaralar"») — 12 iyul 1962-ci ildə yaranmış və populyarlığına görə The Beatles qrupu ilə ciddi rəqabətdə olan Böyük Britaniya rok-qrupu. Rolling Stones musiqi tarixində ən uğurlu rok-qruplardan sayılır.. Quruluşunun ilk illərində heyətində Brian Johns (gitara, armonica), lan Stewart (piano), Mick Jagger(Mik Caqqer) (vokal, piano), Keith Richards (vokal, gitara), Bill Wyman (bas gitara) və Charlie Watts (bateri) var idi. Wyman - in qrupdan ayrılmasından sonra qrupun tam heyəti Jagger, Richards, Watts və Ronnie Wood - dan ibarət idi. Darryl Jones (bas gitara) və Chuck Leavell davamlı olaraq kömək edirdilər amma qrupun tam üzvləri deyildilər. Qrup 1989 - cu ildə Rock and Roll Hall of Fame-ə daxil oldu. Rolling Stone jurnalı qrubu "Gəlmiş-keçmiş ən yaxşı 100 sənətçi" siyahısında 4-cü yerə qoydu. The Rolling Stones ilk başda Avropada məşhur idi, daha sonra şöhrətləri 1960 - ların ortasında yaşanan "British Invansion" deyilən ingilis rok musiqi dalğası ilə bərabər Cənubi Amerikaya qədər yayıldı. Ümumilikdə 22 ədəd ( 24 ədəd ABŞ - da) studio albomu yayımladılar. Son albomları, "A Bigger Bang", 2005 - də yayımlanmışdır.
Bedtime Stories (Madonna albom)
Bedtime Stories Madonnanın altıncı studiya albomu. 25 oktyabr 1994 ildə Maverick Records tərəfindən nəşr olundu.
Sevinj Stories (miniserial, 2022)
Sevinj Stories (azərb. Sevincin hekayələri‎) — 2022-ci ildə Əlixan Rəcəbov tərəfindən Xocalı soyqırımı haqqında çəkilmiş Azərbaycan tarixi dram miniserialı. == Məzmun == Miniserialın əsas mövzusu Birinci Qarabağ müharibəsi dövründə, 1992-ci ilin fevralında, Xocalı soyqırımı ərəfəsində Xocalıda yaşayan 9 yaşlı "Instagram" bloqqeri Sevincin yaşadığı hadisələrdir. Sevinc Xocalıda babası və nənəsi ilə yaşayıb günlük olaraq vloq çəkir. Həmin vaxt erməni qüvvələri şəhərə hücum edir, atəşlər zamanı qızın qorxmaması üçün babası Hikmət "qızım qorxma fişəng atılır" kimi cümlələrdən istifadə edir. Serialdakı personajlar xəyal məhsulu olsa da, çəkilişlərdə Xocalı soyqırımı qurbanlarının ifadələrinə əsaslanaraq real hadisələr canlandırılır. == İstehsal == === Konsepsiya === "Sevinj Stories" layihəsi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilən "Xocalıya ədalət" kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyilə ərsəyə gətirilmişdir. Layihə rəhbərliyi serialın xarici və yerli auditoriya üçün nəzərdə tutulduğunu, əsas məqsədinin Xocalı soyqırımı barədə qlobal olaraq insanların məlumatlılığını artırmaq, soyqırımı qurbanlarının xatirəsini yad etmək və gənc nəsil tərəfindən unudulmasının qarşısını almağa nail olmaq olduğunu bildirmişdir. Layihənin rəsmi sosial media hesablarında fevral ayının 1-dən başlayaraq faciənin anım gününədək hər gün qısa videoçarxlar paylaşılması nəzərdə tutulmuşdur. Miniserial "Eva Stories" layihəsinin adaptasiyasıdır.
Stolbı Dövlət Təbiət Qoruğu
Stolbı dövlət təbiət qoruğu - Şərqi Sayanın şərq hissəsində, Orta Sibir yaylası ilə sərhəddə, Krasnoyarsk diyarı ərazisində yerləşən qoruq. Mühafizə olunan ərazinin təbii sərhədləri Yeniseyin sağ qollarıdır: şimal-şərqdə - Bazaixa çayı, cənub və cənub-qərbdə Mana və Bolşaya Slizneva çayları. Şimal-şərqdən «stolbı»Krasnoyarsk şəhərinə bitişikdir. Qoruğun mühafizə zonasının sərhəddinə bir şəhər avtobus dayanacaq vardır. 1925-ci ildə Krasnoyarsk şəhər sakinlərinin təşəbbüsü ilə mənzərəli qayalar ətrafındakı təbii kompleksləri - sienit qalıqlarını qorumaq üçün qurulmuşdur. Hal-hazırda onun sahəsi 47,219 ha-dır. YUNESKO-nun Ümumdünya irsi Fondunun siyahısına təqdim edilmişdir. Altay-Sayan Ekoregion Təbiət Qoruqları və Milli Parklar Birliyinin üzvüdür. == Flora və fauna == Qoruğun florasına təxminən 740 damarlı bitki və 260 növ yosun daxildir. Şərqi Sayansının orta dağlarına xas olan tayqa meşələri geniş ərazini tutur.
Battle Angel Alita: Holy Night and Other Stories
Battle Angel Alita: Holy Night and Other Stories (azərb. Döyüş mələyi Alita: Müqəddəs gecə və digər hekayələr‎) və ya Yaponiyada tanınan adı ilə Gunnm Gaiden (銃夢外伝, azərb. Silah yuxusu qaydeni‎) – Yukito Kişiro tərəfindən yazılmış və çəkilmiş manqa. "Battle Angel Alita" manqa seriyası üçün qayden xarakteri daşıyır. == Məzmun == Manqa 4 qısa hekayədən ibarətdir: "Müqəddəs gecə", "Supersonik barmaqlar", "Evə qayıdış" və "Barjack rapsodiyası". Hadisələr "Battle Angel Alita" ilə "Battle Angel Alita: Last Order" manqaları arasında zaman dilində baş verir. Qaydendəki bəzi personajlar orijinal manqada görünməmişdir. "Müqəddəs gecə" hekayəsi s.d. 571-ci ildə baş verir. Tiferesdən atılan Daysuke İdo sirli gənc qadını xilas edir.