Sevinj Stories (azərb. Sevincin hekayələri) — 2022-ci ildə Əlixan Rəcəbov tərəfindən Xocalı soyqırımı haqqında çəkilmiş Azərbaycan tarixi dram miniserialı.
Sevinj Stories | |
---|---|
ing. Sevinj Stories | |
| |
Janr | tarixi dram |
Əsaslanır | Xocalı soyqırımı |
Rejissor |
|
Operator |
Natiq Hüsiyev Fərid İsmayılzadə |
Prodüser |
|
Yaradıcısı | Əlixan Rəcəbov |
Ssenarist |
|
Rollarda |
Nəzakət Heydərova Mirzə Ağabəyli |
Şüar | "Xocalı soyqırımı zamanı "Instagram" olsa idi" |
Montajçı | Natiq Hüsiyev |
Rəssam | Elturan Məmmədov |
İstehsalçı ölkə | |
Dil | Azərbaycan dili |
İlk çıxış tarixi | 2 fevral 2022 |
Növü | miniserial |
Rəng | rəngli |
Mövsüm sayı | 1 |
Seriya sayı | 25 |
Vikianbarda əlaqəli mediafayllar |
Miniserialın əsas mövzusu Birinci Qarabağ müharibəsi dövründə, 1992-ci ilin fevralında, Xocalı soyqırımı ərəfəsində Xocalıda yaşayan 9 yaşlı "Instagram" bloqqeri Sevincin yaşadığı hadisələrdir.[1] Sevinc Xocalıda babası və nənəsi ilə yaşayıb günlük olaraq vloq çəkir. Həmin vaxt erməni qüvvələri şəhərə hücum edir, atəşlər zamanı qızın qorxmaması üçün babası Hikmət "qızım qorxma fişəng atılır" kimi cümlələrdən istifadə edir. Serialdakı personajlar xəyal məhsulu olsa da, çəkilişlərdə Xocalı soyqırımı qurbanlarının ifadələrinə əsaslanaraq real hadisələr canlandırılır.[2][3]
"Sevinj Stories" layihəsi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilən "Xocalıya ədalət" kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyilə ərsəyə gətirilmişdir.[4] Layihə rəhbərliyi serialın xarici və yerli auditoriya üçün nəzərdə tutulduğunu, əsas məqsədinin Xocalı soyqırımı barədə qlobal olaraq insanların məlumatlılığını artırmaq, soyqırımı qurbanlarının xatirəsini yad etmək və gənc nəsil tərəfindən unudulmasının qarşısını almağa nail olmaq olduğunu bildirmişdir.[5] Layihənin rəsmi sosial media hesablarında fevral ayının 1-dən başlayaraq faciənin anım gününədək hər gün qısa videoçarxlar paylaşılması nəzərdə tutulmuşdur.[6] Miniserial "Eva Stories" layihəsinin adaptasiyasıdır.[7]
Layihəni 8 nəfər icra etmişdir. Layihənin rəhbəri Əlixan Rəcəbov, rejissoru Vüsal Əhmədzadə, ssenaristləri Əlixan Rəcəbov, Toğrul Eminli və Vüsal Əhmədzadə, rəssamı Elturan Məmmədov, operator və montajçısı Natiq Hüsiyev, səs operatoru və texniki Fərid İsmayılzadə, prodüser və koordinatoru İbrahim Heydərov və qrimçisi Sevda Zeynalova olmuşdur. Miniserialın çəkilişləri Qəbələ rayonunun Vəndam kəndində, adətən həftəsonu və ya tətil günlərində aparılmışdır. Çəkilişlər gün ərzində 8 və ya 10 saat fasilələrlə davam etmişdir.[8]
Miniserialın baş rolu olan Sevinc personajı Nəzakət Heydərova tərəfindən canlandırılmışdır.[9] Sevincin dostu Asifi isə Kənan İkidağ canlandırmışdır. Sevincin babası rolunu Mirzə Ağabəyli ifa etmişdir.[10]
Miniserial yayımlanmazdan əvvəl bir treyler paylaşılmışdır.[11] Bundan sonra layihənin seriyaları 1 fevral tarixindən başlayaraq[6] "Instagram" platformasında,[12] "sevinj.stories" səhifəsində yayımlanmışdır.[13]
Miniserialın rejissoru Əlixan Rəcəbov 4 fevralda bildirmişdir ki, "Sevinj.stories" səhifəsinə qısa zamanda 400 mindən çox izləyici izləmişdir və onların sayı artmaqda davam edir.[11]