Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Strelna
Strelna (rus. Стрельна, alm. Strelne‎) — Rusiya ərazisində yerləşən qəsəbə. Strelna federal əhəmiyyətli Petrodvorets rayonunun bir hissəsi sayılır. Şəhər Fin körfəzinin sahilində, Strelka və Kikenka çaylarının sahilində yerləşir. 2002-ci ilin əhalinin siyahıya alınmasına görə qəsəbədə 12 751 nəfərin, 2010-cu ildə isə cəmi 12 452 nəfərin yaşadığı müəyyən olunmuşdu. Strelnanın mərkəzindən Peterhof yolu keçir, həmin yolda Sankt-Peterburq tramvayının 36 nömrəli marşrutunun son dayanacağı yerləşir. Hazırkı tramvay yolu, Rusiya imperiyasının şəhərətrafı qatarları birləşdirilməsi məqsədilə tərtib etdiyi ilk layihə, yəni ORANEL adlı unikal nəqliyyat xəttinin mirası hesab olunur. Həmçinin qəsəbənin mərkəzindən Oktyabr dəmir yolunun Baltik xətti keçir və buradakı stansiyada şəhərətrafı istiqamətlərə gedən qatarlar dayanır. == Tarix == 1500-cü ilin qeydiyyat sənədlərində Strelna kiçik kənd kimi qeyd edilir, Stolbovo sülh müqaviləsindən sonra həmin ərazilər İsveçin tərkibinə qatılır və 1630-cu illərdə İsveç siyasi xadimi İohann Şütte Strallın Hoffdakı mülkləri arasında qeyd edilir.
Doktor Strenc
Doktor Strenc (ing. Doctor Strange) — ABŞ komiks nəşriyyatı Marvel Comics tərəfindən yaradılmış personaj. Yaradıcıları Sten Li və Stiv Ditkodur. İlk dəfə 1963-cü ilin iyulundan çapdan çıxan "Qəribə hekayələr" komiksinin 110-cu sayında peyda olmuşdur. Keçmiş neyrocərrah olan Strenc Ali sehrbazdır və Yerin mistik təhlükələrdən qorunmasında vacib rol oynayır. İki mistik əşyadan istifadə edir: Levitasiya plaşı və Aqamotonun gözü. Nyu-York şəhərində yerləşən Sanctum Sanctorum binasından iqamətgahı kimi istifadə edir. Ən yaxın köməkçisi Vonqdur. 2008-ci ildə Doktor Strenc "Wizard" jurnalının "Bütün dövrlərin ən böyük 200 komiks personajı" siyahısında 83-cü yerdə, 2012-ci ildə isə IGN-in "Top 50 Qisasçı" siyahısında 33-cü yerdə göstərilmişdir. Personaj IGN-in "Top 100 komiks personajı" siyahısında 34-cü yerdə qərarlaşmışdır.
Kristina Şremko
Kristina Şremko (6 yanvar 1972, Dunauyvaroş, Feyer medyesi[d]) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Kristina Şremko, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Kristina Şremko, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.
Sereno Vatson
Sereno Vatson (ing. Sereno Watson; 1 dekabr 1826, Konnektikut — 9 mart 1892, Kembric (Massaçusets)) — Amerika botaniki.
Sereno Watson
Sereno Vatson (ing. Sereno Watson; 1 dekabr 1826, Konnektikut — 9 mart 1892, Kembric (Massaçusets)) — Amerika botaniki.
Strend (London)
Strend (ing. Strand) — inzibati dairə, Vestminster borası ilə Siti London arasınnda yerləşə, Londonun mərkəzi küçəsi. Küçə demək olar ki, Trafalqar meydanından başlayaraq, Temza çayına paralel olaraq şərqə, Flit Stritə doğru uzanır. Küçənin adı Bertolt Brextin Üç qəpiklik opera tamaşasına yazılmış Bıçaq Mekki haqqında balladada 1897-ci ildə Londonda qətl törədilən yerin adı kimi çəkilir.
Robert Streync Maknamara
Robert Streync Maknamara - 1961-1968-ci illərdə ABŞ Müdafiə Naziri. Ona qədər isə Maknamara "Ford" korporasiyasının Ford ailəsindən olmayan ilk baş direktoru işləyib. O, prezident Con Kennedi tərəfindən nazir postuna təyin olunandan beş həftə sonra "Ford"dakı vəzifəsini tərk edib. Nazir postundan gedəndən sonra (1968-1981) Dünya Bankının prezidenti olub. 2009-cu ildə vəfat edib.
Yolüstü saray (Strelna)
I Pyotrun Yolüstü sarayı (rus. Путевой дворец Петра I) — Peterburqun şəhərətrafı sayılan Strelna qəsəbəsində yerləşən saray. Bura Pyotrun zamanından günümüzə kimi qorunub saxlanılmış ən erkən tikililərdən biridir. Saray Fin körfəzinin sahilində, Neva buxtasının cənub hissəsində, buzlaqların çəkilməsindən sonra qalan təpənin üzərində yerləşir və çoxlu yarğan və Strelka çayı ilə əhatə olunur. Ölçü və dekorativ tərtibatına görə sadə olan taxta saray, imperatorun Sankt-Peterburqdan tikilən Kronştadt şəhərinə müntəzəm səfərləri zamanı dayanacaq və istirahəti üçün nəzərdə tutulmuşdur. == Tarix == Sarayın tikinti işləri 1716-cı ildə başlamışdı (başqa bir versiyaya əsasən 1710—1711-ci illərdə). Sarayın ilkin memarı məlum deyil. Özünün "Şimal Versaliyası" sayılan Peterhofla məşğul olan Pyotr, Strelna qəsəbəsinə marağını azaltmışdı. Buna baxmayaraq, onun əmri ilə 1719-1720-ci illərdə ev yenidən qurulmuş və genişləndirilmişdir. Tezliklə məlum oldu ki, ətrafda böyük miqdarda suyun olmasına baxmayaraq (Kikenka və Strelka çayları), Pyotrun Versala bənzər, böyük fəvvarə və kaskadlarla dolu park ansamblının yaradılması mümkün deyil.
Steno bredanensis
İridiş delfin (lat. Steno bredanensis) — Delfinlər fəsiləsinə daxil olan növ. İridiş delfinlər cinsinə daxil olan yeganə növ (Steno). == Xüsusiyyətləri == Uzunluqları 209–265 sm, sinə üzgəcləri 36–49 sm, bel üzgəci 18–28 sm, çəkisi 90–155 kq təşkil edir. Erkəklər dişilərdən iri olur. Rəngi boz olub ağ ləkələrlə örtülüdür. == Yayılması == Bu canlı əsasən tropik və subtropik qurşaqlarda yayılmışlar. Onlara nadir hallarda mükayim enliklərdə görmək olur. Onlara Siam körfəzi, Qırmızı dəniz, Meksika körfəzi, Karib dənizi və Kaliforniya körfəzi. == Həyat tərzi == Qidasının əsasını başıayaqlılara daxil olan molyusklar və balıqlar təşkil edir.
Qay Le Strenc
Qay Le Strenc (d. Hunstanton, Norfolk, 24 iyul 1854; ö. Kembric, 24 dekabr 1933) — ingilis şərqşünas. == Həyatı == Henry LEstrange Styleman adlı bir atanın oğlu olaraq Hunstantonda doğuldu; 1875-ci ildə məhkəmə qərarıyla Styleman soyadını buraxdı. Həyatının böyük bir qismını İngiltərə xaricində keçirən Qay le Stranc, Parisdə olduğu bir sırada Julius Mohlun təsirində qalaraq İrana və Fars ədəbiyatına ilgi duymağa başladı. Bu arada Stanislas Guyardın Ərəb dili dərslerine devam edib bu dili dilçi düzeyinde öyrenmeyi başardı. 1877-1880-ci illərini dilini və mədəniyyətini daha yaxşı öyrənmək amacıyla İranda keçirdi. Daha sonra Kembricdə yerləşdi və əsərlərinin çoxunu burada yazdı. Kiçik yaşdan bəri görmə pozuqluğu olan Guy le Strange, 1912-ci ildən etibaren görmə yetənəyini itirmə nöqtəsinə gəldiysə də, çalışmalarına şövqlə davam etdi. Qay Le Strenc 23 dekabr 1933-cü il tarixinde Floransada (İtaliya) öldü.
Doktor Strenc (film, 2016)
Doktor Strenc (ing. Doctor Strange) – Marvel Comics-in eyniadlı komiks personajından bəhs edən 2016-cı il istehsalı ABŞ filmi. Film elmi fantastika, macəra və döyüş janrındadır. Film Marvel Kinematoqrafiya Kainatının 14-cü filmidir. Film ilk dəfə 13 oktyabr 2016-cı ildə Honq Konqda, noyabrin 4-də isə ABŞda 3D və İMAX3D formatlarında göstərilmişdir. Film bütün dünyada 677 milyon $ qazanc əldə etmiş və tənqidçilərdən müsbət rəylər almışdır. Film Ən yaxşı vizual effektə görə Oskar mükafatı namizədi seçilmişdir. == Mövzu == Katmanduda sehrbaz Kayesilius adamları ilə gizli Kamar-Taja daxil olur və oradakı kitabxanaçını öldürür. daha sonra o buradakı mistik bir kitabdan çox güclü bir sehr olan səhifəni cırır. Bunu bilən Qədim Biri onları təqib edir, lakin sonra onların izini itirir.
Doktor Strenc: Dəliliklərin multikainatında
Doktor Strenc: Dəliliklərin multikainatında – Marvel Comics personajı Doktor Strencin ikinci filmi. Film 2016-cı il istehsalı Doktor Strenc filminin davamıdır. Filmin 2022-ci ilin 6 mayında yayımlanmışdır. Doktor Strenc filminin rejissoru və köməkçi yazar Scott Derrickson , 2016-cı ilin oktyabr ayında qədər davam filmi planlayırdı. Filmin adı ilk dəfə 2019-cu ilin iyul ayında elan edildi və Bartlett oktyabr ayında filmin ssenarisini yazmaq üçün işə alındı. Derrickson 2020-ci ilin yanvarında rejissorluqdan istifa etdi. Sonrakı ayda Valdron layihəyə qatıldı ve aprel 2020-yə qədər filmin resijjoru kimi fəaliyyət göstərdi. Filmin çəkilişləri 2020-ci ilin noyabr ayında Londonda başladı, amma COVID-19 pandemiyası səbəbiylə 2021-ci ilin yanvar ayına kimi dayandırlıldı. == Mövzusu == Amerika Çaves və Dr. Strencin alternativ versiyası Vişanti Kitabını axtararkən kainatlar arasında kosmosda bir cin tərəfindən təqib edilir.
Stiven Strenc (Marvel Kinematoqrafiya Kainatı)
Stiven Strenc (ing. Stephen Strange) — Marvel Kinematoqrafiya Kainatında (MCU) Benedikt Kambertbetç tərəfindən canlandırılan, eyniadlı Marvel Comics personajına əsaslanan və əsasən elmi dərəcəsinə uyğun olaraq Doktor Strenc olaraq adlandırılan uydurma personaj. Personaj ilk dəfə "Doktor Strenc" (2016) filmində karyerasını sona çatdıran avtomobil qəzasından sonra sehrli güclər kəşf edib dünyanı qoruyan neyrocərrah olaraq görünmüşdür.
Doktor Strenc: Dəliliklərin multikainatında (film, 2022)
Doktor Strenc: Dəliliklərin multikainatında – Marvel Comics personajı Doktor Strencin ikinci filmi. Film 2016-cı il istehsalı Doktor Strenc filminin davamıdır. Filmin 2022-ci ilin 6 mayında yayımlanmışdır. Doktor Strenc filminin rejissoru və köməkçi yazar Scott Derrickson , 2016-cı ilin oktyabr ayında qədər davam filmi planlayırdı. Filmin adı ilk dəfə 2019-cu ilin iyul ayında elan edildi və Bartlett oktyabr ayında filmin ssenarisini yazmaq üçün işə alındı. Derrickson 2020-ci ilin yanvarında rejissorluqdan istifa etdi. Sonrakı ayda Valdron layihəyə qatıldı ve aprel 2020-yə qədər filmin resijjoru kimi fəaliyyət göstərdi. Filmin çəkilişləri 2020-ci ilin noyabr ayında Londonda başladı, amma COVID-19 pandemiyası səbəbiylə 2021-ci ilin yanvar ayına kimi dayandırlıldı. == Mövzusu == Amerika Çaves və Dr. Strencin alternativ versiyası Vişanti Kitabını axtararkən kainatlar arasında kosmosda bir cin tərəfindən təqib edilir.