Kristina Şremko (6 yanvar 1972, Dunauyvaroş, Feyer medyesi[d][1]) — Macarıstanı təmsil edən su poloçusu.[2]
Kristina Şremko | |||||||
---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | |||||||
Tam adı | Kristina Şremko | ||||||
Vətəndaşlığı | Macarıstan | ||||||
Doğum tarixi | |||||||
Boyu | 180 sm. | ||||||
Su poloçusu məlumatları | |||||||
Mövqeyi | Oyunçu | ||||||
Karyerası | |||||||
|
Kristina Şremko, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu.
Daha sonra Kristina Şremko, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.