Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sebasta
Sebasta və ya Eleusa Sebasta (yun. Ελαιούσα Σεβαστή) ― Anadolunun cənub sahilindəki Kilikiyada, Silifke istiqamətindəki Mersindən 55 km (34 mil) məsafədə yerləşən qədim Roma yaşayış məntəqəsi. == Tarixi == Eleusa (Ελαιούσα) adı yunan dilində yağ mənasını verən elaion (ἔλαιον) sözündən qaynaqlanır. Məntəqənin belə adlandırlmasına səbəb Eleusada zeytun ağacının çox olması idi. Məntəqə eramızdan əvvəl II əsrdə Aralıq dənizində dar bərzəx ilə materikə əlavə edilmiş kiçik adada qurulmuşdur. Şəhərin inkişafında zeytun əkilməsi ilə birlikdə Roma imperatoru Avqustun hakimiyyəti dövründə Kappadokiya kralı olmuş Arxelayın burada məskunlaşması da rol oynamışdır. Bərzəxdə yeni şəhər quran Arxelay buranı latın dilindəki "Avqust"-un yunanca ekvivalenti olan Sebaste adlandırdı. Şəhər Roma imperatoru Vespasianın 74-cü ildə Kilikiyanı quldurlardan təmizləməsi ilə qızıl dövrünüə girdi. Qədim mənbələr şəhərin mövcudluğunu və kilsələrin və bazilikaların son Roma və erkən Bizans dövrünə qədər necə gəlib çatdığını izah edir. 6-cı əsrdə şəhərin qonşuluğundakı Korikusun inkişaf etməyə başlaması ilə Eleusa Sebaste yavaş-yavaş tarix səhnəsindən silinməyə başladı.
Senitsa
Senitsa (slovak. Senica, alm. Senitz‎, mac. Szenice) — Slovakiyanın qərbində, Trnava bölgəsində şəhər. Əhalisi 23 700 nəfərdir (2004-cü il). Şəhər Zahorska dağ yamaclarının şimalında, Miyava çayının sahilində yerləşir. == Tarix == == Əhali == === Əhalinin etnik mənsubiyyəti === Slovaklar – 94,60 %Çexlər – 1,56 %Qaraçılar – 0,84 %Macarlar – 0,14 %digərləri === Əhalinin konfessional mənsubiyyəti === roma-katolikləri – 47,28 %ateistlər – 31,18 %yevangelik kilsə v.d. – 17,03 %yunan-katolikləri – 0,29 %pravoslavlar – 0,11 %digərləri == Tanınmış Senitsalılar == Vlado Adásek – Slovakiyalı rejissor və ssenari müəllifi. Jozef Bossanyi – tanınmış slovak tarixçisi, dilçi və təbiyətşünası Vladimír Fajnor – (1875 – 1952), siyasətçi Jozef Kvetoslav Holub – slovak pedaqoqu Viliam Pauliny-Tóth – slovak siyasətçisi, belletris və publisisti.
Sevasta
Sevast (yun. σεβαστός, mənası – hörmətli) və ya sevasta (yun. σεβαστή; qadın variantı) — latınlara aid Avqust titulunun yunan variantı kimi istifadə edilən termin. Bu termin, eləcə də sevastokrator kimi törəmələri XI əsrin sonlarından Komninlər dövrünə qədər Bizans imperiyasının titul sisteminin əsasını təşkil etmişdir. == Mənbə == Kajdan, Aleksandr. The Oxford Dictionary of Byzantium (ingilis). Oksford və Nyu-York: Oxford University Press. 1991. ISBN 0-19-504652-8. Maqdalino, Pol.