Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xirnik
Xirnik (Diospyros kaki) — Abnos fəsiləsinin xırnik cinsinə mənsub bitki. Meyvəsi yeyilir, şirin və ağızbüzüşdürücüdür. Iki növü yayılmışdır. Yabanı və ya Qafqaz xırniyi, Subtropik xırnik. == Ümumi məlumat == Subtropik xırnik yapon xurması da adlanır və mədəni halda becərilir. Yabanı xırnik Qafqazda, Orta Asiyada və Zaqafqaziyada yayılmışdır. Bu xırniklər hündürboylu düzböyüyən ağacdır, 20 m-dən hündür olur. Iri ağaclar Şəki-Zaqatala zonasında çoxdur. Xırnik mayın əvvəllərində yarpaqlar əmələ gəldikdən sonra çiçəkləyir. Çiçəkləmə dövrü 10-20 gün davam edir.
Şırnak
Şırnak — Türkiyənin Şırnak ilinin inzibati mərkəzi.
Sirik
Sirik — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 22 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Oykonimin sirak tayfasının adı ilə bağlılığı güman edilir. 1917-ci ildə kəndin adı Sirikli kimi qeydə alınmışdır. Sirik türk dillərində "çubuq" deməkdir. Oykonim "çubuqlu" mənasındadır. Keçən əsrdə Quba rayonundda Çubuxlu qışlaq, Qusar rayonunda Çubuxlu, Ermənistan ərazisində iki Çubuxlu və bir Çubuqçu kəndləri olmuşdur. == Tarixi == 18 dekabr 1918-ci ildə Azərbaycan-Ermənistan müharibəsi dövründə ermənilərin silahlı dəstəsi Sirik kəndinə hücum edərək kəndi yandırmış, əhalinin əmlakını talan etmiş və dağıtmışdır. Hücum nəticəsində kəndin əhalisindən 11 kişi, 10 qadın, 14 uşaq öldürülmüş, 2 kişi yaralanmışdır.
Kseniya Sitnik
Kseniya Sitnik (rusca: Ксения Ситник; 15 may 1995, Mozir, Qomel vilayəti) — Belarus müğənnisi. 2005-ci il Avroviziya Uşaq Mahnı Müsabiqəsində Belarusu "Мы вместе" ("Biz birlikdə") mahnısı ilə təmsil etmiş və qalib olmuşdur.
Sirenik eskimosları
Sirenik yupikləri və ya Sirenik eskimosları (öz dilində olan adı: Сиӷы́ныгмы̄́ӷа tək Сиӷы́ныгмы̄́ӷий cəm) — Rusiya Federasiyasının Çukotka Muxtar Dairəsində assimilyasiyaya məruz qalmış olaraq yaşayan Yupik qolundan bir Eskimos xalqıdır. Sirenik Yupiklərinin dilləri digər Yupik dillərindən diqqətə çarpan şəkildə fərqlidir və bu fərqliliyə əsasında Menovşçikov (Меновщиков) kimi mütəxəssis dilçilər Sirenik Yupikçəsini Yupik dilləri xaricində dutaraq Sirenik Eskimocası adı altında Eskimo dillərinin üçüncü ana qolu olaraq təsnif edər. Özlərinə məxsus mədəniyyətləri böyük ölçüdə dəyişmişdir. İndiki vaxtda Rusiyada ayrı bir xalq olaraq qəbul edilməyib, Naukan və Sibir (Çaplino) yupikləri ilə birlikdə Asiya eskimosları adı altında xatırlanarlar. == Təsnifatı == Eskimos-Aleut xalqları Aleut xalqı Eskimoslar Sirenik eskimosları Yupik xalqları Sirenik yupikləri Əsl Yupik xalqları Sibir yupikləri Naukan yupikləri Alyaska yupikləri Nunivak çupikləri Supiklər İnuit xalqları İnyupiklər və ya Alyaska inuitləri İnuitlər və ya Kanada inuitləri Qərbi Kanada inuitləri Şərqi Kanada inuitləri Qrenlandiya inuitləri == Tarix və Əhali == 20-ci əsrin başlarında Sirenik yupikləri Çukçi yarımadasının Provideniya (Провидения) ilə Preobrajeniya (Преображения) koyları arasında olan Sirenik və ya Sığınık (Сиӷы́ныӽ), İmtux (Имтух), Kınlığah (Кынлыӷаӽ), Asun (Асун) və Nunalıx (Нуналых) nöqtələrində yaşayırdı. 1895 yılında Sireniki (Sirinek) kəndində 79, İmtux kəndində də 43 danışanı var idi. 20-ci əsrin başlarında Sirenik yupikcəsini danışanlar 1954-ci ildə 130 nəfər ikən 1980-ci illərin başlarında yalnız 30 nəfər tərəfindən danışılırdı. 1988-ci ildə bu sayı 4-ə enmiş, 1997-ci ildə də son nəfər ölüncə də yox olmuşdur. == Dil == Anadilləri (Uqeghllistun) Valentina Vıye (Валентина Выйе) adlı son danışanının 1997-ci ildə ölməsiylə yox oldu. Anadillərini unudan Sirenik yupikləri indiki vaxtda Sibir yupikcəsinin Ungazik dialekti ilə və ya Rus dilində danışmaqdadır.
Sirenik yupikləri

Şırnak ili
Şırnak ili — Türkiyədə il. == Əhali == Əhalisi — 353 000 nəfərdir, (2000). Əhalinin əksəriyyəti — kürdlərdir. İri şəhərlərі — Şırnak, Cizre, Silopi. == İnzibati bölgüsü == Şırnak 7 ilçəyə bölünür.
Aşağı Sirik
Aşağı Sirik — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Aşağı Sirik kəndi Sirik kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Sirik (dəqiqləşdirmə)
Aşağı Sirik — Cəbrayıl rayonunda kənd. Sirik — Cəbrayıl rayonunda kənd.
Sirik (İran)
Sirik — İranın Hörmüzgan ostanının Minab şəhristanının Biyaban bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,640 nəfər və 640 ailədən ibarət idi.
Taxta şirni
Taxta şirni — Karameləoxşar Azərbaycan şirniyyatı. Tərkibinə şəkər tozu, limon turşusu daxildir, ətirləndirici kimi gülab, qızılgül yağından, üyüdülmüş fındıqdan, vanilindən və keşniş toxumundan, müstəlif yeyinti boyalarından istifadə olunur. Taxta şirni rafinad qənd kimi yalnız dişləmə çay içmək üçün bişirilirdi. Keçmiş dövrlərdə taxta şirni ən çox kəndlərdə, kasıb əhali arasında geniş yayılmışdır. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
İrnik burnu
İrnik burnu (bolq. нос Ирник, ‘Nos Irnik’ \'nos ir-'nik\) — Antarktidanın Cənubi Şetland adalarının Snou adası sahillərindən şimal-qərbdə yerləşən buzlaqlardan azad olan burundur. Burun Bolqar xanlarının adları arasında adı olan İrnik xanın adını daşıyır. == Yerləşməsi == Timblon burnundan 3.5 km cənub-qərbdə, Mezdra burnundan 2 km cənub-qərbdə, Byevoter burnundan 7.4 km şimal-şərqdə yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L.L. Ivanov.
Birlik
Birlikfilm
Dırnıs
Dırnıs — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Dırnıs Ordubad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Vənənd çayının (Arazın qolu) sahilində, Zəngəzur silsiləsinin ətəyindədir. XIX əsrə aid ədəbiyyatda Dernis variantında qeydə alınmışdır. Oykonim ərəb dilindəki der/deyr (məbəd, monastır) və naus (zərdüşti qəbirləri üstündə tikili) komponentlərinin birləşməsi kimi izah olunur. Əslində, oykonim rayonun ərazisindəki Qapıcıq adlı dağ aşırımı ilə bağlı yaranmış çox qədim dil vahididir. Bir çox qədim dillərdə dura (yunan), duar (gürcü və osetin), dvaras (hind), drunk (qədim fars) və s. sözlər "qapı", "qapılar", "dağ kecidi" mənalarında işlənmişdir.. == Tarixi == Dırnıs kəndi Ordubad rayonunun,habelə,bütün Naxçıvan diyarının ən gözəl kəndlərindən biridir. Bura çox qədimdən insan məskəni olmuşdur.Yaşı min ildən artıq olan bu kənddə türkdilli Alban tayfaları yaşamışdır.
Sipsik
Sipsik — Estoniya uşaq ədəbiyyatı yazıçısı Eno Raud kitabında karakter və Estoniyanın simvollarından olan bez gəlincik. İlk dəfə "Sipsik" ​​(1962) kitabında göründü. Sipsikin mavi və ağ zolaqlı kostyumu, qara saçı, böyük gözləri və gülər üzü var. Sipsik Estoniya uşaq ədəbiyyatı karakter lərinin ən görkəmli simalarından biridir.
Sirenia
Sirenlər (lat. Sirenia) — afroterilər dəstəüstünə aid heyvan dəstəsi.
Sırmak
Sırmak (qaz. Сырмақ) — Qazaxıstanda naxışlı keçəli xalça. Sırmak mozaika adlanan texnikadan istifadə etməklə müxtəlif rəngli keçənin ayrı-ayrı hissələrindən hazırlanır. Naxış səthi ilə eyni fonda kəsilir; bu kompozisiya başqa bir keçənin üzərinə qoyulur və yorğanlanır, sonra naxışın konturu boyunca rəngli kordonla tikilir. Sırmak qazax xalq məskəni olan yurdların əsas bəzək əşyalarından biridir.
Sırqın
Sıqın (fars. سرقين‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 825 nəfər yaşayır (185 ailə).
Sərnic
Sərnic – qədim mis qаb оlub, hər iki tərəfdən qulpu оlаrdı. Sərnicdən dаhа çох mаldаn südü sаğmаq üçün bir qаb kimi istifаdə оlunurdu. Sərnic tаm mənаsı ilə sənətkаrlıq nümunəsi оlub, özünün zərif nахışlаrı və üstündəki yаzılаrı ilə şöhrət qаzаnmışdı. Sərnic misgərlik məhsulu idi və vеdrə mеydаnа çıхdıqdаn sоnrа məişətdəki rоlunu itirmişdir.
Şibenik
Şibenik (xorv. Šibenik) — Xorvatiyanın mərkəzi Dalmasiya bölgəsindəki tarixi bir şəhərdir. Krka çayının Adriatik dənizinə tökülən hissəsində qurulmuşdu. Şibenik şəhəri Şibenskо-Kninskаya bölgəsinin inzibati və iqtisadi mərkəzidir. Əhalisi (2011-ci il siyahıyaalma məlumatlarına görə) 46,332 nəfərdir. Şibenikdəki mərkəzi kilsə, Müqəddəs Ceyms katedralı, UNESCO-nun Dünya İrsi siyahısındadır. == Tarixi == Şibenik şəhəri 12-ci əsrdə Macarıstan krallığı və 1412-1797 illəri arasında Venesiya knyazlıqları altında yaşamışdır. Bu dövrdən qalma bir çox əsər var. Qısa bir müddət fransız və 1917-ci ilə qədər də Avstriya imperiyası idarə etmişdi.
Şirbit
Şirbit (lat. Barbus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinə aid heyvan cinsi. == Təsviri == Şirbitlər əsasən Cənubi və Cənub-Şərqi Asiya, Afrika, Avropada yayılmışdır. bədənləri uzadılmış formadadır, quyruq üzgəcləri iki tirəlidir. Dişilər iri qarınları səbəbiylə daha böyük görünür. kürüləmə dövründə erkəklər daha parılaq görünür.
Şişlik
Tikə kabab, şişlik və ya şiş kabab — Azərbaycan mətbəxində bir yemək. Kababın növlərindən biri. == Tərkibi == Tikə kababın hazırlanmasında qoyun ətindən, baş soğandan, göy soğandan, cəfəri və reyhan kimi göyərtilərdən, duz, sumaq, istiot kimi ədviyyatlardan istifadə olunur. Azərbaycan mətbəxinə aid olan qarssayağı tikə kabab qoyunun ətindən və böyrəyindən hazırlanır. == Hazırlanma qaydası == Qoyun ətinin bud və ya bel hissəsindən 35-40 qramlıq tikələr kəsib duz və istiot vurulur, şişə taxılır və manqalda od üzərində qızardılır. Bəzən kababın əvvəlində yazılmış qayda üzrə basdırma hazırlanır. Kabab hazır olan kimi masaya verilməlidir. Tikə kababın yanında halqavari doğranmış soğan və ya narşərab, (yay vaxtı şişdə qızardılmış pomidor) istiot və duz verilir.
Şiəlik
Şiəlik ― İslam dininin ikinci ən böyük məzhəbi. Şiəliyin təqibçiləri Əli ibn Əbu Talibin İslam peyğəmbəri Məhəmmədin varisi və ilk imam olaraq təyin edildiyini düşünürlər. Şiələrə görə imamlıq həm də peyğəmbərin ailəsinə (İslam ədəbiyyatına görə "Əhli-beyt") və onun nəslindən törəmiş, xüsusi maddi və mənəvi nüfuza sahib olduqlarına inandıqları fərdlərə də sirayət edir. Dünyada İslam dininə etiqad edənlərin 10-15%-ni Şiə məzhəbinin nümayəndələri təşkil edir. == Etimologiya == "Şiə" sözünün mənası "izləyici", "təqib edən" və ya "tərəfdar" deməkdir. Tarixdəki ifadəsilə "şiətul-Ali" (ərəb. شيعة علي‎) yəni "Əli tərəfdarı" birləşməsinin qısaldılmış formasıdır. "Əli şiəsi", "Əhli-beyt şiəsi" kimi ifadələr Məhəmməd peyğəmbərin sözlərində də çox görünmüşdür. Bu haqda İslam mənbələrində bəzi hədislər də mövcuddur. : Sünni alimi Firuz Abadi öz lüğətində belə yazır : "Şiə adı Əli (ə) və Əhli Beyt (ə) tərəfdarlarına verilən ad idi.
Şırnaq
Şırnak — Türkiyənin Şırnak ilinin inzibati mərkəzi.
Şırşır
Şırşır (Çaroymaq) — İranda kənd. Şırşır (bulaq) — Kəlbəcər rayonunda bulaq.