Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tamariks
Yulğun (lat. Tamarix) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinə aid bitki cinsi.
Tamarisi
Tamarisi — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Bolnisi rayonunda qəsəbə. Bolnisi şəhərindən 19 km şərqdə, dəniz səviyyəsindən 361 metr hündürlükdə yerləşir. 1982-ci ilin əvvəlində kənddə quşçuluq fabrikinin inşası başa çatdıqdan sonra 31 mart 1982-ci ildə Tamarisi qəsəbəsi təşkil edildi. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasına əsasən Tamarisi qəsəbəsində 434 nəfər yaşamaqdadır və onların 304 nəfərini gürcülər, 130 nəfərini isə azərbaycanlılar təşkil edir. 2014-cü ildə həyata keçirilmiş rəsmi siyahıyaalmaya əsasən qəsəbə sakinlərinin sayı artaraq 510 nəfərə çatmışdır.
Tamarisi (Sarvan)
Tamarisi (18 fevral 1944-cü ildən: gür.: g.ə. თამარისი, l.ə. tamarisi) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsində kənd. 1908-ci ildə alman koloniyası olan Yelizavettal kəndindən (hazırda Ağbulaq bələdiyyəsində Asureti kəndi) bura köçüb yerləşmiş alman əsilli əhali tərəfindən salınmış və Traubenberq kəndi adlandırılmışdır. 15-30 oktyabr 1941-ci ildə burada məskunlaşmış alman əsilli əhali məcburi şəkildə Qazaxıstana deportasiya olundu. Almanların sürgün edilməsindən bir müddət sonra 18 fevral 1944-cü ildə Traubenberq kəndinin adı gürcüləşdirilərək Tamarisi kəndi adlandırıldı. 17 dekabr 1926-cı il siyahıyaalınması zamanı Gürcüstan SSR Borçalı qəzasının Traubenberq kəndində 99 evdə 420 nəfər əhali qeydə alınmışdı. 17-24 yanvar, 2002-ci il siyahıyaalınmasına əsasən kənddə 88%-i gürcülərdən ibarət 1.690 nəfər (817 nəfəri kişilər, 873 nəfəri qadınlar) əhali yaşayır. Və onlardan təxminən 100 nəfərini azərbaycanlılar təşkil edir.
Tamarix
Yulğun (lat. Tamarix) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinə aid bitki cinsi.
Tamarix kotschyi
İncəyarpaq yulğun (lat. Tamarix kotschyi) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin yulğun cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Asiya (Qaraqum, Pamir-Altay, Kopetdağ, Badxız), İraq, İran və Əfqanıstanda təbii arealı vardır. == Botaniki təsviri == Təbiətdə boyu 4–6 m-ə qədər olan koldur. Gövdəsinin qabığı sarımtıl boz, sarımtıl-qonur rəngdə olur. Birillik zoğları isə açıqqonur və ya qırmızımtıl qonur rəngdə olur. Çiçəkləri 4 üzvlü olub, çiçək saplağı kasacıqdan iki dəfə uzundur. Bitkinin ləçəkləri ağ çəhrayı və bəzən isə mavi rəngdə olur. Meyvəsi qutucuqdur. Toxumları kiçik olur və hər qutucuqda 15-ə qədər toxum olur.
Tamuris buzlağı
Tamuris buzlağı (bolq. ледник Тамирис, ‘Lednik Tamiris’ \'led-nik ta-'mi-ris\) — 3 km uzunluğu, 2.8 km eni olan və Antarktidanın Palmera arxipelaqının Anvers adası sahillərindən şərqdə yerləşən buzlaqdır. Buzlaq Mazdarovo zirvəsindən şimalda yerləşmişdir. Buzlaq Homerin İliada əsərinin qəhərmanı olan Frakiya musiqiçisi Tamurisin adını daşıyır. == Yerləşməsi == Tamuris buzlağı 64°34′00″ c. e. 63°19′30″ q. u. koordinatlarında yerləşmişdir. İliada buzlağından şərqdə, Kleptuza buzlağından şiaml-qərbdə, Resus buzlağından cənubda, Predel burnundan cənubda yerləşmişdir.
Tamuris Əliyeva
Tamuris Əliyeva (tam adı: Tamuris Nağı qızı Əliyeva; 1928-2008, Bakı, Azərbaycan SSR) — pedaqoq-alim, pedaqoji elmlər doktoru, professor. == Həyatı == Tamuris Əliyeva 1928-ci ildə Bakı şəhərində anadan olub. Tamuris Əliyeva məşhur Bakı milyonçusu, xeyriyyəçi İsabəy Hacınskinin nəvəsidir. Eyni vaxta həm Bakı Dövlət Universitetində, həm də Azərbaycan Dillər Universitetində ali təhsil alıb. Fars dilini, rus dilini, Avropa dillərini yaxşı bilib. 1956 -cı ildə aspiranturaya qəbul olunub. 1961-cı ildə «Azərbaycan məktəblərinin ibtidai siniflərində rus tələffüzünün düzgün təkmillişdirilməsinin metodikası» mövzusunda namizədlik dissertasiyasını uğurla müdafıə edib. == Fəaliyyəti == 1966-cı ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutu-nda (indiki ADPU) fəaliyyət göstərib. Professor Tamuris Əliyeva 1966-2007-ci illərdə ADPU-nun Rus dili kafedrasının müdiri işləyib. ADPU-da rus dilinin tədrisi sahəsində səmərəli fəaliyyət göstərib.
İmperator Tamarin
İmperator Tamarin (Saguinus imperator) — olaraq bilinən bu növün adı, iddialara görə əslində Alman imperatoru II Vilhelm məsxərəyə qoymaq üçün qoyulmuşdur. Bəzi qaynaqlar isə bu adın Çin imperatorlarına göndərmə olaraq qoyulduğunu iləri sürürlər . Ancaq "imperator" kəliməsi, həqiqətən də növün elmi adı olaraq qeydlərə keçmişdir. == Yaşadığı ərazi == Peru'nun şərqində, Amazon bölgəsində yaşayan İmperator Tamarin'i Bolivya və Brazilya'nın bəzi əyalətlərində də görülmüşdür. Meşələrdə ağaclar üzərində yaşayaraq çeşidli bitkilər, bitki nektarları və böcəklərlə bəslənirlər. Pəncələri və əlləri cisimləri tutmaq və saxlamaq mövzusunda püxtələşəcək şəkildə təkamülləşmişlər. Məsələn pəncələri sayəsində bitki gövdələrini parçalayaraq içlərindən çıxan saqqızı yeyebilirlər . == Fiziki quruluşu == Normalda tükləri çoğunluqla bozdur, Sinəsinde ise sarı bənəklər görülə bilər. Əlləri və ayaqları qara, quyruğu isə qəhvəyidir. Onu maraqlı edən isə dişiləri çəkmək üçün istifadə etdiyi və olduqça maraqlı quruluşda olan "saqqal" ve "bığ"larıdır.
Tamarix hohenackeri
Tamarix smyrnensis (lat. Tamarix smyrnensis) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin yulğun cinsinə aid bitki növü. Azərbaycan florasında bu cins 7 növlə təmsil olunmuşdur, onlardan 5-i dərman bitkisidir. == Botaniki təsviri == Hündürlüyü 2.5–3 (bəzən 6) m çatan kol və ya kiçik ağacdır. Gövdəsinin qabığı qırmızı-mixəyi, birillik budaqları isə qonur-köhrən rəngdədir. Yarpaqlarının uzunluğu 1–5 mm, eni 1mm qədər, xətti-lansetvari və lansetvaridir. Çiçəklərinin ləçəkləri ağ, açıq çəhrayı və ya əlvan çəhrayı rəngdə, yumurtavari elliptik formalıdır. Uzunluğu 1–8 sm, eni 3–7 mm olan salxımlar əmələ gətirirlər. Salxımlar tək və dəstə şəklində 2 sm qədər olan çiçək saplaqları üzərində yerləşir. Qutucuğunun uzunluğu 4–6 mm, eni 2 mm-dir, hər birində orta hesabla 25–27 xırda toxum vardır.
Tamarix florida
Əlvan yulğun (lat. Tamarix florida) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin yulğun cinsinə aid bitki növü. == Təbii yayılması == İranda, Оrta Asiyada, Qafqazda təbii halda bitir. == Botaniki təsviri == Hündürlüyü 8 m-ə çatan ağac və ya kоldur. Qabığı qırmızımtıl, cavan zоğları açıq-qоnur rəngli, budaqda çохsaylıdır. Çiçək salхımı sadədir, yarpaq qоltuğunda yеrləşib, uzunluğu 9 sm-ə çatır. Çiçəkləri 5 üzvlü, ləçəkləri çəhrayı və ya ağdır. Еrkəkciyi 5, nazik sapvaridir, tacdan yuхarıda yеrləşir. Dişiciyi bir, yumurtalığı üst, bir yuvalıdır. Sütuncuğu yumurtalıqdan bir nеçə dəfə qısadır, 3-4-dür.
Tamarix leptopetala
İncəyarpaq yulğun (lat. Tamarix kotschyi) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin yulğun cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Asiya (Qaraqum, Pamir-Altay, Kopetdağ, Badxız), İraq, İran və Əfqanıstanda təbii arealı vardır. == Botaniki təsviri == Təbiətdə boyu 4–6 m-ə qədər olan koldur. Gövdəsinin qabığı sarımtıl boz, sarımtıl-qonur rəngdə olur. Birillik zoğları isə açıqqonur və ya qırmızımtıl qonur rəngdə olur. Çiçəkləri 4 üzvlü olub, çiçək saplağı kasacıqdan iki dəfə uzundur. Bitkinin ləçəkləri ağ çəhrayı və bəzən isə mavi rəngdə olur. Meyvəsi qutucuqdur. Toxumları kiçik olur və hər qutucuqda 15-ə qədər toxum olur.
Tamarix meyeri
Meyer yulğunu (lat. Tamarix meyeri) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin yulğun cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Хəzər dənizi ətrafında təsvir еdilib. İranda, Balkanda, Kiçik Asiyada, Qafqazda, Оrta Asiyada, Aralıq dənizi ölkələri ətrafında təbii halda bitir. == Botaniki təsviri == Hündürlüyü 6 m-ə çatan iri kоldur. Gövdəsinin qabığı bоz və ya qоnur-bоz rəngdədir. Birillik zоğları yaşılımtıl rənglidir. Yarpağı хətvari-lansеtvaridir. Çiçəyi 4-5 üzvlü, ləçəkləri ağ və ya çəhrayı rənglidir. Еrkəkciyi 4-6 ədəddir, çiçək tacı ilə еyni səviyyədə yеrləşir.
Tamarix octandra
Səkkizerkəkcikli yulğun (lat. Tamarix octandra) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin yulğun cinsinə aid bitki növü. == Təbii yayılması == Şərqi və Cənubi Zaqafqaziyada, İranda bitir. == Botaniki təsviri == Sarımtıl-qonur qabığı olan kiçik ağacdır. Çətri çoxsaylı budaqlardan ibarətdir. Yarpaqları növbəli, oturaqdır. Çiçək qrupu yan, çiçək altıqları uzun, xətvaridir. Çiçəkləri xırdadır. Mayda çiçəkləyir, iyunda meyvə verir. == Ekologiyası == Dəniz səviyyəsindən 700-1100 m hündürlükdə, çayların kənarında, şoran torpaqlarda bitir.
Tamarix ramosissima
Çoxbudaqlı yulğun (lat. Tamarix ramosissima) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin yulğun cinsinə aid bitki növü. == Təbii yayılması == Balkanda, Kiçik Asiyada, İranda, Mоnqоlustanda, Yapоniyada, Çində, Оrta Asiyada, Qafqazda təbii halda bitir. == Botaniki təsviri == Hündürlüyü 8 m-ə çatan, qırmızımtıl-pas rəngli və ya sarımtıl qabıqlı ağac və ya kоldur. Birillik zоğları bоzumtul-yaşıl rənglidir. Çiçəkləri 5 üzvlü, ləçəkləri çəhrayı, ağ və ya çəhrayı-bənövşəyi rənglidir. Sütuncuğu 3-dür. Hər qutucuqda çохlu tохum оlur. May-iyun aylarında çiçəkləyir. Mеyvəsi iyulda yеtişir.
Tamarix smyrnensis
Tamarix smyrnensis (lat. Tamarix smyrnensis) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin yulğun cinsinə aid bitki növü. Azərbaycan florasında bu cins 7 növlə təmsil olunmuşdur, onlardan 5-i dərman bitkisidir. == Botaniki təsviri == Hündürlüyü 2.5–3 (bəzən 6) m çatan kol və ya kiçik ağacdır. Gövdəsinin qabığı qırmızı-mixəyi, birillik budaqları isə qonur-köhrən rəngdədir. Yarpaqlarının uzunluğu 1–5 mm, eni 1mm qədər, xətti-lansetvari və lansetvaridir. Çiçəklərinin ləçəkləri ağ, açıq çəhrayı və ya əlvan çəhrayı rəngdə, yumurtavari elliptik formalıdır. Uzunluğu 1–8 sm, eni 3–7 mm olan salxımlar əmələ gətirirlər. Salxımlar tək və dəstə şəklində 2 sm qədər olan çiçək saplaqları üzərində yerləşir. Qutucuğunun uzunluğu 4–6 mm, eni 2 mm-dir, hər birində orta hesabla 25–27 xırda toxum vardır.
Tamarix tetrandra
Dörderkəkcikli yulğun (lat. Tamarix tetrandra) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin yulğun cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi və Şərqi Zaqafqaziya, Ukrayna, Moldova, Orta Asiya, Kopetdağ, Badxız, Pamir Alay, Türkiyə, İraq, İran və Əfqanıstanda təbii arealı vardır. == Botaniki təsviri == Təbiətdə hündürlüyü 6 m-ə qədər, ağac və ya kol şəklində olan oduncaqlı bitkilərdir. Gövdəsinin qabığı qara və ya tünd qonur rəngində olur. Bitkinin yarpaqları çox kiçilmiş və pulcuq halını almışdır. Çiçəkləri ikicinsli 4-5 üzvlü çiçək tacı ağ və ya çəhrayı rəngdədir. Erkəkciyi 4 ədəd olmaqla bölümlüdür. Çiçək tacı ilə eyni səviyyədə yerləşir və ya ondan azacıq uzundur. Aprel-may ayında çiçəkləyir.