Tamarisi (Sarvan)

Tamarisi (18 fevral 1944-cü ildən: gür.: g.ə. თამარისი, l.ə. tamarisi) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsində kənd. 1908-ci ildə alman koloniyası olan Yelizavettal kəndindən (hazırda Ağbulaq bələdiyyəsində Asureti kəndi) bura köçüb yerləşmiş alman əsilli əhali tərəfindən salınmış və Traubenberq kəndi adlandırılmışdır.[1] 15-30 oktyabr 1941-ci ildə burada məskunlaşmış alman əsilli əhali məcburi şəkildə Qazaxıstana deportasiya olundu.[2] Almanların sürgün edilməsindən bir müddət sonra 18 fevral 1944-cü ildə Traubenberq kəndinin adı gürcüləşdirilərək Tamarisi kəndi adlandırıldı.[3] 17 dekabr 1926-cı il siyahıyaalınması zamanı Gürcüstan SSR Borçalı qəzasının Traubenberq kəndində 99 evdə 420 nəfər əhali qeydə alınmışdı.[4] 17-24 yanvar, 2002-ci il siyahıyaalınmasına əsasən kənddə 88%-i gürcülərdən ibarət 1.690 nəfər (817 nəfəri kişilər, 873 nəfəri qadınlar) əhali yaşayır.[5] Və onlardan təxminən 100 nəfərini azərbaycanlılar təşkil edir.[6]

Tamarisi
41°26′10″ şm. e. 44°44′36″ ş. u.
Ölkə  Gürcüstan
Rayon [[Sarvan bələdiyyəsi]]
Xəritəni göstər/gizlə
Tamarisi xəritədə
Tamarisi
Tamarisi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  1. Т. Чернова-Деке (Берлин). Немецкие колонии в Грузии: специфика становления, управления и экономической жизни (1817-1917). стр. 133[ölü keçid]
  2. Зейналова С.М. Немцы на Кавказе. Arxivləşdirilib 2012-12-09 at the Wayback Machine – Издательско-полиграфический центр "Мутарджим" Баку, ул. Р.Рзы, 125. 2008 год, стр. 318
  3. Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədlinin müəllifi olduğu və 1997-ci ildə yayınlanmış "Alın yazımız" kitabı əsasında hazırlanmış "Borçalı tarixi" elektron kitabı. səh. 43 Arxivləşdirilib 2012-09-02 at the Wayback Machine
  4. Зейналова С.М. Немцы на Кавказе. Arxivləşdirilib 2012-12-09 at the Wayback Machine – Издательско-полиграфический центр "Мутарджим" Баку, ул. Р.Рзы, 125. 2008 год, стр. 221
  5. საქართველოს სტატისტიკის ეროვნული სამსახური (ing. National Statistics Office of Georgia): 2002 წლის სოფლის მოსახლეობის აღწერის მონაცემები Arxivləşdirilib 2018-09-28 at the Wayback Machine, გვერდი 213
  6. Ş.B.Məmmədli. Gürcüstan Azərbaycanlıları (statistik-bilgi kitabı). – Kolori, 2006, Tbilisi, səh. 80