Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tenerife
Tenerife — İspaniyanın Kanar adalarının ən böyük və ən yoğun nüfuslu adası. 2034,38 km ² sahə və 906.854 nəfər nüfusa sahibdir ki Kanar adalarının ümumi əhalisinin 43% olur. Paytaxtı Santa Kruz de Tenerife şəhridir. Tenerife, İspaniyaın ən yüksək höndürlüyünə sahibdir. Ümumdünya irsi olan Teyde, 3.718 m ilə bazasından dünyanın üçüncü ən böyük vulkanıdır.
Tenerife FK
Tenerife — İspaniyanın Kanar arxipelağının bir hissəsi olan Tenerife adasını təmsil edən peşəkar futbol klubu. == Tarixi == Tenerife FK 1912-ci ildə qurulmuşdur, lakin bəzi tarixi sənədlər göstərir ki, bundan əvvəl Sportinq Club Tenerife adında klub da yaradılmışdır. İspaniyada vahid çempionat 1928-ci ildə başlasa da, Tenerife 1953-cü ildə İkinci divizyona yüksələnə qədər regional turnirə qatılmışdır. Nəhayət 1961-ci ildə İspaniya çempionatına yüksəlmişdir. Lakin qatıldığı ilk ildəcə aşağı dəstəyə düşmüş, bir daha belə şansı isə düz 27 il sonra yaxalayacaqdır. Bu müddət ərzində isə ikinci divizyonda xeyli oyun keçirmiş, 8 il 3-cü divizyonda, 3 il isə 4-cü divizyonda oynamışdır.
Auditorio de Tenerife
Auditorio de Tenerife "Adán Martín" (azərb. Tenerife salonu‎) — İspaniyanın Santa Kruz de Tenerife şəhərində yerləşən salondur. 2003-cü ildə açılmış və İspaniya və Avropa ən mühüm müasir binaların biridir. Bina, İspan memarı Santyaqo Kalatrava tərəfindən tikilmişdir.
Tenerife sərgi sahəsi
Tererife Beynəlxalq Ticarət Sərgiləri və Konqresləri Mərkəzi (isp. Centro Internacional de Ferias y Congresos de Tenerife) və ya Tenerife sərgi sahəsi (isp. Recinto Ferial de Tenerife) — İspaniyanın Santa Kruz de Tenerife şəhərində yerləşən bina. 1996-cı ilin mayında açılmış bina ispan memarı Santiaqo Kalatrava tərəfindən tikilmişdir. Santa Kruz de Tenerife karnavalıda bu binada keçirilir.
Recinto Ferial de Tenerife
Tererife Beynəlxalq Ticarət Sərgiləri və Konqresləri Mərkəzi (isp. Centro Internacional de Ferias y Congresos de Tenerife) və ya Tenerife sərgi sahəsi (isp. Recinto Ferial de Tenerife) — İspaniyanın Santa Kruz de Tenerife şəhərində yerləşən bina. 1996-cı ilin mayında açılmış bina ispan memarı Santiaqo Kalatrava tərəfindən tikilmişdir. Santa Kruz de Tenerife karnavalıda bu binada keçirilir.
Santa-Krus-de-Tenerife
Santa Kruz de Tenerife — Tenerife adasında yerləşən İspaniya şəhəri, Kanar adalarının paytaxtı. 224.215 nəfər əhalisi var. Bu şəhərdə dünyanın ən böyük karnavallarından biri keçirilir. Şəhərdə Auditorio de Tenerife, Tenerife sərgi sahəsi və Torres-de-Santa-Krus qüllələri kimi müasir tikililər yerləşir. Santa Kruz de Tenerife karnavalı hər il bu şəhərdə qeyd edilir.
Santa Krus de Tenerife
Santa Kruz de Tenerife — Tenerife adasında yerləşən İspaniya şəhəri, Kanar adalarının paytaxtı. 224.215 nəfər əhalisi var. Bu şəhərdə dünyanın ən böyük karnavallarından biri keçirilir. Şəhərdə Auditorio de Tenerife, Tenerife sərgi sahəsi və Torres-de-Santa-Krus qüllələri kimi müasir tikililər yerləşir. Santa Kruz de Tenerife karnavalı hər il bu şəhərdə qeyd edilir.
Santa Kruz de Tenerife
Santa Kruz de Tenerife — Tenerife adasında yerləşən İspaniya şəhəri, Kanar adalarının paytaxtı. 224.215 nəfər əhalisi var. Bu şəhərdə dünyanın ən böyük karnavallarından biri keçirilir. Şəhərdə Auditorio de Tenerife, Tenerife sərgi sahəsi və Torres-de-Santa-Krus qüllələri kimi müasir tikililər yerləşir. Santa Kruz de Tenerife karnavalı hər il bu şəhərdə qeyd edilir.
Santa Kruz de Tenerife karnavalı
Santa Kruz de Tenerife karnavalı — hər il fevral ayında keçirilir. Dünyanın ən məşhur və beynəlxalq səviyyədə tanınmış Rio de Janeiro (Braziliya) karnavalından sonra dünyanın ikinci ən məşhur və beynəlxalq səviyyədə tanınmış karnavalı hesab edilir. Santa Kruz de Tenerife (İspaniya) şəhəri ilə Rio de Janeiro şəhəri bu səbəbdən qardaş şəhəri olublar.
Tenerife aeroportunda fəlakət (27 mart 1977)
Tenerife aeroportunda fəlakət — 27 mart 1977-ci ildə baş vermiş hadisə. Kanar adalarında İki Boeing 747 Tenerife Aerodromunda toqquşdu və 583 adam öldü. Bu qəza sərnişin təyyarə qəza tarixində ən çox can itkisi verən qəza olaraq tarixə düşdü. == Xarici keçidlər == Final reports from Spanish authorities and commentary from Dutch authorities (ing.) "KLM, B-747, PH-BUF and Pan Am, B-747, N736, collision at Tenerife Airport, Spain, on 27 March 1977." ( Arxivləşdirilib 15 avqust 2011 at the Wayback Machine) - Subsecretaría de Aviación Civil, Spain.
Cenerik
Cenerik (ing. generic drug ) tərkibində kimyəvi maddə olan dərman - dərmanı ilkin olaraq işləyib hazırlayan şirkət tərəfindən patentləşdirilmiş ilə eyni olan əczaçılıq inqridienti. Cenerik dərmanlar patentin müddəti bitdikdən sonra və müvafiq olaraq patent sahibinin inhisarında digər istehsalçılar tərəfindən beynəlxalq qeyri-patent adı altında və ya dərman preparatını tərtib edənin əmtəə nişanından fərqlənən ad altında istehsal edilir və satılır. Kimyəvi dərmanlardan fərqli olaraq, bioloji dərmanlar orijinal olanlarla tamamilə eyni deyil və biosimilar və ya bioanaloqlar adlanır. == Terminin istifadəsi == "Cenerik" sözünün transliterasiyası ing. generic, yəni “ümumi, daha ümumi” , bu sözün əks mənası specific isə “xüsusi, konkret” deməkdir. Deməli söhbət qeyri-spesifik, yəni ümumi kimyəvi adlardan gedir ki, bu dərmanların satıldığı firmaya xas olan orijinal ticarət adlarından fərqli olaraq dərman maddəsinin ilkin tərkibindən gedir. Misal üçün - məşhur spazmolitik dərmanın markası " No-Spa " (Spazmaya yox və ya Yox-Spazm), onun ümumi analoqu isə əsas aktiv maddə "drotaverin hidroxlorid"in kimyəvi adı altında istehsal olunması. == Ceneriklərin istehsal təcrübəsi == İnnovativ dərman üçün patent mühafizəsi hər hansı bir ölkənin patent qanunvericiliyindən asılı olaraq dəyişir.(məsələn, ABŞ-da 12 il , Rusiyada 25 ilə qədər ). Patentin və ya digər müstəsna hüquqların müddəti bitdikdə, dərman vasitəsinin satışına qoyulan qanuni məhdudiyyətlər qüvvədən düşür.
Tenere
Tenere (bər. Tiniri) — Böyük Səhranın mərkəzində yerləşən səhra (bölgə). Səhranın ümumi sahəsi 400 000 km² təşkil edir. Öz növbəsində qumlu səhradır və Nigerin şimal-şərq, Çadın isə qərbini əhatə edir. Air platosu, Axaqqar və Tibesti massivvləri ilə əhatələnmişdir. Tenere Tamaşeklərin dilində "səhra" mənasını verir. == Xüsusiyyətləri == Afrikanın şimalı, Böyük səhranın mərkəzini əhatə edən səhra quru və sərt iqlimi ilə seçilir. Onu hətta «səhra içində səhra» adlandırırlar. Burada olan dyunların hündürlüyü 250 m və daha çox olduğundan Dünyanın ən hündür dyunları hesab edilir. Səhranın hər hissəsi qumluq deyildir.
Tezeri
Tezeri (gürc. ტეზერი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 783 nəfər idi. 2014-cü ildə 620 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, IX cild, səh.
Təbəri
Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbəri (ərəb. أبو جعفر محمد بن جرير بن يزيد الطبري‎) — orta əsr müsəlman alimi, tarixçi, səyyah. Əsərlərini ərəbcə yazmışdır. == Həyatı == Əbu Cəfər Məhəmməd ibn Cərir ibn Yezid ibn Kəsir ibn Ğalib Təbəri Təbəristanın Amul şəhərində doğulmuşdu, ulu babaları iranlı idi. 7 yaşında ikən Quranı əzbərləmiş Təbəri müqəddimat təhsilini öz şəhərində alır, sonra Rey şəhərinə gedib, biliyini təkmilləşdirir. O, Bəsrə və Kufə şəhərlərində, habelə, Misir və Şamda hədis ustadları ilə görüşür, sonra Bağdadda məskunlaşır. Təbəri tarix və təfsir elmlərində misilsiz bacarıq sahibi idi. O, hədis elmini mükəmməl bildiyindən, öz əsərlərində hədislərin analizinə də yer ayırır, hər hansı məsələ barədə irəli sürülən nəzəriyyələr içindən ən düzgün saydığı variantı əsaslandırmağa çalışırdı. Təbəri fiqh sahəsində də yeniliklər etmiş və atasının adı ilə adlandırdığı "cəririyyə" məzhəbinin əsaslarını işləyib-hazırlamışdı. Lakin cəririyyə məzhəbi digər fiqh məktəblərinin rəqabəti qarşısında davam gətirməyib, qısa müddət ərzində unuduldu.
Təhrif
Təhrif — hər hansı bir şeyi əsl məcrasından və ya malik olduğu vəziyyətdən çıxarmaq, yaxud onu dəyişməyi nəzərdə tutan ərəb mənşəli söz. Başqa sözlə, təhrif bir növ dəyişmək və əvəz etməkdir. Lakin təhrif bu sözlərin mənasını vermir. Təhrifin bir neçə növü var. Onların ən əhəmiyyətlisi söz və məna təhrifidir. Söz təhrifi hansısa mövzunun zahiri görkəmini dəyişməkdən ibarətdir. Məsələn, hər hansı deyimdən bir cümlənin çıxarılması və ona bir cümlənin əlavə edilməsi. Yaxud, cümlələrin yeri elə dəyişilir ki, deyimin mənası orijinaldan fərqlənir, yəni bir sözlə deyimin görkəminə və sözünə toxunulur. Məna təhrifində isə sözə və zahiri görkəmə toxunulmur. Söz olduğu kimi qalır, lakin onu deyən şəxsin məqsədi düzgün izah olunmur.
Tərif
Tərif — Riyazi anlayışın tərif – onun məzmunu (mənasını) izah edən təklif. Tərif müxtəlif üsullarla verilə bilər: 1) Təyin olunan anlayışın məzmununun əsas anlayışların və tərifləri əvvəllər verilmiş anlayışların köməyi ilə izahıə; 2) Genetik və ya konstruktiv tərif burada təyin olunan anlayışın (obyektin) əmələ gəlmə qaydası göstərilir. 3) Anlayışın aksiomatik təyin olunması. Bu halda anlayış ilk anlayış kimi daxil edilir və anlayışlar arasında əlaqələr aksiomlarda ifadə olunur. Məsələn, natural ədəd anlayışı Peano aksiomlarında verilir, məsafə anlayışı metrikanın aksiomlarında verilir və s. Riyaziyyatda qəbul edilmiş aksiomatikaya görə eyni bir anlayışa müxtəlif (lakin eynigüclü) təriflər verilə bilər. Bir aksiomatikada müəyyən anlayışlara tərif verilə bilər, başqa aksiomatikada həmin anlayışlar tərifsiz qəbul edilə bilər. == Ədəbiyyat == 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Aleksey Temerin
Aleksey Temerin — SSRİ operatoru. == Həyatı == Aleksey Temerin 1 oktyabr 1923-cü ildə anadan olub. Aktyor və operator kimi çalışıb.
Deneris Tarqarien
Deyeneris Tarqarien (ing. Daenerys Targaryen) — amerikan yazıçısı Corc R. R. Martinin "Buz və odun nəğməsi" romanının və romandan adaptasiya olunmuş "Taxtların oyunu" serialının personajı. Romandakı hadisələrin bir hissəsi Deneris Tarqarienin baxış bucağından verilir.
Galium tenerum
Galium parisiense (lat. Galium parisiense) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü.
Salvia veneris
Salvia veneris (lat. Salvia veneris) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Teleriq xan
Teleriq xan (bolq. Телериг; 706 – 777, Konstantinopol) — Bulqar xanı. 768-777ci illərdə hakimiyyətdə olmuşdur. == Hakimiyyəti == Paqan xandan sonra taxta keçmişdir. 774-ci ilin oktyabrında V Konstantinə məğlub olmuşdu. Müharibə imperatorun sonrakı il ölməsi ilə səngimiş, imperator IV Leo Xəzərin yanına qaçmış, xristian dininə keçib 776-cı ildə imperatriça Afinalı İrenenin əmisi qızı ilə evlənmiş, patrisiata qəbul olunmuşdu.
Teləkif qəzası
Təlkeyf qəzası (ərəbcə: قضاء تلكيف) — İraq Respublikasının Ninəvə mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Təlkeyf şəhəridir. == Ərazisi == 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 1.244 km² ərazini əhatə edir. == İnzibati-ərazi bölgüsü == İnzibati cəhətdən üç nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Tiləkif nahiyyəsi (ərəbcə: ناحية تلكيف), Əlquş nahiyyəsi (ərəbcə: ناحية القوش) və Vəənna nahiyyəsi (ərəbcə: ناحية وانة). == Əhalisi == 10 oktyabr-20 dekabr 2009-cu il siyahılarına əsaslanan rəsmi təxminlərə görə Təlkeyf qəzasının əhalisi 174.857 nəfər olmuşdur. Eyni təxminlərə görə bütün Nineva mühafazasında 3.106.948 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Tiləkif qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 5.63%-ni təşkil edirdi.
Aparine tenera
Capsella tenera
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Cek fənəri
Cek fənəri (ing. Jack-o'-lantern) — Hellouin bayramının əsas simvolu sayılır. Cek fənəri — içərisi boşaldılmış, göz, burun və ağız qoyulmuş balqabaqdan hazırlanır və balqabağın içinə şam qoyulur. == Tarixi == Britaniyada orta əsrlərdə insanlar evbəev gəzib ölülərin ruhuna dua oxumalarının qarşılığında sakinlərdən yemək istəyirdilər. Onlar əllərində oyuq şalğam fənərlər tuturdular. Hər bir belə fənərlərin içinə məhşərdə ilişib qalan ruhu təmsil edən şam qoyurdular. Digərlərinin fikrincə isə, fənərlər pis ruhları qovmaq üçün istifadə edilirdi. 1800-cü illərdə Şimali Amerikada şalğam balqabaqla əvəz olundu, çünki bu tərəvəz o torpaqlarda geniş yayılmışdı və onu oymaq asan idi.
Cib fənəri
Cib fənəri — əllə saxlanılan portativ elektrik işıq mənbəyidir. Adətən, işıq mənbəyi kiçik bir közərmə ampul və ya LED lampadır. Cib fənərinin içindəki lampa batareyadan aldığı elektrik enerjisini, işıq enerjisinə çevirir və bu sayədə lampadan işıq gəlir.
Ehsan Təbəri
Ehsan Təbəri (1917–1989) — İran siyasətçisi, şair. == Həyatı == Ehsan Təbəri 1917-ci ildə Mazandaran əyalətinin Sari şəhərində doğulmuşdu. İran Tudə partiyasının fəallarından idi. İranda marksizmin təbliği ilə məşğul olan tudəçi Ehsan Təbəri həbs olunan zaman İslama meyilli şəxslərdən idi. O ustad Mütəhhərinin terroru barədə demişdi: "Şəhid Mütəhhərinin terroru Fürqan kimi düşüncəsiz bir qrupun planı ola bilməz." Ehsan Təbərinin fikrincə, Mütəhhərinin terroru CİA VƏ MOSSAD kimi təşkilatlar tərəfindən planlaşdırılmış bir terror idi. Onların məqsədi İslam maarifi bulağını qurutmaq olub. Təbərinin fikrincə, Sovetlər Birliyi də ABŞ kimi şəhid Mütəhhərinin düşüncə istehsalından narahat olub. İran kommunistlərinin 1970-ci illərdə ən böyük ideoloqu hesab edilən Ehsan Təbəri 23 bəhmən inqilabından sonra ölkənin çoxpartiyalılıq rejiminə keçməsi nəticəsində digər xalqların milli hüquqlarının rəsmi şəkildə tanınmasına xəyanət edərək ruhanilərin tərəfinə keçmişdi. Ehsan Təbəri şair idi. Fars dilində zərif şeirlər yazırdı.
Emilia tenera
Emilia tenera (lat. Emilia tenera) — mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü.
Tarixi-Təbəri
== Haqqında == "Təbəri tarixi" və ya tam adı ilə "Tarixul-uməmi ər-rusul vəl-muluk" əsəri rəvayətlər və illər əsasında yazılmış ən mühüm tarixnamə hesab olunur. Bu əsər İslamdan əvvəlki və sonrakı hadisələri əhatə edən iki mühüm hissədən ibarətdir. Birinci hissədə yaradılış, peyğəmbərlər, əvvəlki ümmətlər, İran və Rum padşahlarının tarixindən bəhs olunur. Bu hissədə hadisələrin qeyd olunma sırası Peyğəmbərlər və hadisələrin tarixi yerlərinə əsasən tərtib olunmuşdur. İslami dövrün hadisələrini əhatə edən ikinci hissə isə illər əsasında tərtib olunaraq hicrətin 1-ci ilindən başlayıb 302 ci ilin hadisələri ilə tamamlanır. Təbəri tarix yazma işində mühəddislərin üslubundan istifadə edir. Belə ki, xəbərləri sənədlərinin silsilələri ilə birlikdə zikr edir. Təbəri yazdığı müqəddimədə də qeyd etdiyi kimi tarixi əqli deyil nəqli elmlərdən hesab edir. Belə ki, Təbəriyə görə keçmişin xəbərlərini öyrənməyin yolu yalnız nəql olunanlar və xəbər verilənlərdir və tarix mühəqqiqlərin əqli və fikirləri ilə başa düşülüb üzə çıxarıla bilməz. Təbəri bu üslub ilə bəzən bir-biri ilə uyğun gəlməyən nəhəng sayda rəvayətlərlə üzləşir.
Təbəri Tarixi
== Haqqında == "Təbəri tarixi" və ya tam adı ilə "Tarixul-uməmi ər-rusul vəl-muluk" əsəri rəvayətlər və illər əsasında yazılmış ən mühüm tarixnamə hesab olunur. Bu əsər İslamdan əvvəlki və sonrakı hadisələri əhatə edən iki mühüm hissədən ibarətdir. Birinci hissədə yaradılış, peyğəmbərlər, əvvəlki ümmətlər, İran və Rum padşahlarının tarixindən bəhs olunur. Bu hissədə hadisələrin qeyd olunma sırası Peyğəmbərlər və hadisələrin tarixi yerlərinə əsasən tərtib olunmuşdur. İslami dövrün hadisələrini əhatə edən ikinci hissə isə illər əsasında tərtib olunaraq hicrətin 1-ci ilindən başlayıb 302 ci ilin hadisələri ilə tamamlanır. Təbəri tarix yazma işində mühəddislərin üslubundan istifadə edir. Belə ki, xəbərləri sənədlərinin silsilələri ilə birlikdə zikr edir. Təbəri yazdığı müqəddimədə də qeyd etdiyi kimi tarixi əqli deyil nəqli elmlərdən hesab edir. Belə ki, Təbəriyə görə keçmişin xəbərlərini öyrənməyin yolu yalnız nəql olunanlar və xəbər verilənlərdir və tarix mühəqqiqlərin əqli və fikirləri ilə başa düşülüb üzə çıxarıla bilməz. Təbəri bu üslub ilə bəzən bir-biri ilə uyğun gəlməyən nəhəng sayda rəvayətlərlə üzləşir.
Təbəri dili
Mazandaran dili (مازرونی),Təbəri dili və ya Təbəristan dili — Hind-Avropa dil ailəsinin İran dil qrupuna daxil olan dil. İranın şimalında, Xəzər dənizinin cənub sahilində yerləşən Mazandaran ostanında yayılmış dildir. Gilan və Talış dilinə yaxın dildir.