Ehsan Təbəri

Ehsan Təbəri (1917–1989) — İran siyasətçisi, şair.

Ehsan Təbəri
Doğum tarixi 8 fevral 1917(1917-02-08)
Doğum yeri
Vəfat tarixi 28 aprel 1989(1989-04-28) (72 yaşında)
Vəfat yeri
Fəaliyyəti yazıçı, şair
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ehsan Təbəri 1917-ci ildə Mazandaran əyalətinin Sari şəhərində doğulmuşdu. İran Tudə partiyasının fəallarından idi.

İranda marksizmin təbliği ilə məşğul olan tudəçi Ehsan Təbəri həbs olunan zaman İslama meyilli şəxslərdən idi. O ustad Mütəhhərinin terroru barədə demişdi: "Şəhid Mütəhhərinin terroru Fürqan kimi düşüncəsiz bir qrupun planı ola bilməz." Ehsan Təbərinin fikrincə, Mütəhhərinin terroru CİA VƏ MOSSAD kimi təşkilatlar tərəfindən planlaşdırılmış bir terror idi. Onların məqsədi İslam maarifi bulağını qurutmaq olub. Təbərinin fikrincə, Sovetlər Birliyi də ABŞ kimi şəhid Mütəhhərinin düşüncə istehsalından narahat olub.

İran kommunistlərinin 1970-ci illərdə ən böyük ideoloqu hesab edilən Ehsan Təbəri 23 bəhmən inqilabından sonra ölkənin çoxpartiyalılıq rejiminə keçməsi nəticəsində digər xalqların milli hüquqlarının rəsmi şəkildə tanınmasına xəyanət edərək ruhanilərin tərəfinə keçmişdi.

Ehsan Təbəri şair idi. Fars dilində zərif şeirlər yazırdı.

Ehsan Təbəri 1989-cu ildə vəfat edib.

  • "Hürufiyə hərəkəti haqqında" (Dər bareye conbeşe horufiye)