Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bellota
Ocotea (lat. Ocotea) — dəfnəkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Ocotea:The Plant List saytında takson barədə məlumat.
Naziklifli lepiota
Naziklifli lepiota (Elmi adı - Lepiota tomentella) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar"kateqoriyasına aiddir – VU D2. Nadir növdür. == Qısa morfoloji təsviri == meyvə cismi torpaqda və döşənəkdə inkişaf edir. Papaqcıq 1,5-2 sm diametrindədir, nazik lətlidir, qabarıq zəngvari, sonradan qabarıq sərilmiş, mərkəzdə kiçik şişkin, quru, gilvari-qəhvəyi, nazik lifli-pulcuqludur. Lövhələr sərbəst, nazik, sıx, əvvəl ağ, sonradan krem, krem-oxra rənglidir. Ayaqcıq 2-5 x 0,1-0,3sm, düz, əsasa doğru bir qədər əyilmiş və qalınlaşmış, yuxarı hissədə ağ-ocralı, aşağı hissədə oxralı – qəhvəyi, keçəvari örtüklüdür. Ayaqcıqdakı halqa tez itib gedir. Yeməli və ya zəhərli olması məlum deyi. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Humus və döşənək saprotrofudur. Quercus cə Carpinus növlərindən ibarət qarışıq enliyarpaq meşədə aşkar edilmişdir.
Boris Teplov
Boris Mixayloviç Teplov (rus. Борис Михайлович Теплов; 8 (20) oktyabr 1896, Tula – 28 sentyabr 1965, Moskva) — doğuşdan yaranan fərdi fərqliliklər və istedad problemlərini (məsələn, musiqi istedadları, sərkərdəlik qabiliyyəti) tədqiq edən bir rus psixoloqu idi. O, həmçinin Sovet Psixoloji Differensial psixologiya məktəbinin banisidir. Tanınmış rəqibi Aleksey Leontyev idi ki, o insanların istedadlarının doğuşdan əmələ gəldiyini deyil, təhsil və digər xarici təsirlərdən təsirləndiyini bildirirdi. Boris Teplov Voprosy Psikhologii adlı əsas rus psixoloji jurnalının baş redaktoru idi.
Cənubi Tepoto
Cənubi Tepoto (fr. Tepoto Sud) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Hiti atolundan 20 km cənub-qərbdə yerləşir. == Coğrafiya == Atoll 3 km uzunluğa, 2,4 km enə malikdir. Daxilində bir bir laqun vardır. Laqun okean suları ilə kiçik keçidlə birləşir. Fransa Polineziyasının ən kiçik adasıdır. == İnzibati bölgüsü == İnzibati baxımından Makemo kommunasına daxildir. == Tarixi == Atoll 1820-ci ildə Faddey Bellinshauzenin ekspedisiyası zamanı kəşf edilir. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Şimali Tepoto
Şimali Tepoto (fr. Tepoto Nord) — Tuamotu arxipelaqına daxil olan atoll (Fransa Polineziyası). Napuka atolundan 16 km şimal-qərbdə yerləşir. == Coğrafiya == Daxilindəki laqun tam olaraq qurumuşdur. Uzunluğu 2,6 km, eni isə 0,8 km təşkil edir. Atollun sahəsi 4 km²-dir. Atoll Fransa Polineziyasında yerləşən ən ucqar və ən kiçik adalardan biridir. == Tarixi == Tahanea ilk dəfə 7 iyun 1765-ci ildə ingilis dənizçisi Con Bayron tərəfindən kəşf edilmişdir. == İnzibati bölgüsü == İnzibati baxımından Napuka kommunasına daxildir. == Əhali == 2007-ci il məlumatına görə adada 44 nəfər yaşayırdı.