Naziklifli lepiota

Naziklifli lepiota (Elmi adı - Lepiota tomentella) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar"kateqoriyasına aiddir – VU D2. Nadir növdür.[1]

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

meyvə cismi torpaqda və döşənəkdə inkişaf edir. Papaqcıq 1,5-2 sm diametrindədir, nazik lətlidir, qabarıq zəngvari, sonradan qabarıq sərilmiş, mərkəzdə kiçik şişkin, quru, gilvari-qəhvəyi, nazik lifli-pulcuqludur. Lövhələr sərbəst, nazik, sıx, əvvəl ağ, sonradan krem, krem-oxra rənglidir. Ayaqcıq 2-5 x 0,1-0,3sm, düz, əsasa doğru bir qədər əyilmiş və qalınlaşmış, yuxarı hissədə ağ-ocralı, aşağı hissədə oxralı – qəhvəyi, keçəvari örtüklüdür. Ayaqcıqdakı halqa tez itib gedir. Yeməli və ya zəhərli olması məlum deyi.[2][3]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Humus və döşənək saprotrofudur. Quercus cə Carpinus növlərindən ibarət qarışıq enliyarpaq meşədə aşkar edilmişdir.

Yayılması[redaktə | mənbəni redaktə et]

Xaçmaz rayonu, Yalama meşəsi ərazisidir.

Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]

Populyasiyasıyanın vəziyətinin və təbii bərpanın ətraf mühitin dəyişilməsindən asılılığı müşahidə olunur.

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Zəngin tərkibli torpaqlara tələbkarlıqdır.

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Populyasiyanın vəziyyəti nəzarət altında saxlanılmalıdır. Yeni bitmə yerləri aşkar edilməli və kultura kolekksiyasında saxlanılmalıdır. Göbələyin biologiyası və ekologiyasının ətraflı öyrənilməsi məqsədəuyğundur. [4]

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. http://redbook.az/?options=project&id=Naziklifli%20lepiota[ölü keçid]
  2.  Sadıqov A.S. 1999
  3. Вассер С.П. 1980
  4. Azərbaycan Respublikasının Qırmızı Kitabı Nadir və nəsli kəsilməkdə olan növlər. 2-ci nəşr. Bakı-2013