Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hamiləlik toksikozu
== Hamiləlik toksikozu(hestozu) == Hamiləlik toksikozu mayalanmış yumurta hüceyrənin inkşafı ilə əlaqədar meydana çıxan və çoxlu simtomlarla xarakterizə olunan xəstəlik sayılır. Bu simptomlardan tez –tez və qabarıq şəkildə meydana çıxanlar:MSS-i pozğunluqları, qan-damar və maddələr mübadiləsi pozğunluqlarıdır. Baş vermə vaxtına və klinik əlamətlərinə görə toksikoz iki qrupa bölünür:erkən toksikoz (qusma, hipersalivasiya(və ya ptializm), dermatoz) və gecikmiş toksikoz(hidrops, nefropatiya, preeklampsiya və Eklampsiya) Xüsusi qrupa nadir forma toksikozlar-hepatopatiya(toksiki),sarılıq, qaraciyərin kəskin distrofiyası, hamiləlik tetaniyası, xoreya, osteomalasiya, atropatiya aiddir. Erkən hestoz adətən bədənin susuzlaşması, gecikmiş hestoz isə toxumalarda həddən artıq mayenin toplanması ilə xarakterizə olunur. Erkən toksikozlar. Buna bəzən"hamiləliyin I yarısının toksikozu" da deyilir. Hamiləliyin 1–3 aylarında meydana çıxır. Bu qrup patalogiyalara hamiləliyin ilk aylarında baş verən qusmalar və hipersalivasiya(ptializm) aiddir. Erkən hestozların baş vermə səbəbini həcmcə böyüməkdə olan uşaqlığın reseptorlarından gələn həddən artıq çox saylı impulslarla vegetativ sinr sisteminin(qabıqaltı nüvələrin , xüsusilə də retikulyar formasiya)qıcıqlanması ilə izah edilir.("neyro-reflektor nəzəriyyə")Sinir sistemində meydana çıxan bu dəyişiliklərə görə hamiləliklə əlaqədar orqanizmdə adaptasiya (uyğunlaşma)prossesləri baş verə bilmir, bütun bunlar isə erkən hestozların inkşaf etməsinə gətirib çıxarır. Həmçinin hamiləlik toksikozunun yaranmasına səbəb olan faktorlara mədə-bağırsaq traktının xroniki xəstəlikləri, genital hipoplaziya, astenik sindrom, uşaqlığın reseptor funksiyasının pozulması və.s.
Uzunmüddətli sıxılma sindromu (Travmatik toksikoz, Kraş-sindrom)
Uzunmüddətli sıxılma sindromu (Travmatik toksikoz, Kraş-sindrom) (ing. Crush syndrome) — Bədənin hər hansı bir hissəsinin 2-4 saat və daha çox sıxılması nəticəsində zədələnmiş yerdən distalda yerli qan dövranının pozulmasına və yumşaq toxumaların dağılmasına uzunmuddətli sıxılma sindromu deyilir. == Tarixi == Sindromu ilk dəfə 1918-ci ildə Birinci Dünya müharibəsi zamanı fransız cərrah Kenyu (E. Quenu, 1918) tərəfindən təsvir edilmişdir. 1941-ci ildə, İkinci Dünya müharibəsi dövründə, alman təyyarələri tərəfindən Londonun bombalanması zamanı qurbanların müalicəsində iştirak edən İngilis alimi Bayuoters (E. Bywaters) Bu sindromu araşdırılması zamanı nozoloji müstəqil bir vahid olaraq təcrid etmişdir (qurbanların % 3,5-də müşahidə edilmişdir). == Kliniki əlamətləri == Bu sindromun əsas kliniki əlamətləri sıxılmış toxumalar azad olduqdan sonra başlayır. Uzunmüddətli sıxılma sindromu toxuma və üzvlərdə baş vermiş zədəyə görə aşağıdakı qaydada təsnif olunur: toxumanın sıxılma növünə görə (sıxılma, əzilmə); yerləşməsinə görə (yuxarı, aşağı ətraflar, çanaq, qarın, döş); müştərəkliyinə görə (örtük toxumaların cırılması, sınıqlar, damar, sinir, daxili üzvlərin, baş-beyin və onurğa beyin zədələnmələri ilə); qarışıqlığına görə (yanıq, donma, şüalanma, zəhərləyici maddələrin iştirakı ilə); dərəcəsinə görə (yüngül, orta, ağır); dövrünə görə (sıxılma, erkən şok, böyrək çatışmazlığı, gecikmiş fəsadlar və sağalma); fəsadlarına görə (ətrafların, daxili üzvlərin sıxılması, irinli infeksiyanın inkişafı). == Yaranma səbəbəi == Təbii fəlakətlər (zəlzələ), texniki (şaxtaların uçması), istehsalat, nəqliyyat qəzaları, partlayışlar (bomba) zamanı insan bədəninin hər hansı bir hissəsi üzərinə sıxıcı amillərin (beton, dəmir lövhələr, ağır mexanizmlər, torpaq, ağac) təsirindən toxumalar dağılır (əzilir, didilir), sıxılır və yerli qan dövranı pozulur. Sıxılmış toxumalarda irimənfəzli arterial və venoz damarların sıxılması ilə əlaqədar mikrosirkulyasiya pozulur. Toxumalarda kəskin hipoksiya, metabolik asidoz inkişaf edir və işemik nekroz yaranır. == Uzunmüddətli sıxılma sindromu dövrə ayrılır == Uzunmüddətli sıxılma sindromunun kliniki gedişi üç dövrə ayrılır: şok dövrü - ödemin artması və damar çatışmazlığı 1-3 gün davam edir; kəskin böyrək çatışmazlığı dövrü -3-9 gün davam edir; sağalma dövrü.
Toksik maddə
Toksiklik — maddənin və ya orqanizmin digər orqanizmə zərərli təsir göstərməsi xassəsi. N.S.Stroqanova (1982) görə su toksikologiyasında 2 toksiklik ayırd edilir. Su mühitinin təbii proseslərlə (mikroorqanizmlərin, bitkilərin və heyvanların ifrazatı) gedir və süni toksiklik – insan fəaliyyəti nəticəsində (çirkab suların su hövzələrinə axıdılması, qurunun səthindən kimyəvi zəhərli maddələrin axıb gəlməsi, atmosferdən zəhərli maddələrin (azot oksidi, kükürd və s.) düşməsi.
Toşiko Yuasa
Toşiko Yuasa (湯浅年子, Yuasa Toşiko, 11 dekabr 1909, Ueno[d], Tokio – 1 fevral 1980, Ruan) – Fransada fəaliyyət göstərmiş Yaponiya nüvə fizikaçısı. Yaponiyanın ilk qadın fizikaçısı hesab olunur. "Yaponiyanın Mariya Kürisi" adlandırılır. == Həyatı və karyerası == === İlk illəri === Toşiko Yuasa 11 dekabr 1909-cu ildə Tokio şəhərinin Ueno rayonunda doğulmuşdur. Anası ənənəvi ədəbiyyat sahəsində tanınmış ailəyə mənsub idi, atası isə Yaponiya hökumətinin patent ofisində işləmiş mühəndis idi. Toşikonun 3 böyük bacısı və 3 qardaşı var olmuşdur. Toşiko Tokio Qadınlar Ali Normal Məktəbinin liseyindən məzun olmuş, daha sonra Tokio Qadınlar Ali Normal Məktəbinin elm fakültəsinə daxil olmuş və burada fizika üzrə ixtisaslaşmışdır. Onun fizikaya maraq göstərməsində atasının böyük təsiri olmuşdur. Toşiko 1931–1934-cü illərdə Tokio Bunrika Universitetində təhsil almışdır. Universitetin fizika fakültəsinin köməkçisi olmuş, atomlar və molekulyar spekroskopiya haqqında araşdırmalara başlamışdır.
Diffuz toksik zob
Qreyv xəstəliyi və ya Eroziv osteoartrit – OA iltihabı yarımtipidir, ən çox 40–50 yaşlı qadınlarda olur. Ailə anamnezi xəstələrin 2/3 izlənir. Oynaqda iltihab əlamətləri degenerasiyanı üstələyir, PİF, DİF, I MKF zədələnir. İltihab əlamətləri illər sonrası sönür və deformasiyaya gətirir. X-ray – osteofitlər və mərkəzi eroziyalar ("qağayı qanadları simptomu və ya tərsinə çevrilmiş "T" hərf) olur. Bir qismində ankiloz yaranır.